YER

Dünyanı nizamda saxlayan SİRLİ MƏRKƏZLƏR – FOTOLAR

Baxış sayı: 1. 631

Dünyada gəzməli, görməli yerlər çoxdur. Hər il milyonlarla turist ayrı-ayrı ölkələrin füsunkar yerlərinə səyahət edir, gəzir, dincəlir. Amma bir də var hamının səthi olaraq tanıdığı, bildiyi, lakin gəzmək imkanının olmadığı yerlər, sirli məkanlar.

“Gencaile.az” Publika.az-a istinadən dünyanın ən gəzməli, sirli, lakin insanlar üçün əlçatmaz olan yerlərini təqdim edir.

“Məxfi materiallar” serialı tamaşaçılara ABŞ-da, Maunt-Uzzerdə hökumətin gizli sığınacağının olduğunu qiyabi şəkildə çatdırdı. Şəhərdə doğrudan da FEMA operativ mərkəzi var. Mərkəz gərgin vəziyyətdə dövlətin idarə edilməsi üçün yaradılıb.

Onun bir hissəsi yerin üstündədir. Amma kompleksin yeraltı hissəsi də var. Burada xüsusi xidmət orqanları, eləcə də polislər və yanğınsöndürənlər üçün bölmələr yaradılıb. Mərkəzin daxilində müəyyən qanunlar mövcuddur. Kənar şəxslərin hətta onun ərazisinin ətrafına gəlişi qadağandır. Obyekt çox güclü mühafizə edilir.

Şpisbergendəki (Norveç) toxum anbarı da bu sıradandır. Burada 120 metr dərinlikdəki qayaların içində xüsusi tunel mövcuddur. Onun daxili temperaturu sabit olaraq mənfi 18 dərəcədir.

Lakin kiçik anbarın daxilində rütubətin səviyyəsi, mikroiqlim avtomatik sistem tərəfindən nizama salınır. Yer planeti qəfil qəza ilə üzləşərsə, bitki aləmi yenidən buradakı toxumlar vasitəsilə bərpa edilə bilər. Belə ki, anbardakı bərnilərdə (şüşə bankalarda – A.T.) bütün ölkələrin kənd təsərrüfatına aid bitkilərin toxumları saxlanılır. Buna görə də kənar şəxslər dünyanın toxum “xəzinəsi”nə buraxılmırlar.

Braziliyadakı Vale do Yavari rezervasiyası (yaşamaq üçün məhdud olan yer – A.T.) da maraqlı məkandır. Amma orada gəzmək, ərazi ilə tanış olmaq mümkün deyil. İlk öncə qeyd edək ki, artıq bir neçə əsrdir Amazonkanın cəngəlliklərində yerli tayfalar yaşayır. Belə ki, portuqallar Braziliyanı işğal edib onu öz müstəmləkələrinə çevirdikdən sonra yerli tayfaları rezervasiyalara qovdular.

Bu ərazidə Yer üzünə tam məlum olmayan azsaylı xalqların mövcudluğunu müəyyənləşdirməyə peyk şəkilləri kömək edib. Son məlumatlara görə, Vale do Yavari rezervasiyasında planetimizdən təcrid edilmiş 14 tayfa yaşayır. Onların əsas sənəti əkinçilikdir. Bununla yanaşı, tədqiqatçılar daha 8 belə tayfanın mövcudluğunu aşkarlayıb. Onların 2 min əhalisinin olduğu güman olunur. Yerli hakimiyyət orqanları həmin xalqların təhlükəsizliyini və əvvəlki həyat tərzinin saxlanılması üçün cəngəlliyin 77000-dən çox kv metr sahəsinə sərbəst girişi qadağan ediblər.

Nə qədər qəribə də olsa, Yeni Orleandakı “Klub 33” də bura aiddir.

1967-ci ildə Uolt Disney bu klubun əsasını qoydu. Bir sıra məşhurlar, siyasətçilər, sərmayədarlar toplanaraq bir şirkətdə toplaşdılar. “Klub 33-ə” sizi dəvət etməyəcəklər. Çünki bu məkan xüsusi şəxslərin sirlərini özündə saxlayır. Gizli cəmiyyət üzv olmaq istəyənlər bunun üçün 14 il gözləməlidirlər. Bundan əlavə, fiziki şəxslər 10 450, korporasiyalar 27500 dollar pul ödəməlidirlər. İştirakçılar cəmiyyətə ildə müvafiq olaraq (korporasiyalar və fiziki şəxslər) $ 3275 və 6100 miqdarında gəlir gətirirlər.

Qayalıqdan ibarət Es-Vedra Balear adalarında yerləşir. Bu ərazi geomaqnit gücünə görə dünyada 3-cü yerdədir. Burada texnika sıradan çıxır və kompasa etibar etmək olmaz – onun oxu xaotik şəkildə müxtəlif istiqamətləri göstərir. İspaniya hökumətinin qoruq elan etdiyi əraziyə hər hansı səfəri qadağan edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir