hamile

Hamiləlikdə qarın nə zaman böyüyür?

Baxış sayı: 2. 077

Hamiləlikdə qarın nə zaman çıxar, göbək nə zaman böyüyür, qarnım kənardan nə vaxt bilinər, qarnım həftəsinə görə balacadırmı, böyükdürmü kimi suallar hamilələrin ginekoloqlarına və ətrafdakı insanlara ən çox verdiyi suallardır.

Hamilələrin qarın böyüklüyü ilə bu qədər maraqlanmalarının səbəbi qarnın böyüklüyünün uşağın böyüklüyü və inkişafı ilə əlaqədar olmasını bilmələri ilə əlaqədardır. Halbuki əslində çox vaxt qarnın böyüklüyü ilə uşağın inkişafı arasında uyğunluq olmur. Qarnı böyük olan hamilə qadının uşağı az kiloda doğularkən, qarnı daha balaca olan hamilədən daha böyük kilolu uşaq doğula bilər.

Hamilələrdə qarnın çıxması neçənci həftədə bilinir?
Bir hamilənin qarnına baxaraq hamilə olduğu bilmək təxmini 5 ayında (20 həftəsində) mümkün olur. Amma hamilə qadının qarnı lüt ikən 4 ayından (16-17 həftədən) bilinir. Bu hal ananın uzun boylu, qısa boylu, kök, arıq, qarnında piy təbəqəsinin olması kimi faktorlardan asılıdır. Misal üçün, qısa boylu və arıq hamilə qadında hamiləlik daha tez bəlli olur, amma kilolu və qarnında piy təbəqəsi olan hamilə qadının qarnı daha sonrakı aylarda belli olmağa başlayır. Qadınların orqanizmləri müxtəlif olduğu üçün qarınlarınında böyüməsi fərqli olur. Buna görə də hamilə qadının bir biriləri ilə qarınlarını müqayisə etmələri düzgün deyil.

Qarnın böyüklüyünə baxaraq uşağın kilosunu bilmək olarmı?
Hər zaman qarnın böyüklüyünə baxaraq uşağın çəkisini bilmək mümkün deyildir. Bu üsul çox yanıldıcı ola bilər. Əvvəllər uşaqlığın ən üst nöqtəsinin yüksəkliyi ölçülərək uşağın kilosu təxmin edilməyə çalışılırdı. Ancaq günümüzdə USM-lə (ultrasəs müayinəsı) müayinələr daha yayıldığı üçün bu üsul çox da istifadə olunmur. Qarnı çox böyük olan hamilələrdə USM ilə təxmini uşağın kilosu dəqiqləşdirilir və keysəriyyə əməliyyatının göstəriş olub olmamasına qərar verilir. Ancaq qarnı böyük olan hamilənin heç də həmişə uşağının çəkisi iri olmur, az da ola bilər. Xüsusən də kilosu və qarnında piy təbəqəsi çox olan qadınlarda uşaq balaca olduğu halda kənardan qarın böyük görünür.

Hamilə qadının qarnının garnının gec bilinməsi (gec cıxması) bir problem olduğunu göstərirmi?
Xeyr, göstərməz. Hamiləlik zamanı bəzi qadınların qarnı tez bilinirkən bəzilərinin daha gec bilinə bilər. Eyni boyda və eyni kiloda olan hatta USM-də uşağın ölçüləri eyni olan qadınların belə qarınları arasında ciddi fərqlər görülə bilər. Bu fərq hamilənin uşaqlığının pozasından və uşağın duruşundan asılı ola bilər.

Qarnın böyüklüyünə və şəklinə baxaraq uşağın qız və ya oğlan cinsiyyəti anlaşıla bilərmi?
Xalq arasında qarnın şəklinə, yumruluğuna və ya sivri olmasına baxaraq uşağın cinsiyyətini təxmin etmə adəti yayılmışdır, ancaq bunun heç bir doğruluğu yoxdur. Bu şəkildə təxminlərin tutması tamamilə təsadüfdür çünki onsuz da sadəcə qız və ya oğlan iki cinsiyyət ola biləcəyi üçün yüzdə əlli ehtimal hər təxmin tuta bilər.

Göbək dəliyinin xaricə doğru çıxması (şişməsi) və ya düzləşməsi normaldırmı?
Hamiləlikdə uşaqlığın böyüməsinə bağlı olaraq qarın içərisindəki gərginlik artdığı üçün göbək dəliyi xaricə doğru çıxa, düzləşə, göbək bilinməz hala gələ bilər. Bu hal normaldır, ancaq çox böyük, həddindən artıq şişkinlik varsa göbək yırtığı ola bilər, bu halda mütləq həkimə müraciət etmək lazımdır. Doğuşdan sonra göbək dəliyi əvvəlki normal halına qayıdacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir