Çəhrayı kvars
Bu, universal sevgi talismanı hesab olunur. O, özündə İn qadın enerjisini daşıyır. Ona görə də, bu daşı yalnız qadınlar üzərində gəzdirməlidirlər. Bu daş qadın füsunkarlığını gücləndirir. Daş sahibinə qadınlıq, ünsiyyətcillik və səbir verir. Onun sayəsində qadının enerjisi kişilərə tərəf yönlənir. Çəhrayı kvars ciddi münasibət axtaranlar üçündür. Lakin daş seks üçün yüngül münasibət axtaranlara yaramayacaq.
Malaxit
Bu daş sevgi ilahəsi Veneranın enerjisini daşıyır. Daş öz sahibinə özünü ilahə kimi hiss etməyə imkan verir. Hər halda, malaxit sayəsində özünüzü daha əmin hiss edəcəksiniz və çoxsaylı pərəstişkarlarınız sizə tərəf meyl edəcək. Daş insanda zövq və gözəllik hisslərini inkişaf etdirir. Öz görkəminə görə utanan və kompleksə düşən insanlara malaxit daşı effektiv təsir edir.
Bu daş qadınlara naz-qəmzəli olmağı və kişilərə təsir etmək incəsənətini öyrədir. Bundan əlavə, malaxitdən kişilər də sevgi talismanı kimi istifadə edə bilərlər.
Mirvari
Qədim Yunanıstanda mirvari ilahə Afroditanın daşı hesab olunur. O, təkcə sevgiyə yox, hətta uğurlu izdivac qurulmasına da yaxşı təsir edir. Daş sahibinə bir çox pərəstişkarı cəlb edir. Əbəs yerə gəlinlik paltarlarını mirvaridən tikmirlər.
Sizin həyatda məqsədiniz həyat yoldaşı, ana olmaqdırsa, o zaman bu daş sizin üçündür. Mirvari qadınlara özünə əminlik, sakitlik verir. Kişilər üşüm isə bu daş uğurlu deyil.
Mərcan
Mərcan özündə ehtiras və emosiyaları birləşdirir. Sahibinin sevgi romanının uğurlu edir və seksual temperamentini qaldırır. Daşı hər iki cins istifadə edə bilər. Mineral daş sahibini sıxılma və komplekslərdən azad edir. Yeni tanışlıqlar üçün şərait yaradır.
Turmalin
Qırmızı turmalin daşı kişilərin seksual fəaliyyətini qaldırır. Bu daşı seksual fəaliyyətini qaldırmaq istəyən qadınlar da istifadə edə bilər.
Partnyorlar arasında münasibətlərin dirçəlməsi üçün turmalin ideal təsir göstərir. Keçmiş zamanlarda turmalin daşını ər-arvadın yatdığı çarpayıya, yastığın arasına qoyardılar. Belə hesab olunur ki, daş ailə dəyərlərini möhkəmlədir, partnyorları bir-birinə cəlb edir və xəyanətə imkan vermir.