sevgi

Kişilərin evliliyə hazır olduğunu göstərən ipucları

Baxış sayı: 1. 555

Kişilər də qadınlar kimi evliliyə hazır olanda ətraflarına bəzi  ipucları  verirlər. “Why Men Marry Some Women and Not Others”  adlı kitabın müəllifi  John Malloyun araşdırmasına görə, kişilər barlardan, gecə klublarından sıxılanda evlilik fikrinə pozitiv baxmağa başlayırlar. Yazar araşdırmanı  17-70 yaş arası 2500 kişi arasında aparır. Həmçinin ABŞ-lı psixoloq Tina Tessina kişilərin “evlilik zamanı” qadınlardan bir az fərqli olduğunu qeyd edir. Tessinanın sözlərinə görə, əksər kişilər evlənməmişdən qabaq maddi vəziyyətini düzəltməyə çalışırlar. Əgər kişi  hələ də kommunal xərcləri necə ödəcəyini düşünürsə, həyat yoldaşı və ya ev dolandırmaq ona yük olacaq.

Kişilərin evliliyə hazırlığını göstərən ipuclarından biri də qadınla gələcək planlarını danışmasıdır. Əgər kişi qadının həyatında olan hər şeylə maraqlanırsa, onu ailəsi və dostları ilə tanışdırırsa, bu, evliliyə bir addım yaxınlaşıb deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir