15494116_1262102000523108_763662181_n

“USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə start verilib

Baxış sayı: 1. 420

Sumqayıt şəhərində “Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə start verilmişdir. 

Layihə çərçivəsində lik təlim“Jurnalistika” mövzusunda keçirilmişdir. Tədbiri giriş sözü ilə  açan layihənin koordinatoru Rəşad Yunusov layihənin əsas məqsədinin ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın ödənilməsində texniki – peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, sahələr üzrə  ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilini ictimaiyyət arasında təbliğ etmək, gənclərin bu sahədə bilik və bacarıqlarının  artırılmasından ibarət olduğunu bildirdi.

            Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov çıxışında gənclərin müvafiq peşə yönümlü təlimlərə cəlb edilməsinin, onların bilik-bacarıqlarının  artırılmasının, peşə yönümlü işlə təmin edilmə imkanlarının genişləndirməsinin  Dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd etmişdir.

            Təlim “168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov tərəfindən keçirilmişdir. V. Məmmədov  interaktiv metodla keçən təlim zamanı təlim işirakçılarına prees reliz yazılışı, düzgün redaktə, jurnalistika qanunvericiliyi və etik kodeks  barədə məlumat vermişdir. Təlim iştirakçılarına  sonda sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, layihə çərçivəsində region gəncləri üçün video, foto çəkiliş, bloqçuluq, internet texnologiyalarından səmərəli istifadə, İKT texnologiyaları, şəbəkə çəkilişi və dizayn – proqramlaşdırma istiqamətində də təlimlər təşkil olunacaqdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir