opusmek

İnsanlar niyə öpüşür? – ELMİ İZAH

Baxış sayı: 1. 915

Bir araşdırma, bir çox mədəniyyətlərdə dodaqdan öpüşməyin olmadığını ortaya qoymuşdu. Heyvanlarda da belə bir davranış yoxdur.

Yaxşı bəs öpüşmək necə ortaya çıxdı?

“Gencaile.az” BBC-yə istinadla öpüşməklə bağlı maraqlı məqamları təqdim edir.

Əslində bir az dərindən düşündüyümüz zaman öpüşmək insana maraqlı və bir az da iyrənc bir şey kimi gələ bilər. Düşünün ki, qarşınızdakı insanla bəzən uzun müddəttə tüpürcək paylaşması edərsiniz. İnsana bir öpüşdən 80 milyn bakteriya keçə bilər. Lakin hər kəs ilk öpüşün detallarını xatırlayar və “Yeni romantik əlaqələrin başlamasında öpüşməyin əhəmiyyətli bir yeri var” deyir.

Ən azından bəzi cəmiyyətlərdə … Qərb cəmiyyətləri romantik öpüşmyin universal bir insan davranışı olduğunu zənn edə bilər. Amma bir araşdırmaya görə, əslində fərqli mədəniyyətlərin bir çoxunda bu cür öpüşmək olmadığı kimi, heyvanlarda da olduqca nadir bir davranışdı.Yaxşı bu maraqlı davranışın arxasında nə yatır? Əgər faydalı bir şeydirsə niyə bütün insanlar və digər heyvanlar öpüşmür? Heyvanların çoxunun öpüşməməsi, bəzilərinin niyə öpüşdüyünü izah edə bilər.

Öpüşmək mövzusunda edilən bir araşdırmada, dünyanın müxtəlif bölgələrindən 168 fərqli mədəniyyətin nümayəndələri iştirak edib. Yalnız respondentlərin 46 faizində romantik öpüşməyin olduğunu ortaya çıxıb.

Daha əvvəlki təxminlərdə isə bu nisbət yüzdə 90 olaraq verilirdi. Yeni araşdırmada isə valideynlərin öz uşaqlarını öpməsi xaric, yalnızca cütlüklər arasındakı dodaq dodağa öpüşmək üzərində iş aparılıb.

Ovçuluq və toplayıcılığa söykənən bir çox qrupda öpüşməyə rast gəlinməyib. Hətta bəziləri bu davranışı iyrənc hesab edilib. Braziliyadakı Mehinaku qəbiləsi öpüşməyin çox iyrənc olduğunu deyib. Atalarımızın həyat formasına ən yaxın yaşayanlar bu ovçu-yığıcı qruplar olduğuna görə, atalarımızın da bir-birini öpmədiyi nəticəsinə gələ bilərik.

Araşdırmanın nəticələrini qələmə alan Las Vegas Nevada Universitetindən William Jankowiak, romantik öpüşməyin universal bir insan davranışı olduğu istiqamətindəki inancın yeni tapıntılarla yıxıldığını ifadə edir.

Bu tapıntıları dəstəkləyəcək tarixi məlumatlar da var

“Oksford” Universitetindən Rafael Vlodarski, bugünkü formada öpüşməyin əslində yaxın zamanlara aid bir icad olduğunu deyir. Öpüşməklə əlaqədar qeydə alınmış məlumatları araşdıraraq bu davranışın zamanla necə dəyişmiş olduğunu araşdıran vlodarskinin əldə etdiyi ən köhnə tapıntı, 3500 il əvvələ aid Hindi Vedic Sanskrit mətnlərinə dayanır. Bu mətnlərdə öpüşmək, insanların bir-birinin ruhunu içinə çəkməsi olaraq təyin olunur. Misir heroqliflərində isə insanlar dodaqlarını birləşdirmək yerinə bir-birinə yaxın bir şəkildə təsvir edilir.

Bu, öpüşməyin təbii bir davranış olduğu, amma bəzi mədəniyyətlərdə bastırıldığı mənasınamı gəlir? Yoxsa müasir insanın icad etdiyi bir davranış formasıdır?

Öpüşmək bütün mədəniyyətlərə xas bir davranış deyil.Bunun cavabını heyvanlara baxaraq verə bilərik.

Məməli davranışı

İnsanın ən yaxın qohumu olan şimpanzelər və bonobo meymunları da öpüşür. Atlantadakı “Emory” Universitetindən primatoloq Frans de Vaal, şimpanzelər arasında öpüşmək və qucaqlaşma hadisələrinə tez rast gəlindiyini deyir. Şimpanzelər tərəfindən öpüşmək bir növ razılıq mənasını verir. Erkəklər arasında daha məşhur, yəni romantik bir davranış olaraq ortaya çıxmır. Bonobolar isə daha tez və dillərindən istifadə edərək öpüşür. Bu meymunların həyatında seks böyük bir yer tutduğu üçün bu təəccüblü olmamalıdır.

İki insan qarşılaşdığı zaman qucaqlaşıb görüşür. Bonobolar isə seksə yönələr. Yəni bir mənada bu onlar üçün qucaqlaşma kimi bir şeydir. Digər yaxınlaşma cəhdlərində də seksual vəziyyətlərdən istifadə edərlər. Yəni onların öpüşməsi də romantik deyil. Bu iki meymun növü istisna təşkil edir. Bildiyimiz qədəri ilə digər heyvanlar öpüşmür.Sadəcə bir-birlərinin burnuna ya da üzünə sürtünə bilirlər, amma dodaqları olanlar belə dodaq dodağa öpüşməz. Çünki buna ehtiyac hiss etməzlər.

 

Çöldonuzlarının erkəkləri iti bir qoxu ifraz etdiyi halda dişilər bunda cazibədarlıq hiss edir. Bu qoxudakı feromon adı verilən kimyəvi maddə dişidə cütləşməni tətikləyər.

Dişi tərəfindən bu yaxşı bir şeydir; çünki bu kimyəvi maddəyə ən çox sahib olan erkək çöl donuzunun məhsuldarlıq gücü də yüksəkdir.

Dişinin iy alma gücü elə yüksəkdir ki, erkəklə öpüşəcək qədər yaxınlaşmasına ehtiyac yoxdur. Digər məməlilərdə də eyni şey etibarlıdır. Məsələn, dişi dağsiçanı da erkəkdə həyəcan yaradan bir kimyəvi maddə ifraz edər. Bu genetik olaraq fərqli yoldaş tapmaqlarına köməkçi olur və beləcə insest riskini azaldaraq sağlam bala törəmə şansını artırır.

Heyvanlar bu qoxuları yaradan kimyəvi maddəni ümumiyyətlə sidik yolu ilə ifraz edər. Beləcə sidiyi iyləyərək uyğun yoldaş axtararlar. Qoxu alma qabiliyyətinə sahib olan yalnız məməlilər deyil.

Erkək qaradul hörümçəkləri dişilərin ifraz etdiyi qoxudan ac yoxsa tox olduğunu bilir və özünü yeməsin deyə yalnızca tox olduğu zamanlarda onunla çütləşir. Qısacası, heyvanların yaxşı bir potensial həyat yoldaşına qoxlayaraq tapmaq üçün bir-birinə yaxınlaşmasına ehtiyac qalmır. Digər tərəfdən insanlar, qoxu hiss etmə duyğuları çox inkişaf etmiş olmadığına görə bir-birinə yaxınlaşmaq məcburiyyətindədir. Potensial yoldaşın nə qədər sağlam olduğunu anlamaq üçün qoxu yeganə ipucu olmamaqla birlikdə, araşdırmalar yoldaş seçimində böyük bir rol oynadığını göstərir.

Öpüşərkən qoxlamaq

1995-ci ildə aparılan araşdırmaya görə, eynilə siçanlar kimi qadınlar da genetik olaraq özlərindən fərqli kişilərin qoxusunu təyin edir. Beləcə fərqli genlərə sahib fərdlər çütləşərək sağlam bala əldə etmə ehtimalını artırmış olurlar. Yoldaşın genləri ilə əlaqədar fikir sahibi olmağın ən yaxşı yolu isə öpüşərkən qoxlamaqdı.

Vlodarski 2013 ci ildə öpüşmə seçimlərini detallarıyla araşdırıb. Yüzlərlə adama birini öpdükləri zaman onlar üçün ən əhəmiyyətli şeyin nə olduğunu soruşub. Cavablarda qoxu siyahının başında gəlib. Qadınlar üçün qoxunun əhəmiyyəti də artıb. Kişilərin tərindəki bir maddə də eynilə çöl donuzlarında olduğu kimi qadınlarda cinsi istəyin bir miqdar artmasına səbəb olurdu.

Vlodarski, feromonların məməlilərin yoldaş seçməsində əhəmiyyətli bir rol oynadığını və insanın da bənzər xüsusiyyətlər göstərdiyini deyir. “İnsan biologiyası məməlilərdən miras qalıb və insanın keçirdiyi təkamül müddətində bunlara bəzi əlavə xüsusiyyətlər də əlavə edib. Beləcə feromonları təsbit edə bilmək üçün əks cinslərinə uyğun yoldan yaxınlaşmanın ən yaxşı yolu öpüşmək olduğu görünür.

Bəzi mədəniyyətlərdə iyləmə davranışı fiziki olaraq dodaq kontaktına çevrilib. Bunun tam olaraq nə zaman reallaşdığını təyin etmək çətindir. Lakin Vlodarski hər iki davranışın da eyni məqsədə xidmət etdiyini ifadə edir.

Qısacası, özünüz üçün ən uyğun həyat yoldaşı tapmaq istəyirsinizsə öpüşmək qisimini buraxıb birbaşa qoxlama qisiminə keçə bilərsiniz. Beləcə öpüşmə yolu ilə sizə keçəcək mikroblardan çəkinmiş olaraq eyni şəkildə uyğun yoldaş tapa bilərsiniz. Amma üzərinizə istiqamət alacaq sorğulayıcı baxışlara da hazırlıqlı olmalısınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir