Hər bir xanım həyatının qəhrəmanı, qəlbinin padşahı ilə qarşılaşacağı o sehrli günü gözləyir. Əvvəl onlar tanış olur, sonra ümumi maraqlar toqquşur və sevgi günəşi doğur. Həqiqi məhəbbət əsirinə çevrilən xanımlar sevdikləri kişi ilə ailə həyatı qurmaq arzusu ilə yaşamaları təəccüblü deyil. Lakin bunun qarşılıqlı olması əsas şərtlərdəndir.
Ünsiyyətdə olduğumuz kişi ilə bir müddət keçdikdən sonra onun sizə olan münasibətinin ciddiliyini, sizinlə ailə qurmaq niyyətinin olduğunu anlamağa çalışırsınız? Mədəniyyətlər və adətlər fərqli olduğundan, müxtəlif xalqların və cəmiyyətlərin kişi-qadın mövzusunda fərqli anlayışları formalaşa bilər. Redaksiyamız yerli xanımlar arasında keçirdiyi kiçik sorğudan sonra gəldiyi “subyektiv” nəticəni sizinlə də bölüşür.
* Qarşımızdakı insanın fikirlərini oxumaq mümkün deyil, lakin o əməlləri ilə niyyətini çatdıra bilər. Qarşı cinsin sizə olan münasibətinin nə dərəcədə ciddi olduğunu bilmək istəyirsinizsə, onun sözlərindən daha çox sizə olan münasibətinə fikir verməlisiniz. Qadınına münasibəti ciddi olan kişilərin əməlləri sözlərinin aynasıdır.
* Münasibəti ciddi olan kişilər mütləq şəkildə dəyərli olan hər şeyi qadınları ilə paylaşmağı sevir. Hətta dostları ilə keçirdikləri əyləncəli vaxtı belə. Bəs o sizi dostları ilə tanış edib, onlarla vaxt keçirməyə dəvət edir?
* Şərq dünyasında daha çox rast gəlinən mentalitetə görə ana ilə oğulun arasında sıx bağlar mövcud olur. Bu adətlərlə böyümüş kişilər sevdikləri qadınlarda analarının xüsusiyyətlərini görmək istəyir. Qadınları haqda ilk danışmağa tələsdikləri kəs də məhz anaları olur. Gələcək qaynananızla artıq tanışsınız? * Ciddi münasibətləri planlayan kişilər adətən xanımlarını gizli məkanlara, insanların az olduğu yerlərə deyil, əksinə sizinlə qürur duyduğu üçün sizi özünə dəyərli insanlarla tanış etməyə çalışacaq, görüşlərinizi daha ictimai yerlərdə təyin edəcək.
* Niyyəti ciddi olan kişilər qadınları ilə daha səmimi olur, sevdiyi qadınla arasında sirrlərinin olmamasına çalışır. Hər zaman təsadüf olunmasa da, daha cəsarətli kişilər maaddi imkanlarını, gələcək planlarını və hətta aylıq gəlirlərini sevdikləri qadınlardan gizləmir.
* Sən onda atalıq hissini oyada bilmisən? Əgər səninlə dünyaya gətirəcəyi övladlardan danışır, onların sayını mübahisə edir, balacalara adlar fikirləşirsə, demək ki, o öz gələcək ailəsinin məhz səninlə görür.
* Toy mərasiminizin dəqiq tarixini müəyyən etməsə də, artıq yaxın gələcəkdəki planlarını səninlə müzakirə etməyə, həll olunmamış çətinlikləri tez bir zamanda çözməyə çalışır.