SEVGİ

Kişilər sevgi etirafını daha tez edir – ARAŞDIRMA

Baxış sayı: 1. 888

“Səni sevirəm” cümləsi həm qadınlar, həm də ki, kişilər üçün bütün hədiyyələrdən dəyərlidir. Bu dəyərli hədiyyəyə sahib olmaq üçün qadınlar və kişilər bir müddət gözləyir.

Mütəxəssislərin fikrincə, kişi və qadınların “Səni sevirəm” ifadəsini söyləməsi üçün müəyyən vaxt tələb olunur. Aşiq olan kişilər üçün sevgisini dilə gətirib etiraf etmək daha asandır.

Kişilər bəyəndiyi qızla tanış olduqdan təxminən 88 gün sonra sevgisini etiraf edir. Qadınlarda bu müddət fərqlidir. Onlar daha təmkinli hərəkət edir. Qadınlar sevgi etirafını, “Səni sevirəm” cümləsini 134 gündən sonra söyləyir.

Aparılan bəzi araşdırmalarda məlum olub ki, kişilərin 39 faizi ilk ayda sevgisini etiraf edir. İlk ayda sevgisini dilə gətirən qadınların sayı çox azdır. Kişilərin 3/1-i münasibətdə olduğu qadını ilk ayda ailəsi ilə tanış edir. Güclü cinsin nümayəndəsi olduğu üçün kişilər bu sahədə də qadınlardan cəsarətli davranırlar.

Lakin nə qədər qəribə olsa da, kişilərin 80 faizi ilk dəfə “seni sevirəm” dediyi günü xatırlayır. Kişilər özünü qadınlardan daha çox uzun münasibətlərə həsr edir. Kişilərin əksəriyyəti tanış olduğu 12 ay ərzində özünü evliliyə hazır olub-olmadığını hiss edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir