tank

“Arvadım məni zərbəçi ilə aldadırdı” – KREMLİN GİZLƏTDİYİ MƏKTUBLAR

Baxış sayı: 1. 766

SSRİ yenicə qurulduğu dövrlərdə ənənəvi ailə və ev təsərrüfatı tənqid olunurdu. Marks və Engels iddia edirdilər ki, xüsusi mülkiyyətin aradan qaldırılması qadını azad edəcək. Lenin bundan çıxış edərək, gələcəkdə evdar qadınların işini uşaq bağçaları və digər müəssisələrin həyata keçirəcəyini deyirdi. Beləliklə, rəsmi nikah öz-özlüyündə aradan qalxacaq.

“Gencaile.az” “Publika.az”-a istinadən SSRİ-də ailə modeli və kişilərin qadınlardan niyə şikayətləndiyi haqda faktları təqdim edir.

1917-ci ilin dekabrında nikahın pozulması və mülki izdivac haqqında qətnamə ilk dekretlərdən biri idi. Yeni kodeksə görə, nikah, ailə, qəyyum hüququ, ümumiyyətlə ailədə hər şey bərabər idi. Bu, boşanma prosedurunu yüngülləşdirir və qadının azad olması üçün kəbinsiz uşaq məsələsini legitimləşdirirdi.

1926-cı ildən etibarən aliment yalnız birgəyaşayış zamanı doğulan uşaqlara görə verilirdi.

Lakin Stalin 1936-cı ildə SSRİ-nin yeni konstitusiyasını qəbul etdi və 1920-ci illərin “yeni əxlaqı”ndan imtina olundu. O, rəsmi nikahı möhkəmləndirən və abortları qadağan edən yeni ailə kodeksini qəbul etdi. Bununla belə nikahdan kənar doğulmuş uşaqlara görə aliment tələb etmək məsələsi ilə bağlı vəziyyət əvvəlki kimi qaldı.

1940-cı ildə “Raboçi” qəzetində “Hüquq məsləhətxanası” adlı məqalə dərc olundu. Məqalənin müəllifi SSRİ-nin Ədliyyə Komitəsinin məhkəmə orqanlarını idarə etmə komissarlığının rəhbəri Mariya Qreuxan idi. Məqalədə izah olunurdu ki, sovet qadını nikahdan kənar doğulmuş uşağın atası haqqında sənədləri ailələrin qeydiyyatı idarəsinə təqdim edərək, aliment tələb edə bilər.

Bu məqalədən sonra qəzetin redaksiyasına çoxsaylı oxucu məktubu daxil oldu. Redaktorlar onlardan yalnız hakimiyyətin mövqeyinə uyğun olanları dərc etdilər. Digərləri isə hələ də arxivdə qalır.

Misal üçün, 1940-cı ilin noyabr ayında Fedetov soyadlı qadın öz övladlarının başına gələnlərdən şikayətlənirdi. O danışırdı ki, iki oğlu qeyri-rəsmi nikaha daxil olublar, qanunda olmamasına baxmayaraq, aliment ödəməyə məcbur ediliblər. Buna görə də onlar öz şəxsi həyatlarını qura bilmirlər.

“Vəziyyət o yerə çatıb ki, kişilər qadınlardan qorxmağa başlayıb. Çünki hər bir qadında onları aliment ödəməyə məcbur etmək sifəti görürlər”, – deyə o bildirirdi.

Digər bir məktub isə kişinin şikayəti ilə bağlıdır. Pavlov soyadlı kişi yazırdı ki, Klimenko soyadlı qadınla ailə qurub. Evləndikdən sonra arvadı hamilə qalıb: “Lakin tezliklə o, məndən boşandı. Məndən xoşu gəlmədiyini dedi və zərbəçi olan dəmiryolçuna ərə getdi. Dəmiryolçudan da iki uşağı oldu”.

Pavlov qeyd edirdi ki, arvadı özünü pis aparır, pomada sürtür, geyinib-keçinərək veyllənir. Bir çox gözəl gündə onu evdə tək qoyaraq veyllənməyə gedirdi. Boşanandan sonra, arvadı Pavlovu məhkəməyə verir və birinci uşağına görə ondan aliment alır. Pavlov ikinci dəfə evlənir və bir qızı olur. Lakin ayda 300 rubl aliment ödəməli olduğu üçün ona cəmi 5 rubl qalırdı.

Bununla yanaşı, Yefimov, Suçkinoy, Sak və Kolotinov soyadlı kişilər də birgə imzaladıqları məktubda qadınlardan şikayətlənirdilər.

“Onlar bizimlə və uşaqlarımızla həyasızcasına davranırlar”, – deyə kişilər yazırdı.

II Dünya Müharibəsi dövründə isə hər şey bir-birinə qarışdı və SSRİ-də boşanma dalğası başlandı. Ən çox da cəbhədə olan əsgərlərin arvadları onlardan üz döndərir, başqaları ilə gedir və onlardan uşaq doğurdular. Uşaq olandan sonra məhkəmə yeni ailənin xeyrinə qərar çıxarmağa məcbur olurdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir