q-k

Qadın bədəni niyə cinsi obyekt kimi təqdim olunur? – ARAŞDIRMA

Baxış sayı: 1. 818

“Kişi baxışı” anlayışı ictimai elmlərə kinematoqrafiyadan gəlib, yəni videomaterial elə təqdim olunurdu ki, sanki videoya heteroseksual kişi baxır. Məhz bu tip – “kişi baxışı” filmlərdə kamera qadın bədənin cəzbedici hissələrində daha çox dayanır, filmin süjeti isə kişilərin maraq dairəsində olan hadisə və fikir əsasında qurulur.

Geniş yayılmış fikir var ki, qadın bədəni özü özlüyündə gözəl, cəzbedici və seksualdır, amma kişi bədəni isə elə deyil və heç bir seksual arzular yaradıb insanı coşdurmur. Əksəriyyətdə bu fikri heteroseksual kişilər bildirir, amma yalnız onlar deyil (və o demək deyil ki bütün kişilər bu fikirlə razıdırlar). Az təsadüf olunmayan bəzi hallarda hansı, bu fikri heteroseksual qadınlar da dəstəkləyir, əlavə də edirlər ki, kişilərdə əsas cəlbedici cəhət fizioloji görüntü deyil, zəka, xasiyyət və gəlirləridir. Hətta kişi meymundan fərqlənsə kifayət edər deyən qadınlar da mövcuddur. Bu fikirlər “kişi baxışının” aspektlərindən biridir.

Qayıdaq “kişi baxışı” anlayışına. Qeyd elədiyim kimi bu anlayış kinematoqrafdan gəlib, digər incəsənət növlərinə də keçib və daha sonra gender tədqiqatçıları tərəfindən də istifadə olunmağa başlayıb. Gender araşdırılmalarında “kişi baxışı” (male gaze) deyiləndə vizual və digər obrazların, hadisələrin tipik patriarxal fikirli, seksuallıq çərçivəsində düşünən heteroseksual kişi tərəfindən necə cəzbedici göründüyü və ya zehni anlamda necə qəbul olunduğu nəzərdə tutulur.

Buna görə də müxtəlif qruplar tərəfində dəstəklənən, cavanlıq yaşlarından bizə sosial mədəni mesaj verilən – qadın bədəni gözəl, kişi bədəni isə eybəcərdir fikri formalaşır. İdeyanın qaynağı isə məlumdur – heteroseksual kişilər üçün qadın bədəni kişi bədənindən daha cəzbedicidir.

Arada qeyd etmək lazımdır ki, estetik cəzbetmə, erotik coşma və seksual arzular yaradan qavrayış arasında fərq qoymaq lazımdır. Və bu fərqi izah eləmək digər bir məqalənin mövzusudur. Burada sadəcə onu qeyd edim ki, insan vücuduna olan “kişi baxışı” bu üç qavramanı özündə cəmləşdirir və bu da anlayışların qarışmasına səbəb olur. Bu məqalədə mən “gözəl” dedikdə hər üç – estetik cəzbetmə, erotik coşqu və seksual arzular yaradan qavrayışlar cəmini nəzərdə tutacam.

Məntiqə uyğundur ki, heteroseksual kişilər və homoseksual qadınlar qadın vücudunu, heteroseksual qadınlar və homoseksual kişilər kişi bədənini daha cəzbedici sayır. Cəmiyyətdə üstünlük təşkil edən fikir heteroseksual kişilərindir. Hansı ki, çılpaq qadın bədənini cəlbedici, lüt kişi bədənini isə qəribə göründüyünü iddia edir. Amma bu fikrin tərəfdarları bir məqamı nəzərə almırlar ki, hamı onlarla bu məsələdə razı deyil. Bu ideya patriarxal yanaşmadır və hazırda da sosial mədəni çərçivədə qadın bədəninin kişi vücudundan fərqli olaraq gözəl olduğu ideyası qalır.

“Kişi baxışı”nın bu aspektinin müdafiəçiləri əsasən qədim mədəni adət-ənənəni əsas gətirirlər. Amma bu mədəni adət-ənənə problemin qədim dövrlərdən mövcud olduğunun sübutudur. Həqiqətən də klassik qədim Avropa incəsənətində çılpaq qadın vücudunun təsvirlərinə daha çox rast gəlmək olar, nəinki kişi. Bunun izahı isə elə də qəliz deyil – yüzilliklərlə qadınlara incəsənətlə məşğul olmağa icazə vermirdilər, çılpaq bədən təsvir eləmək, çəkmək isə onlara qadağan edilmişdi. Gözəl qadın vücudu anlayışını heteroseksual, gözəl kişi vücudu anlayışını isə homoseksual kişilər icad ediblər. Əgər antik incəsənətə nəzər yetirsək biz görərik ki, kişi və qadın vücudu eyni proporsiyada təsvir olunur və eyni dərəcədə də gözəl sayılır. Yəni qadın bədənin gözəl, kişi bədənin isə əksinə olması ideyası heteroseksuallıq üstündə qurulan patriarxal cəmiyyətdə sosial və mədəni proseslərin nəticəsidir.

Bu fikir hansı problemləri yaradır?

Heteroseksual münasibətlərdə qadın seksuallığını və kişinin qadını cəzb etməsini dəyərsizləşdirir.

Bu məntiqə əsasən, kişi qadını gözəl və seksual olduğundan seksual anlamda istəyir, qadın isə kişini eyni səbəblərdən istəyə bilməz, və yalnız kişinin istəklərinə cavab verir. Yəni qadının seksual istəkləri kişinin istəklərindən asıldır və ayrıca ola bilməz.

Məntiqi ardıcıllıq olaraq, belə kişi qadını arzu edirsə, qadın kişini istəməyə bilməz fikrini formalaşdırır, bu isə seksual zəmində zorlama mədəniyyətini, kultunu gücləndirir.

Bütün bunlar seksual zəmində sataşmaq, zorlamaq kimi cinayətlərə bəraət qazandırır. “O, o qədər gözəl və seksual idi ki, mən özümü saxlaya bilmədim”.

Bütün media resurslarında kişi və qadın gözəlliyinin təqdim olunmasında assimetriya və ikili standartlar

Seksual obraz kimi təqdim olunmaqla gözəl və seksual qadınlar vasitəsilə istənilən məhsulu reklam eləmək olar. Gözəl və seksual (və bilərəkdən belə təqdim olunan) kişilərə reklamlarda daha az təsadüf eləmək olur, əksər hallarda kişi obrazı dar çevrə üçün nəzərdə tutulan məhsulun reklamında istifadə olunur. Qadınlar üçün olan məhsul reklamında isə tez-tez qadın vücudunun təsvirindən istifadə olunur.

Film və seriallarda da eyni vəziyyətdir – lüt, yarıçılpaq və vücudunun incəliklərini “gözə soxan” qadınlar kişi personajından daha çox göstərilir. Hətta “qadın çəkilişi” adlandırılan – kamera vasitəsilə aşağıda yuxarıya süzməklə qadın bədənin bütün gözəlliklərini – baldır, əndam, döşünü əksər hallarda isə üzünü göstərməyən çəkiliş növü də var. Kişilər üçün belə çəkiliş növü demək olar ki, istifadə olunmur.

“Kişi baxışı” qadın vücudunun gözəlliklərindən həzz almaq adı ilə qadın vücudunun ictimai mülkləşdirməyə gəlib çıxmasına köməklik edir. Digər tərəfdən isə kişi vücudunun seksual obyekt kimi təsvir olunması məhdudlaşdırılır, məsələn, heteroseksual qadınlar üçün erotik jurnal çap edən naşirlik ereksiya vəziyyətinə çatmış penisin şəkillərini çapa verməkdən imtina eləmişdi, amma kişilər üçün jurnalda böyük ölçülü vagina şəkillərini çap elətdirmişdi.

Bir çox müşahidələr göstərir ki, pornoqrafiyanın iki qolu var – hetero və homoseksual kişilər üçün. Homoseksual kişilər üçün çəkilən filmlərdə erotik maraq kəsb edən kişi bədəni ətraflı təsvir olunur. Heteroseksual kişilər üçün olan porno filmlərdə isə eyni cür qadınlar təsvir olunur. Faktiki olaraq “qadınlar əsl kişi gələnə kimi bir-birilə oynaşırlar” stereotipini təcəssüm edən lesbi pornosu da mövcuddur. Həm erotik, həm də porno məhsullarında çox nadir halda rast gəlinir ki, həm kişi, həm də qadın təsvirinə eyni dərəcədə diqqət ayrılsın.

 

Homoseksuallıqda ikili standart: Kişi homoseksuallığından imtina, kişinin əsas faktor rolunda olduğu homoseksual qadın pornolarına rəğbət.

 

Bu məntiqə əsasən, homo və biseksual kişilər “gözəl olmayan” kişi vücuduna “qeyri-təbii” meyl edirlər. Kişi vücudunun digər kişidə seksual arzular yaratmağı mümkün olmadığından, bu hissləri keçirənlər “pozğun” sayılır. Belə seksual arzular isə uşaq, cəsəd, heyvanlara və s. olan seksual arzularla eyni səviyyədə tutulur.

 

Sərt çərçivələr daxilində qadının qadına olan meyli hətta rəğbətlə qarşılanır. İzahı isə belə verilir – qadın vücudu o dərəcədə gözəl və seksualdır ki, hətta digər qadın bu gözəlliyə aşiq olur və tab gətirə bilmir. Amma belə münasibətlər “yalançı” və “müvəqqəti” hesab olunur.

 

Qadın kişinin ona olan meylinə müsbət cavab verməli olduğundan “kişi baxışına” əsasən qadınlar arasında olan seksual münasibətlərində hipotetik olaraq, “əsl kişi” mövcuddur, hansı ki, qadınlar arasında anlaşılan amma “yanlış” meylini “tədavi” etməlidir. (Və bu səbəbdən lesbiyanların “müalicə olunması” üçün onların zorlanması olur. “Bu qadınlar heç bir kişinin onları bəyənmədikləri dərəcədə eybəcər olurlar” məntiqi məni təəcübləndirir)

 

Bəzi kişilər öz heteroseksual qadın partnyorlarını məcbur edirlər ki, seks prosesinə başqa bir qadını da dəvət eləsinlər və digər qadının gözəlliyi qarşısında tab gətirə bilməyib, bundan öz seksual partnyorunun zövq alacağına ümid edirlər. Və eyni zamanda bu tip kişilər yatağa digər kişinin gətirilməsinə birmənalı şəkildə etiraz edirlər.

 

“Kişi baxışı” bütün incəsənəti əhatə elədiyindən, kişi və qadınlar tərəfində həzm olunduğundan bu anlayış cəzbedicilik, seksuallıq konsepsiyasının formalaşmasına səbəb olur.

 

Əksər heteroseksual qadınlar həqiqətən də kişi bədənini və cinsiyyət orqanını “qeyri-gözəl” və “gülməli” sayırlar. Bu incəsənətin təsiridir, belədir ki, onlara uşaqlıqdan beyinə yeridilir ki, nə gözəldir və nə yox. Və “kişi baxışını” həzm edirlər.

 

Qadınlar tərəfindən qəbul edilən “kişi baxışı” anlayışı mümkün olmayan bədənin ideallaşdırılmasına cəhd fikrinin formalaşdırılmasına, bəzi hallarda qidalanma və psixiki pozuntulara: anoreksiya, bulimiya və sonsuz sayda qeyri-qənaətbəxşlik kompleksinə gətirib çıxardır.

 

“Kişi baxışı” qadının zahiri gözəlliyində əldə etdiyi uğuru digər nəticələrindən daha prioritet bir şey kimi olmasını standartını yaradır. Amma kişilərə belə tələb irəli sürülmür. Bir halda ki, kişi vücudu gözəl deyil, əziyyət çəkməyə dəyməz, kişi qadını vücudu ilə cəzb eləmədiyindən o, eybəcər ola bilməz, əsas odur ki, kişi ağıllı, maraqlı və varlı olsun. Bundan da əlavə homofoblar gözəl bədən formasına malik olan kişilərdə homoseksuallığa meyl olduğuna şübhələnirlər.

 

Kişi seksuallığı bu konsepsiya tərəfindən sıxışdırılır. Bədənlərinin “eybəcər” kimi qəbul eləməyə öyrəşdirilmiş kişilər vücudlarını öyrənib inkişaf elətdirmirlər. Eyni şərtləri qəbul edən qadınlar kişilər ilə münasibətdən daha az zövq almaqdan əlavə, kişi vücudu barəsində məlumatlarını genişləndirmir və bu səbəbdən bəzi arzuları reallaşmır.

 

Bütün bunlar kişi seksuallığı və identifikasiyasına sərt məhdudiyyətlər qoyduğundan bu seksuallıq və identifikasiyanı patriarxal “kişilik” çərçivəsinə yerləşdirməyə səbəb olur. Bu isə öz növbəsində kişilərdə bədənin forması, özünün cəlbediciliyi və identikliyində ciddi problemlərə səbəb olur.

 

Əlbəttə ki, bu “kişi baxışı” – qadın vücudu gözəl, kişi bədəni eybəcərdir sosial mesajına hamı uymur. Eyni hal ilə ideal vücud və ideal ailə konsepsiyasında da qarşılaşmaq mümkündür. Reallıq konsepsiyadan fərqlidir. Və bu konsepsiyadan doğan problemləri qısa zaman çərçivəsində çözmək elə də rahat olmayacaq.

Düzdür, bəzi bölümlərdə qadınlar üçün gözəl olan kişi vücudunun müzakirə olunması qəbul olunur. Bu adətən geniş incəsənətdə – ulduz kişilərin qadınlar üçün cəzbediciliyini müzakirə eləmək olar. Qadınlar üçün olan kino və media məhsullarında və qadın ədəbiyyatında (sevgi haqqında romanlarda) kişi gözəlliyinin tərənnümünə qısa yer verilir. Amma burada da deyilir ki, kişilər üçün yox qadınlar üçün gözəllik şərtdir.

 

Qadınlar kişi gözəlliyinə olan diqqəti müzakirə eləməyə imkan yaradan, motivasiya verən digər sferalarda – kişi seksuallığını və kişi vücudunun gözəlliyini təsvir edən internet və kommersiya çaplarının bir kənarında özlərinə yer əldə eləməyə çalışırlar. Bu isə kimin gözəl vücuda sahib olduğu konsepsiyasından doğan problemlərin aradan qaldırılmasına köməklik edən bir məkandır.

 

Uzun və çətin olan digər üsul – kütləvi informasiya vasitələrində kişi və qadın vücudu haqqında olan stereotiplərin dəyişdirilməsi.

 

Digər tərəfdən erotiklik, seksuallıq, estetikliyi arasında fərqin izah olunması, gözəlliyə subyektiv və obyektiv yanaşmaların olmasını kütləyə aşılamaq “kişi baxışı” anlayışından qurtulmaqda böyük rol oynayur. Bütün bu konsepsiyalar patriarxatın təsiri ilə bir-birilə səhv salınır. Nəticədə isə qadın gözəlliyi, seksuallığı haqqında dar, qeyri-təbii sosial mesaj yayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir