sekil

Şəkillərdə gözəl düşmək üçün 8 qayda – Peşəkər fotoqraf tövsiyəsi

Baxış sayı: 2. 281
1. Şəkilləri dərəcəsiz çəkmək daha yaxşı həll yoludur. Göz səviyyəsində çəkilən şəkillər daha idealdır. Əks təqdirdə şəkildə kök görünməyinizin böyük ehtimalı var.
2. Yüksək dərəcədən (yuxarıdan) çəkilən şəkillər başınızı bədəninizə görə daha böyük göstərər. Xüsusi çəkiliş deyilsə və sadəcə gözəl cıxmaq istəyirsinizsə, bu cür çəkilişdən istifadə etməməlisiniz.
3. Üzünüzün hansı tərəfi daha yaxşı alındığını təyin edin və hər zaman o tərəfinizdən istifadə edin.
Üzünüzün hansı tərəfi daha yaxşı alındığını təyin edin və hər zaman o tərəfinizdən istifadə edin.
4. Əgər cəlbedici bir baxış almaq üçün qaşlarınızı qaldırmısınızsa, yüngülcə gözlərinizi qıyın. Əks halda şəkildə təəccüblənmiş kimi düşəcəksiniz.
5. Ciddi baxış burnunuzu daha böyük göstərir. Hər zaman kameraya dik baxın.
 
6. Şəkil çəkən(fotoqraf) sizdən yan tərəfə döməyinizi istəsə, çənənizi dik saxlayın. Onda boynunuz incə, zərif görünəcək.
7. Kameraya öpüş göndərirsinizsə, dodağınızı çox qaldırmayın. Daha incə, yumşaq öpüş bəs edir.
 
8. Şişirdilməmiş və sadə bir gülüş ən gözəlidir. Şişirdilmiş gülüşdən uzaq qalın.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir