Toya 8 ay qalmışdan toy gününə qədər – KONSULTANT

Baxış sayı: 1. 930

Toya 8 ay qalmış

* Gələcək həyat yoldaşınızla detallı bir büdcə nizamlayın.

* Nə növdə və böyüklükdə bir toy istədiyinizə qərar verin.

* Toy təşkilatçılığında təcrübəli yaxınlarınız və məsləhətçilərlə görüşün.

* Qonaq siyahısını hazırlayın.

* Dəvət siyahısını hazırlayın.

* Çiçəkçi, fotoqraf, musiqiçi kimi toyda ehtiyacınız olacaq insanlarla danışıb qiyməti razılaşmağa başlayın.

* Eviniz üçün alış-verişə çıxın.

 

Toya 6 ay qalmış

* Evlilik üçün lazım olan hüquqi əməliyyatları və sənədlərin nələr olduğunu öyrənin.

* Kirayəlik bir evdə oturacaqsınızsa, araşdırmalarınıza başlayın.

*Gəlinliyinizin modelinə qərar verin. Gəlin paltarı modeli seçmək uzun vaxt ala bilər.

*Bəyin nə geyəcəyini də qərarlaşdırın. Hazır geyim yerlərini gəzin. Tikdiriləcəksə, modelə qərar verin, dərzi və parçanı seçin.

* Ailə böyüklərinizin, xüsusilə də ananızın geyinəcəyi paltarı, seçiminə kömək edin.

 

Toya 4 ay qalmış

* Qəti toy tarixinizi təyin edin. Nigah gününüzü alın.

* Dəvətnamələrinizi alın və nələr yazacağınızı təyin edin.

* Toy tortunuzu seçin

* Toya şəhər xaricindən qatılacaqlar üçün qalacaq yer nizamlayın.

* Bal ayınızda nə etmək istədiyinizi təyin edin.

* Gəlin paltarı sınaqlarına başlayın.

 

Toya 2 ay qalmış

* Dəvətnamələrinizi paylamağa başlayın. Xüsusilə uzaq yerlərdə oturanlara indidən məktubla göndərin.

* Son olaraq qonaq siyahınıza nəzarət edin.

* Sizə çatdırılan hədiyyələri bir yerə qeyd edin və təşəkkür mesajları çatdırmağı unutmayın.

* Gəlinliyiniz hazırlanarkən alt paltar, bal ayı geyimləri kimi kiçik detalları da unutmayın. Gəlin paltarı sınaqlarınızı gəlinliyin içinə geyə biləcəyiniz alt paltar ilə sınayın.

* Mütləq bir ginekoloqa gedin. Həm ümumi bir müayinə olun, həm də doğum idarəsi haqqında məlumat alın. Doğum idarəsinə nigahdan daha əvvəl başlamanız lazımlı ola bilər.

* Həyat yoldaşınızın da sağlamlıq müayinəsindən keçməsini istəyin.

 

Toya 1 ay qalmış

* Nigah şəkərlərini seçin və sifariş verin.

* Saç ustanızla görüşərək, gəlin saçı üçün dəyişik saç modelləri təcrübə edin.

* Gəlin avtomobilinizi və necə bəzənəcəyinə qərar verin.

* Toyunuz yeməkli olacaqsa, qonaqlarınız üçün bir oturma planı hazırlayın.

* Nigah şahidlərinizi seçin və özlərinə xəbər verin.

 

Toya 2 həftə qalmış

* O günə qədər heç xəbər almadığınız qonaqlarınızı axtararaq, onları tapmağa çalışın.

* Bir gözəllik salonlarına gedib, dəri və bədən baxımı etdirin.

* Çiçəkçiniz ilə görüşüb, gəlin çiçəyinin sifarişini verin.

Toya 1 həftə qalmış

* Xırdalıqlarla əlaqədar son nizamlamalarınızı edin.

* Yeni evinizə bütün əşyalarınızın daşınmasını təmin edin və artıq evinizə yerləşin.

* Bal ayı rezervasiyanızı dəqiqləşdirin və çamadanınızı hazırlayın.

 

Toya 1 gün qalmış

* Manikür, pedikür, kimi öz baxımınıza aid olan son əməliyyatları reallaşdırın. Hətta rahatlanmaq üçün masaj etdirin.

* Gəlinliyinizin altına geyəcəyiniz ayaqqabını, ayağınıza rahat yerləşməsi üçün evdə bir az istifadə edin. Bunu gələcək həyat yoldaşınıza da tövsiyə edin. Yeni ayaqqabılar toy günü ayağınızı sıxa bilər.

* Ailənizlə dinc bir gün keçirin.

 

Toy günü

* Səhər uzun və ilıq bir duş ilə özünüzü rahatlaşdırın.

* Saçınızı formaya saldırın və geyinmək, hazırlanmaq üçün özünüzə bolluca vaxt ayırın.

* Möhtəşəm bir toy günü yaşayın və hər dəqiqənin zövqünü dolu-dolu yaşayın…

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir