İS

Evlilik kişilərə və qadınlara necə təsir edir? – ARAŞDIRMA

Baxış sayı: 1. 985

Evlilik insanların həyatında bəzi dəyişikliklərə yol açdığı kimi onların iş performansına da öz təsirini göstərir. Belə ki, bir qisim insanlar evləndikdən sonra iş rejiminə normal davam etsələr də, bəziləri daha çox ailələrinə vaxt ayırırlar. Hətta evliliklə bağlı işləməkdən imtina edənlər belə olur.

Mövzu ilə bağlı aparılan araşdırmalardan biri kimi 2163 insan arasında sorğu keçirilib. Nəticələrə görə, kişilər evliliyin iş performansına müsbət təsir etdiyini düşündükləri halda, qadınlar bunun tam tərsinə inanırlar. Psixoloqlar isə bu nəticələri ənənəvi ailə quruluşuna bağlayırlar. Kişi yeni bir ailə qurduqda əvvəlki ailəsində sahib olduğu nizamı davam etdirir. Tək bir fərq isə məktəbin yerini iş həyatının almasıdır. Ancaq qadın daha çox dəyişiklik etmək məcburiyyətindədir. Qadının da məktəb həyatının yerini iş həyatı tutur. Amma bir də evlə bağlı anasının rolunu, vəzifələrini və məsuliyyətini də üzərinə götürür. Beləliklə, yük daha da artır. Uğurlu bir karyera və sevgi dolu bir evlilik sahibi olmaq çox gözəldir. Bunun üçün iş yerində fikrinizi işinizə yönəltmək məsləhət görülür. Nəticədə isə sonra həyat yoldaşınızla daha çox və maraqlı zaman keçirə bilərsiniz. Eləcə də işin şəxsi həyatınıza mane olmasına imkan verməyin. Ofisdə olarkən 5 dəqiqə vaxt ayıraraq həyat yoldaşınıza özəl bir mesaj yaza bilərsiniz. Bunun bir roman olmasına ehtiyac yoxdur. Eyni zamanda evli olan şəxslərin çalışma müddətini əvvəldən danışması lazımdır ki, sonradan problem yaranmasın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir