kufte

Adı qəribə, dadı fərqli: qadın budu küftəsi – RESEPT

Baxış sayı: 1. 483

Fərqli bir dad axtarırsınızsa, “Gencaile.az”-ın təqdim etdiyi qadın budu küftəsini sınaqdan keçirin. Adı qəribə səslənsə də, dadı fərqli və ləzzətli olacaq.

Tərkibindəkilər:

– Yarım kilo ət qiyməsi

– 1 stəkan düyü

– 1 ədəd soğan

– 1 ədəd yumurta

– İstiot, duz, cirə

 

Qızartmaq üçün:

– Duru yağ

– 2 yumurta

– 1 stəkan un

 

Hazırlanma qaydası:              

Düyüləri yumşalana kimi suda saxlayın. Soğanı nazik-nazik doğrayın. Yarım kilo ət qiyməsinin yarısını bu soğanlarla qovurun.

Qovurduğunuz qiyməni, çiy qiyməni və düyünü böyük bir qaba tökün. Üzərinə 1 ədəd yumurta, duz, istiot və cirə əlavə edib yaxşıca yoğurun. Yoğurduğunuz əti bir müddət soyuducuda saxlayın.

Sonra ondan yumurta böyüklüyündə küftələr hazırlayıb əlinizlə azca yastılaşdırın. Dərin kasaya 2 ədəd yumurta və duz töküb yaxşı çalın. Küftələri ilk öncə una, daha sonra kasada çaldığınız yumurtaya batırıb  yağda yaxşı qızardın. Nuş olsun!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir