ezele

Əzələ yaradan ən yaxşı 15 QİDA – KİŞİLƏR OXUSUN!

Baxış sayı: 1. 645

Güclü əzələlərə sahib olmaq üçün idman etmək şərtdir. Lakin bəzi qidalar da əzələ yaratmağı asanlaşdırır. “Gencaile.az” Aile.lent.az-a istinadən həmin 15 qida ilə sizi tanış edir.

Yumurta

Hər yumurtanın tərkibinə ya 6-8 qram arası zülal daxildir. Eyni zamanda vitamin, sink, dəmir və kalsium var.

Balıq yağı

Balıq yağı bədən üçün əhəmiyyətli bir köməkçidir. Maddələr mübadiləsini sürətləndirir.

Toyuq

Hər toyuqdan 30-100 qram arası zülal var. Qızardaraq və ya sobada bişirərək, yeyə bilərsiniz.

Yulaf

Yulaf ən sağlam qidalardandır. Lif, zülal, mineral və vitamin anbarıdır. Mütləq yulaf yeyin.

Ananas

Ananasın tərkibində olan zülal həzmi asanlaşdırır. Məşqdən sonra, naharda, pay aralarında yeyə bilərsiniz. Eyni zamanda əzələ iltihabını azaldır.

İspanaq

Tədqiqatçılar ispanağın tərkibində 20 faizə qədər əzələ böyüməsini artıran maddələr olduğunu deyirlər.

Kartof

Mükəmməl A və C vitamini, kalium, riboflavin, mis, pantothetic və fol turşusu qaynağıdır.

Somon balığı

Omega-3 yağ turşuları əzələ inkişafında əhəmiyyətli yer tutur. Bununla yanaşı, somon balığı yemək maddələr mübadiləsini sürətləndirir.

Brokoli

İspanaq, pomidor, qarğıdalı və bibərlə birlikdə salatınıza brokoli də əlavə edin. Bu tərəvəz mineral və lif qaynağıdır.

Qəhvəyi düyü

Bu düyü olduqca sağlam karbohidratdır. Enerji verir. Məşq əsnasında da sizə dəstək olar.

Kəsmik

Kəsmik zülal baxımından olduqca zəngindir. Uzun müddət toxluq hissi verir.

Şokoladlı süd

Əzələ yaratmaqda təsirlidir. Məşqdən sonra bir stəkan şokoladlı süd içmək sizə güc verəcək.

Banan

Olduqca qidalandırıcı meyvədir. Şəkər nisbəti bir az yüksəkdir. Lakin əzələ istehsalını dəstəkləyir.

Mərcimək və noxud

Zülal üçün ət yemək məcburiyyətində deyilsiniz. Vegetarianlar də zülal üçün bu qida elementlərini istifadə edə bilərlər. Balanslı qidalanmada təsirli olan bu paxlalılardan yeyə bilərsiniz.

Badam

Zülal və yağ baxımından əhəmiyyətli bir qaynaqdır. E vitamini tərkiblidir. Güclü bir antioksidantdır.

İdman etmək

Bədəndə əzələ yaratmaq üçün ən doğru yol idman və balanslı qidalanmadır. İdman etdikdən əvvəl və sonra da özünüzə diqqət yetirməli, doğru qidalar yeməlisiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir