evlilik teklifi

Evlənmə təklifini bu cür edin – MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 510

Toy hazırlıqlarına başlamaq üçün sıra sadə bir hərəkətə keçməyə gəldi. Evlilik təklifini çoxdandır ağlından keçirib, onu sevdiyiniz xanıma necə deyəcəyinizi bilmirsinizsə, aşağıdakı tövsiyələr işinizə yaraya bilər.

Öncədən razılaşdığınız bir küçə sənətçisinə sevdiyiniz qızla birlikdə olduğunuz bir karikatura çəkdirin. Yazılı şarlarda isə “Mənimlə evlənərsən?” sualını göstərib “Hə!” cavabı alın.

Və ya bijuteriyalarını saxladığı qutunu tapın və onu hiss etdirmədən içindəkiləri çıxarıb yerinə təkdaş üzüyünü qoyun. Evdən çıxmadan öncə hazırlanarkən qutunu açdğında əla surprizlə qarşılaşacaq.

Ona dadlı hədiyyələrdən ibarət bir səbət hazırlayın. Səbətdə ən sevdiyi şokolad, kiçik şüşə şərab və içində üzük olan qutu olsun.

Yeməyə getdiyiniz restoranın şef aşbazı ilə danışıb tort qabının kənarına şokoladla “Mənimlə evlənərsən?” yazdırın.

Restoran administratoru ilə danışıb restoranın tavanında aldığınız fosforlu hərflərlə “Mənimlə evlənərsən?” yazdırın. Gecənin ən  romantik anında işıqları söndürməsini xahiş edin, sevdiyiniz qızın fosforlu yazını görüncə reaksiyası hər zaman yadında qalacaq.

Sevimli bir pişik və ya kiçik it alın və üzüyü onun boynundan asıb sevdiyiniz qıza surprizlərlə dolu ikiqat hədiyyə edin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir