1960-cı il, Yasushi Nagao, Yaponiya
12 Yanvar 1960-cı il. Sağçı şagirdin Yapon Sosialist Partiyasının lideri Asanumayı öldürməsindən saniyələr öncə çəkilmiş foto…
1963-cü il, Malcolm V. Brovne, ABŞ
Buddist rahib Thich Quang Duc, Cənub Vyetnam hökumətinin din adamlarına əziyyət etməsinə özünü yandıraraq etiraz edir.
Rahib yanaraq ölərkən heç səsini belə, çıxarmayıb və tərpənməyib.
1965-ci il, Kyoichi Savada, Yaponiya
Cənubi Vyetnamda ana və uşaqları ABŞ-nın atdığı bombalardan qaçmaq üçün çayı keçməyə çalışırlar…
1968-ci il, Eddie Adams, ABŞ
1 Fevral 1968-ci il. Cənubi Vyetnamın polis şefi Nguyen Ngoc Loan, vietkonqlu olduğundan şübhələndiyi gənci öldürərkən…
1972-ci il, Ut Cong Huynh, Vyetnam
Cənubi Vyetnam təyyarələri səhvən napalm bombasını bir kəndin ortasına atdı.
Fotoqraf, kiçik qızın öz yanan paltarlarını “Çox istidir” deyə qışqıraraq, üzərindən atmasını unuda bilmədiyini deyib.
1975-ci il, Stanley Forman, ABŞ
Bostonda bir qadın və bir qız mənzilin yanğın nərdivanının çökməsi ilə düşməyə başlayırlar.
Bu fotoşəkil illərcə təhlükəsizlik kampaniyalarında istifadə edildi.
1983-cü il, Mustafa Bozdemir, Türkiyə
30 Oktyabr 1983-cü ildə Qoyunörendə meydana gələn zəlzələdə türk ananın 5 uşağının ölüsünü gördüyü andakı reaksiyası ürəkləri parçaladı.
1984-cü il, Pablo Bartholomev, Hindistan
Hindistanda “Union Carbide” adlı ABŞ şirkətinin kimyəvi maddə fabrikindən sızan zəhərli qazlar minlərlə adamın ölməsinə və şikəst qalmasına gətirib, çıxardı.
1992-ci il, James Nachtvey, ABŞ
Somalidə bir ana aclıq nəticəsində ölən uşağının cansız bədənini qaldırır.
2003-cü il, Jean-Marc Bouju, Fransa
İraqlı şəxs müharibə əsirlərinin tutulduğu bölgədə uşağını sakitləşdirməyə çalışır.