olum

Dünyanın QEYRİ-ADİ ölümləri – FOTOLAR

Baxış sayı: 1. 432

Ernest Heminqueyə məxsus aforizmdir: “Yaşamaq ölümü gözləmək deməkdir”. Doğrudan da bütün canlılar gec-tez həyatdan köçürlər. Lakin elə ölümlər də var ki, onlar maraqlı məqamla yadda qalırlar.

“Gencaile.az” Publika.az-a istinadən dünyanın ən maraqlı və qeyri-adi ölümlərini təqdim edir:

Avstriyada uzun saqqalı ilə seçilən Hans Ştayninqerin ölümü bu qəbildəndir. O, saqqalına dolaşdığı üçün ölüb.

Britaniyalı aktyor Qaret Cons səhnədə ürəyi tutub ölən personajı oynayırdı. Həmin səhnənin çəkilişi zamanı aktyorun doğrudan da ürəyi sıxılır və yerə yıxılır. Hər kəs aktyorun rola girərək yerə yıxıldığını zənn edirdi. Halbuki Qaretin ürəyi sancmış, aktyor dünyasını dəyişmişdi. O, rolda ikən vəfat etdi.

At yarışlarının iştirakçısı Frank Heys bu idman növündə dünyasını dəyişmiş ilk insan kimi tarixə düşüb. Finiş xəttinə çatar-çatmaz onun ürəyi dayanıb.

Amerikalı vəkil Kliment Vallandiqhamın da ölümü qeyri-adi görüntülərlə yadda qalıb. Onun məhkəmə zalının ortasında əlindəki silahla insanların özlərinə qəsd etməsi səhnəsini ətrafdakılara nümayiş etdirmək istəyi həyatını itirməsi hesabına başa gəlib.

İşveç kimyaçısı Şeele ixtira etdiyi kimyəvi məhlulların dadına baxmaq vərdişi ilə məşhur idi. Onun ölümünə də bu vərdişi səbəb oldu. Alim zəhərin belə dadına baxmışdı.

Kraliça Sunanda Kumariratana Siama onu əhatə edən əyanlarının, qulluqçuların yanındaca dənizdə boğulub. Hökmdarın qulluqçuları ona kömək edə bilməyiblər. Çünki onların heç birinin kraliçaya toxunmaq hüquqları yox idi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir