agil

Sizin çox ağıllı olduğunuzu göstərən 11 əlamət

Baxış sayı: 1. 836

Əsrlə boyu elm adamları insanın intellektini ölçmək üçün müxtəlif üsullar tərtib ediblər və İQ testləri də bunlardan biridir. Ancaq bu test insanın intellektini tam göstərməyə imkan vermir.

“Gencaile.az” “Publika.az”-a istinadən sizin orta səviyyədən daha çox ağıllı olduğunuzu göstərən 11 əlaməti təqdim edir.

1. Birdən artıq dil bilirsiniz.

Tədqiqatçıların dediyinə görə, birdən artıq dil bilən insanlarda Altsaymer xəstəliyinə tutulma şansı azalır. Həmçinin beynin inkişafına və effektliyinə təsir edir. Nə qədər çox dil bilsəniz beyniniz bir o qədər effektli işləyəcək.

2. Sizin intellekt əmsalınız 100-dən çoxdur ( 100- orta göstəricidir)

IQ testi intellektin yalnız bir hissəsini ölçə bilir, amma yenə də bunu göstərici kimi istifadə etmək olar.

3. Siz ailədə böyük uşaqsız.

Araşdırmaların göstərdiyi nəticəyə görə, kiçik qardaş və bacılarına nisbətən ailənin böyük uşaqları IQ testindən 3 bal çox yığırlar. Bu genetika ilə yox, ailə münasibəti ilə bağlıdır.

4. Siz daha çox pişikləri sevirsiniz, nəinki itləri.

Pişikləri sevənlər, itləri sevənlərdən daha az ünsiyyətçildirlər. Amma araşdırmalar göstərir ki, pişikləri sevənlər ağlın və şəxsiyyətin keyfiyyətini yoxlayan testlərdə daha çox bal yığırlar. (araşdırma zamanı 600 tələbə iştirak edib)

5. İçkini sevirsiniz.

Yüksək intellektə malik olan insanlar spirtli içki içməyə daha çox meyllidirlər. 2013-cü ildə aparılmış araşdırmalar göstərir ki, ali məktəbdə oxumayanlara nisbətən tələbələr böyüdükcə daha çox içirlər.

6. Universitet bitirmişiniz.

Çoxları universitetdə oxuyur, lakin diplom ala bilmirlər.

7. Solaxaylar.

Təxmini dünya əhalisinin 10% solaxaydı. Aparılan tədqiqatlar nəticəsində aydın olub ki, belə insanların idrakı daha yaxşı inkişaf edib.

8.Çox narahatlıq keçirirsiniz.

Aparılan bir araşdırma nəticəsində başqalarına nisbətən artıq narahatlıq keçirən tələbələr verbal intellekt testindən daha çox bal toplayıblar.

9.Zarafat edə bilirsiniz.

Cazibədarlığı necə qəbul etdiyimizə dair araşdırmalarda üçün hazırlanan abstrakt düşüncə və verbal intellekt testindən çox bal toplamış insanların həm də yaxşı zarafat etmə bacarığının olduğunu və bu onları daha cazibədar etdiyi aşkar olunub.

10. Tənbəlsiniz

Florida Universitetinin alimi Qalf Kost aşkar edib ki, insanı öz fikirləri nadir halda yorur. Bunu onunla izah edir ki, ağıllı insanlar saatlarla oturub nəyisə düşünməyə meylidirlər.

11. Siz ağıllı olduğunuza şübhə ilə yanaşırsınız.

Yunan filosofu Sokratın dediyi kimi “mən bilirəm ki, heç nə bilmirəm”. Danninq- Krüqer effekti: ağıllı insanlar özlərindən az əmindirlər, öz səhvlərinin asan tapır və aradan qaldırırlar və başqalarını daha səriştəli sayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir