Qadınların ən böyük problemlərindən biri də menustrasiya ağrılarıdır. Şiddətli ağrıların əhəmiyyətə alınması və səbəblərinin araşdırılması vacibdir. Həkim Tolqa Ecemiş menustrasiya zamanı şiddətli ağrılardan şikayətlənən xanımlar üçün dərman müalicəsindən başqa nələr etmək mümkün olduğunu izah edib. “Gencaile.az” həmin məsləhətləri təqdim edir.
Menustrasiya ağrıları 1-ci və 2-ci olmaqla iki səbəblə əlaqəlidi. 1-ci səbəblər yetkinlik çağında ortaya çıxır, digər səbəb isə doğuşdan sonra qadınlarda rastlanır. Doğuşdan sonra qadınlardakı aybaşı ağrılarının səbəbləri bunlardır:
• Endometrioz.
• Uşaqlıq ağzında darlıq.
• Uşaqlıqda şişləri.
• Uşaqlığın fərqli vəziyyətlərdə olması.
• Uşaqlıq və ona yaxın orqanların iltihabi xəstəlikləri.
• Psixoloji səbəblər.
Bəzi qadınlar aybaşı dönəmini rahat keçirsələr də, bəziləri ağrıdan qıvrılır. Ağrının dərəcəsi qadından qadına fərqlidir. Bunun da səbəbi ağrı səbəblərinin bir yerdə toplaşmasıdır. Ağrılar qıcolmalar şəklində olur, bəzən bel və əzələlərə, bəzənsə ayaqlara vurur. Bəzi xanımlarda aybaşı zamanı ürək bulanma, əsəbilik, qusma, qəbizlik, ishal, tez-tez sidiyə getmək halları olur. Əgər bu ağrılar şiddətlidirsə, əsl səbəbin nə olduğunu müəyyən etmək üçün mütləq olaraq həkimə müraciət etmək lazımdır .
Menustrasiya ağrılarının azaldılması üçün nələr etməli?
• Aybaşı qanamasından öncə, ya sonra qəhvə, çay, kola, şokolad, ya da kofein tərkibli içkilərdən uzaq durmaq lazımdır. Bu dönəmdə ayaq üstə durmaqdansa uzanmaq daha məsləhətlidi.
• Bol miqdarda su içmək, siqaretdən uzaq durmaq gərəkdir. Spirtli içki içmək sancılı aybaşıya səbəb olur.
• İdman, ilıq su vannaları sancını azalda bilər. Ancaq bu üsullar hər kəsə eyni təsir göstərə bilməz.
• Aybaşı zamanı psixoloji cəhətdən həyatınızı nizamlı olaraq yaşamalısınız. Problemsiz həyat yaşamaq üçün də bu problemlərin həlli üçün bir şeylər etməlisiniz.
• Aybaşı dönəminin əziyyətli və ya mütləq çəkilməsi gərəkən bir əziyyət dönəmi olduğunu qəbul edin.