Yəqin ki, aramızda toya hazırlaşan gəlin namizədləri var. Biz də sizə elə toy mövsümünü, həyəcanlı hazırlıqları nəzərə alıb evliliklə bağlı toydan əvvəl baxmalı 5 ən əyləncəli, dramatik, emosional filmləri təqdim edirik.
My best Friend’s Wedding
Bu mövzuda siyahıda ilk yerdə durmağa sonuna qədər layiq olan bu romantik komediya Julia Robertsin uzun müddət davam edən səssizliyindən sonra “şeytanın ayağını qıraraq” aktrisalıq potensialının nə qədər yüksək olduğunu film prodüserlərinə və rejissorlara bir daha xatırlatdı. Roberts ən yaxşı dostunun toyuna gedib əslində ona aşiq olduğunu anlayan qadın rolunda ikən hələ karyerasının başlanğıcında olan Cameron Diasın canlandırdığı gələcək gəlinin öz bəy namizədini əldən qaçırmağa heç niyyəti yoxdur. Dünya səviyyəsində 300 milyon dollar gəlir gətirən bu film Julia Robertsin ikinci baharının da başlanğıcı olur.
The Wedding Planner
Matthew McConaughey baş rolunu Jennifer Lopez ile paylaşdığı bu film evlilik mərasiminin hazırlığı mərhələsində qarşınıza çıxa biləcək problemlər haqqında kiçik ipuclarını da özündə birləşdirir. Bəy namizədinin toy təşkilatçısı ilə qaçma ehtimalını unudun. Çünki hər şeyin mükəmməl olması əlbəttə mümkün deyil. Amma sizin xəbəriniz belə yoxkən nə necə öz həllini tapır az çox məlumat sahibi olmaq istəsəniz bu film sizin üçün idealdır.
Rachel getting married
Komediya filmlərindən başqa dram filmərində də uğurlu nəticə göstərməsinin dəlili olan bu filmdə Anne Hathaway Kym obrazını elə bizdən biri kimi canlandırır. Qardaşının ölümünə səbəb olan, narkotik aludəçisi olan və başqa bir çox problemləri özündə cəmləşdirən bu obraz mənəvi olaraq sağalma mərhələsində olduğu zaman bacısının gəlinin ən yaxın rəfiqəsi kimi məhz onu yox, öz dostunu seçməsi Kymi daha da sarsıdır. Evlilik əsnasında çekilmiş ailə dramından bəhs edən bir film olsa da, əslində hərkəsin ailəsində yaşanan oxşar mübahisələrdən və gərginliklərdən bəhs edir.
Father of the Bride
Hər ata üçün qızını evləndirmək olduqca çətindir. Çünki illərcə əlinin içində böyütdüyün qızın yad bir adamla evlənərək evi tərk edir. Ən böyük narahatlıq xoşbəxt olub olmayacağıdır. Lakin həyatın bizə nə gətirəcəyini də bilmək olmaz. Yaxşı gündə, pis gündə, xəstəlikdə və sağlamlıqda bir-birilərinin yanlarında olacaqlarına verilən sözlər, nə olursa olsun xoşbəxtliyin arzu edildiyinin bir göstəricisi deyilmi?! Steve Martinin baş rolunda olduğu, həm güldürən, həm ağladan bu film hər bir qız atasının necə məsuliyyətli missiyanı boynuna götrdüyünü tamaşaçılara çatdırır.
The Wedding Date
Nyu Yorkda yaşayan Ket Elis Londona bacısının toyuna dəvət alır. Amma bu toyda onu heç bir səbəb izah etmədən tərk edən keçmiş sevgilisi də olacaq. Bu səbəbdən o, həm keçmiş sevgilisini qısqandırmaq üçün, həm də hər kəsin diqqətini özünə çəkmək üçün özünə sevgili “kirayə gotürür”. Amma hadisələrin ardıcıllığı hesablanmamış davam edir. Çünki artıq bu məsələ iş çərçivəsini aşır və hər iki tərəf üçün ciddi münasibətə çevrilir.