87

5 dəfə evlənən Nobel mükafatçısı: “Sevgi ağıl, nifrət axmaqlıqdır”

Baxış sayı: 1. 417

İngilis riyaziyyatçı, filosof və ictimai xadim, məntiqi atomizm konsepsiyasının, deskripsiya nəzəriyyəsinin yaradıcısı, “Sülh Fondu”nun qurucusu və nəhayət, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1950) Bertran Artur Uilyam Rassel 1000 il sonrakı nəslə verdiyi mesaj hələ də aktuallığını itirməyib.

“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, 20-ci əsrin önəmli filosofu Bertrand Rassel 1959-ci ildə qatıldığı proqramda aparıcının “Bundan 1000 il sonra yaşayan nəsillərə yaşadığınız həyat və həyatdan çıxardığınız dərslər haqqında nə deyərdiniz?” sualına yaddaşlardan silinməyən cavab verib.

Bertrand Rassel “Biri intellektual və digəri əxlaq olmaqla iki məqamı qeyd etmək istərdim. Hər hansı bir mövzu üzərində çalışanda, ya da hər hansı bir fəlsəfə irəli sürəndə özünüzə yalnız gerçəklərin və faktların nə olduğunu, həmçinin onların təsdiqləndiyi həqiqətin nə olduğunu soruşun. İnanmaq istədiklərinizin, ya da inanılmış, faydalı ictimai təsirləri olacağını düşündüklərinizin sizi idarə etməsinə heç vaxt imkan verməyin, yalnız və yalnız gerçəklərə və faktlara söykənin!”

bertrand1

Nobel mükafatçısı müsahibəsində sevginin vacibliyini xüsusi vurğlayıb: “Onlara demək istədiyim əxlaqi dəyərlər isə çox sadədir. İlk növbədə deməliyəm ki, sevgi ağıl və bərabərlik, nifrət isə axmaqlıqdır. Getdikcə insanların bir-birinə daha yaxından bağlandığı bu dünyada hər kəs ilə xoş rəftar etmək məcburiyyətindəyik. Bəzi insanların bizim xoşumuza gəlməyən sözləri söyləməsi reallığına dözmək məcburiyyətindəyik. Yalnız bu şəkildə birlikdə yaşaya bilərik. Və birlikdə ölmək əvəzinə bərabər yaşayacağıqsa, kömək etməyi və tolerantlığı öyrənməliyik. Çünki məhz yardımsevərlik və tolerantlıq insanların bu planet üzərində yaşamağa davam etməsi baxımdan həyati əhəmiyyət kəsb edir”.

bertrand2

Məlumat üçün bildirək ki, Rassel tarixə həm də ən çox (5 dəfə) evlənən Nobel mükfatçısı kimi düşüb. Bir çox tədqiqatçılar Rasseli müasir dövrün ən böyük filosofu, eyni zamanda ən ziddiyyətli şəxsiyyəti kimi xarakterizə edirlər. İngilis tədqiqatçısı Maykl Holroydun fikrincə, Rassel ötən əsrin ən qeyri-adi hadisələrindən biridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir