Yeni il gecəsi xanımların qırmızı rəngdə alt paltarı geyinməyinin şans gətirdiyinə inananlar çoxdur. Bəs bu inanc nədən qaynaqlanır, mənası nədir?
Qadınlar arasında olduqca məşhur olan qırmızı tuman yeni ildə zərif cinsin nümayəndələri üçün gözəl hədiyyədir. Bu geyimin hekayəsi qədim zamanlara gedib çıxır. Hekayə 1956-ci ildə iflasa uğrayan amerikalı alt paltarları satıcısı Henry Corca məxsusdur. Corc fikir verir ki, qadınlar büstqalter və tumanı dəst olaraq qırmızı rəngdə alırlar. Tək tuman alanlarsa yalnız ağ və qara rəngdə olanını seçir. İş adamı həmin an iclas çağırır. Qırmızı tumanları tək satmaq üçün bir strategiya qurur. O, yeni ildən bir həftə əvvəl üç ildir sata bilmədiyi qırmızı tumanları yaxın ətrafındakı qadınlara hədiyyə edərək, bunun onlara şans gətirəcəyini deyir.
31 dekabr günü Corcun anbarında qalan qırmızı tumanların hamısı satılıb qurtarır. Bununla da qırmızı tumanların şans gətirəcəyi qulaqdan-qulağa yayılır və ənənə halına gəlir.
Bu arada qeyd edək ki, tuman sözü fransızca “culotte” sözündən götürülüb, “culette” isə “arxa” mənasını verir. Sizə maraqlı olacağını nəzərə alaraq əlavə edək ki, Avropada qısa tuman geyinmə vərdişi 19-cu əsrin əvvəllərindən etibarən yayılıb. Bu tarixə qədər Avropada alt paltarları geyinmək ayıb sayılırmış.