488281

“Kibrit çöpü” peçenyesi – FOTO

Baxış sayı: 1. 619

Tərkibi (57 ədəd):

xəmir: 

250 q un
125 q şəkər pudrası
125 q kərə yağı
1 paket vanil
1 çimdik duz
2 yumurtanın sarısı
2 x.q. soyuq süd

qlazur: 

1 yumurtanın ağı
100 q şəkər pudrası
qida boyası
1 neçə damcı limon şirəsi

Kərə yağını otaq temperaturunda 20 dəqiqə saxlayın. İri kubik doğrayın. Kombaynın qabına unu tökün, yağı əlavə edib ovuntuq alınanadək qarışdırın.

Alınan ovuntuğu iri qaba töküb üzərinə şəkər pudrasını ələyin. Vanil, yumurta sarıları və duz qatıb əlüstü elastik xəmir yoğurun. Lazım gələrsə, 2 x.q. soyuq süd əlavə edin.

Kündələyib qida plyonkasına bükün, soyuducuda azı 30 dəqiqə saxlayın (bir gecə də saxlamaq olar).

Xəmiri soyuducudan çıxarıb 2 yerə bölün. Birini təkrar soyuducuya qoyun. O birini 1 sm qalınlıqda yayın. Xətkeşin köməyilə 20 sm uzunu, 1 sm eni olan düzbucaqlılar kəsin. Sonra bu şəridləri ortadan iki yerə bölün (10 sm-lik “kibrit çöpləri” alınsın deyə).

Perqament döşənmiş siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 8-10 dəqiqə bişirin. Peçenyeni qızartmayın, onun rəngi açıq olmalıdır.

Qlazur. Mikserlə yumurta ağını möhkəm çalın. Mikserin yüksək sürətində çalmağa davam edərək şəkər pudrasını az-az əlavə edin. Sonra limon şirəsini qatıb bir daha çalın.

Qida boyası qatıb qarışdırın.

Peçenyelərin bir tərəfini qlazura batırıb şəbəkənin üzərində 2-3 saat qurudun. Bu peçenyeləri daha kiçik ölçüdə də hazırlamaq olar. O zaman sobada bişmə vaxtı da azalacaq.

Süfrəyə çay və qəhvəylə, uşaqlara isə isti südlə birlikdə vermək olar.

Nuş olsun!

resept: vk.com/academy_main




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir