sac rengi

Saçınızı boyarkən hansı məqamlara diqqət etməlisiniz?

Baxış sayı: 3. 995

1. Saçları düzgün necə boyamaq olar?
Əvvəlcə saça balzam çəkin (saçı yumayın), sonra şüşə qabın içinə boyanı süzün. Hidrogen peroksidi həmin qarışığa əlavə edin. Eyni bərabərdə tağ ayırıb, boyanı saçın dibinə sürtün və gözləyin. Saçın kökü rəngini dəyişdikdən sonra boyanın qalan hissəsini saçın uclarına çəkin. Boya saçda 22–40 dəqiqə qalmalıdır. Saçlar ilıq su ilə yuyulmalıdır.

2. Saçı ilk dəfə boyadıqda nəyə fikir vermək lazımdır?
Əvvəlcə saçların tipini müəyyən edin. İlk dəfə qoyulacaq boya ilə ev şəraitində təcrübə aparmayın. Saçlarınızı professionallara həvalə edin. Yeni saç rəngi seçəndə dərinin rəngini, üz quruluşunu və üz cizgilərini nəzərə alın.

3. Yaxşı nəticəni necə əldə etmək olar?
Saçı ideal boyamaq üçün saçlar azı 2-3 gün yuyulmamış olmalıdır. 2-3 gü ərzidə saçın dibinə yığılan təbii yağ dəridə qoruyucu təbəqə yaradır. Rəng açıcı – hidrogen peroksid saçın yanmasına səbəb olursa, təbii yağ bu zərərin qarşısını alır.

4. Qaraşın insan sarışın ola bilər?
Saç boyasındakı piqmentlər saçı üç rəng çalarına qədər aça bilər(refle nəzərdə tutulmur). Qara saçlı insan sarışın olmaq üçün üç pillə keçməlidir: əvvəlcə qızılı, sonra rəngin açıq tonu, daha sonra sarı ton. Əgər saçın parıltısını qoruyub, keyfiyyətli sarı rəng əldə etmək istəyirsənsə əvvəlcə, saçını qəhvə rənginə, daha sonra isə qızılı çalara boya. Lakin lazımı nəticəni hər zaman əldə etmək olmur. Banka qablarda satılan boyaların saç açıcısı daha güclü olur. Ondan saç boyanmasında deyil, refle üçün istifadə etmək olar.

5. Nə üçün saça qoyulan sevimli rəng bir neçə dəfə istifadə olunduqdan sonra əvvəlki nəticəni vermir?
Çünki boyanı saçınızda lazımi qədər saxlamırsız və ya boyaı lazımı miqdarda saçlarınıza sürtmürsüz. Boya saça eyni bərabərdə paylanmalıdır. İstənilən rəng doğru boyanan saçlarda əks olunur.

6. Evdə refle etmək olar?
Refle üçün lazımı avadanlıqlar varsa evdə refle etmək olar. Lakin reflenin fərdi etmək mümkün deyil. Çünki saçların müəyyən hissələrini rəgləmək üçün mütləq kimsə kömək etməlidir.

7. Boyanın saçda uzun müddət canlı və təravətli qalması üçün nə etmək lazımdır?
İlk növbədə boya keyfiyyətli olmalıdır. İkincisi, saç tipinə görə şampun və ya saç kremi ilə saçlarınızı yusanız, rəng uzun müddət təravətini itirməz.

8. Boyanmış saçları hansı müddətə yenidən boyamaq olar?
Tez uzanan saçları gec uzanan saçlara nisbətən tez – tez rəngləmək lazımdır. Lakin saçın dibində “doğma” saç rəngi görünürsə o demək deyil ki, artıq rəgləmək vaxtıdır. Saçlar nəfəs almalıdır.bir müddət keçəndən sonra rəng yenilənə bilər.