ivana sert

Tanınmış serbiyalı modelyer: “Əgər yerişiniz düzgün deyilsə, nə geyirsinizsə-geyinin, sizə yaraşmayacaq” – MÜSAHİBƏ

Baxış sayı: 2. 496

“Geyinmək bir sənətdir və bədən qədər, ruha da yaxşı təsir göstərir. Ancaq gözəl geyinmək üçün sərvət xərcləməyə gərək yoxdur. Büdcəni sarsıtmadan da stil sahibi ola bilərsiniz!”- bu sözləri Türkiyədə kifayət qədər tanınan modelyer İvana Sərt deyib. Moda ustası “Vatan” qəzetinə müsahibə verib. Müsahibəsində xanımları kəskin şəkildə tənqid edib. Belə ki, gənc qızlara dəblə ayaqlaşaraq necə gözəl görünməyin mümkün olması haqqında danışıb.
İvana qışda qadınların necə geyinməli olduğu haqda məsləhətlərini bildirib, xanımların necə ucuz qiymətə stil sahibi ola biləcəyi haqqında öz təcrübələrini də bölüşüb. Dizayner kök insanlara bədənlərindəki qüsurları örtməyi tövsiyə edib: “Qüsur varsa, bunu nümayiş etdirmək lazım deyil. Bu, təkcə qadınlara aid deyil, kişilərə də aiddir. Əgər qarnınız varsa, onu heç kimin gözünə soxmayın. Yəni, qarnı örtən geyimlərdən istifadə etsəniz, daha gözəl görünərsiniz”.
Türk qadınlarının fiquralarına uyğun şəkildə geyinmədiyini söyləyən İvana Sərt dəbin tez-tez dəyişdiyini, həmçinin geyim seçərkən bədən ölçülərini nəzərə almağın vacibliyini vurğulayıb: “Ən önəmli məqam seçdiyiniz geyimlərin bədən ölçülərinə uyğun olmasıdır. Əsmər qadınlara daha parlaq tonlar, sarışın qadınlara daha yumşaq rənglər yaraşır”.
Moda ustası sıradan geyimləri qarderobuna yaxın buraxmır. Əsasən qısa ətək və paltarları ilə diqqət çəkir. Geyimləri qısa olsa da, oraya riskli başqa bir dekolte də əlavə edir. Qeyri-adi metal və zəncir aksesuarlar onun stilini tamamlayan detallardır.

– İvana xanım, mövsüm açılandan bir çox layihələrdə iştirak edirsiniz.  Gününüz necə keçir?

– Davamlı olaraq çalışırıq. Hər həftə “İşte benim stilim” adlı proqrama çıxırıq. Veriliş həftəlik olduğu üçün bütün işlərimi qaçaraq görürəm. Hər səhər idmanla məşğul oluram. İdman etməsəm, günə başlamıram. Bunun üçün də zamanım çox azdır. Hər gün 3 saat idman edirəm. Enerjim çox yüksək olduğu üçün istirahət etməyə ehtiyacım yoxdur. İndi proqramla bərabər yeni bir kolleksiyaya başlamışam. Bundan əlavə, böyük bir reklam kampaniyası ilə çalışıram.

– Uzun müddətdir ki, insanlara moda haqqında məlumatlar verirsiniz. Amma hələ də insanların israrla dəyişməyən və dəyişmək istəməyən düşüncə tərzləri var.

– Elədir. İnsanlar vərdişlərindən əl çəkmirlər. Şalvar və lasin (retuz) geyinməyə o qədər öyrəncəlidirlər ki, ətək geyinmək onlara çox çətin gəlir. Xanımlarımız heç cür bundan imtina etmirlər. Elə hesab edirlər ki, yalnız şalvarda rahat ola bilərlər. Onlar bu dar düşüncə çərçivəsindən çıxa bilmirlər. Qadınlar öz rahatlıqlarına cazibədarlığı və zövqü, şarmı əlavə etməlidirlər. Bundan əlavə, xanımlar öz bədən formalarını hələ də yaxşı tanımırlar. Dəbdədir deyə özlərinə yaraşmayan geyimlər geyinirlər.

– Geyimlərin uzun müddət istifadə olunması üçün nələri məsləhət görürsünüz?

– Uzun müddətdir ki, çox sevdiyim paltarları geyinirəm. Ancaq onlar yuyulduqca keyfiyyətini itirirlər. Paltarın da materialı bir yerə qədərdir. Ondan sonra məhv olur. İndi bizim işbirliyimiz sayəsində Vernel qatqıları ilə geyimlərə, parçalara əlavə yağlar daxil edəcəyik. Əslində bu çox məntiqli bir şeydir. Çünki hər şeyin baxıma ehtiyacı var. Misal üçün, mən bu məhsulu evimdə əl dəsmallarımda istifadə etdim və o, çox yumşaq oldu.

– Xanımlara qış qarderobunu yeniləmək nə məsləhətlər verərdiniz?

– Qadınlara məsləhətim odur ki, dəbin qurbanı olmasınlar. Villur geyimlər, zərli paltarlar, poyetlər, canlı rənglər hazırda dəbdədir. Ancaq bu geyimlər xanımların çəkisini artıq göstərir. Xanımlar çalışsınlar ki, dar, qalın villur geyimlərdən imtina etsinlər. Əgər ilin dəbi olan villur geyinmək istəyirsinizsə, o zaman incə, nazik parçaya üstünlük verin. Geniş paltolar mövsümün dəbidir və xanımların əynində çox müasir görsənir. Amma bu geyimlər hər bir qadına uyğun deyil. Onları uzunboylu qadınlar geyinə bilər. 1.60 boyundakı xanımlar bunu geyinsə, kənardan çox gülməli görsənərlər. Demək olar ki, paltarın içərisində heç görünməzlər. Amma bu qış qarderobunuzda ürək formasında olan sinə, uzun trikol mütləq şəkildə olmalıdır. Əgər çəkiniz artıqdırsa, onun üzərinə qolsuz, uzun jilet geyinə bilərsiniz. Beləliklə, siz həm şarmlı, həm də trend bir görüntü əldə edərsiniz.

– Şıqlıq haradan başlayır?
– Bu işdə əvvəlcə baxımlı olmaq şərtdir. Nə geyirsinizsə-geyinin, əgər yerişiniz düzgün deyilsə, geyiminiz sizə yaraşmayacaq. Əvvəlcə öz vücudunuzu tanıyın və pozitiv olmağa çalışın. İl ötdükcə moda da dəyişir. Bir parçanı dəb olduğu müddətcə geyinməlisiniz.
– Bəs, zəif və ya kilolu xanımlar necə geyinməlidirlər?
– Arıq xanımlar elə geyinməlidirlər ki, zəiflikləri bilinməsin. Onlar dar geyimlərdən imtina etməlidirlər. Bundan başqa, geniş, ayaqları açılan paltarlara üstünlük verməlidirlər. Ayaqqabıya gəlincə isə, xanımlar öz boylarına görə ayaqqabı seçməlidirlər. Hündür xanımlara yüksək dabanlı ayaqqabılar yaraşmır. Kilolu xanımlar isə mütləqdir ki, mədə sıxan, artıq çəkilərini bağlayan karsetlər geyinsinlər. Əgər xanım çox kiloludursa, o, böyük çanta götürərək kilosunu bəlli etməyə bilər. Amma zəif bir qadın böyük çanta istifadə etməməlidir. Bilirsiniz ki, artıq çəkili xanımların qolları qalın və sallanan olur. Buna görə də həmin xanımlar açıq qollu geyinməkdən çəkinməlidirlər. Sinələri böyükdürsə V şəkilli yaxası dekolteli geyinib diqqəti yayındırsınlar. Bədənlərinin hansı hissəsi gözəldirsə, oranı göstərsinlər, qüsurlu hissələri geyimlə bağlasınlar. Hər bir xanımın qarderobunda mütləqdir ki, qara paltar olsun. Bundan başqa, hər bir xanımın qarderobunda qısaqol ağ koftalar, köynəklər, jaketlər, “vadalaska”lar, qələm ətəklər, cinslər, metal rəngli gecə ayaqqabıları, dəri jaket və lasinlər olmalıdır.
– Sizcə, hansı geyim hansı aksesuarlarla müşayiət olunmalıdır?

– Mən sadə geyimləri daha çox sevirəm. Sadə geyimlər böyük aksesuaralarla istifadə olunanda, daha iddialı görüntü yaranır. İddialı və göstərici aksesuarları sevirəm. Sadə və dar paltar üzərinə taxılan qabarıq aksesuarlarla siz tərzli xanım hesab olunursunuz. Bir xanımın üzərində aksesuar çox böyük önəm daşıyır. Ancaq çalışın ki, aksesuarları üst-üstə taxmayın. Əgər iddialı geyim geyinmisinizsə, makiyajınız mütləqdir ki, sadə olsun. Haradasa yox dərəcəsində olan bir makiyaj edin. Həm geyiminiz, həm də makiyajınız qabarıq olarsa, çox əcaib görünərsiniz.

– Geyimləri ilə diqqət çəkmək istəyənlərə nə məsləhət görürsünüz?

– Cazibədarlıq bir baxışdan, bir duruşdan asılıdır. Cazibədar olmaq istəyən xanımlar sadəcə gözəl geyinməklə işlərini bitmiş hesab etməsinlər. Qısa bir paltar geyinib ona dekolte vermək seksual görünmək demək deyil. Gizli cazibədarlıq daha gözəldir. İnsanların gözünə dekolteni soxmaq cazibədarlıq deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir