yemek

Hansı qidaları səhər menyunuza əlavə etməklə daha tez və sağlam arıqlaya bilərsiniz?

Baxış sayı: 1. 516

Böyük dənəli taxıl bitkilərini mütləq səhər menyunuza əlavə edin!

Taxıl bitkiləri səhər yeməyi üçün çox vacibdir. Amma bunları menyunuza əlavə edərkən diqqət etməlisiniz ki, böyük ölçülü olsun. Çünki kiçik ölçülü dənli bitkilər daha çox kalorili olur. Və bir kasa kiçik ölçülü dənli bitkili qidanı qəbul edərkən daha çox kalori qəbul edirsiniz böyük ölçülü dənli bitkilərə nisbətən. Daha tez arıqlamaq üçün bunu nəzərə alıb böyük ölçülü taxıl bitkilərini səhər menyunuza daxil edin.

Yulaf kəpəyi yeyin!

Qəbul edək ki, yulaf kəpəyini səhər yeməyində yemək heç də ləzzətli deyil. Amma aparılan araşdırmalara görə yulaf kəpəyinin tərkibindəki liflər daha çox ac qalmağa səbəb olur. Eyni zamanda bu liflər ac olduğunuz zaman mədənizin ağrımasının da qarşısını alır.

Daha böyük boşqablarda yeyin səhər yeməyinizi!

Səhər yeməyini daha böyük boşqablarda yemək daha çox kalori qazanmaq

anlamına gəlir amma eyni zamanda da arıqlamaqda çox effektlidir.

Araşdırmalara görə bir qrupa 700 kalorilik səhər, 500 kalorilik günorta və 200 kalorilik axşam yeməyi verilərkən, digər qrupa da 200 kalorilik səhər, 500 kalorilik günorta və 700 kalorilik axşam yeməyi verilir. 12 həftədən sonra səhər yeməyində 700 kalorilik qida qəbul edənlər digər qrupa nisbətən 2.5 kq daha çox çəki itirirlər. Bunun səbəbəsi isə bədən metabolizmasının səhər saatlarında daha təsirli olmasıdır.

Səhər saatlarında zülal (protein) qəbul edin!

Aclıq krizlərinin qarşısını almaq və iştahanızı nəzarətdə saxlamaq üçün səhər saatlarında zülallı qidalar qəbul etməlisiniz. Təcrübələr göstərir ki, səhərləri zülallı qidalar qəbul edənlər daha az aclıq hiss edirlər və axşam yeməyindən sonra daha az qidalar qəbul edirlər. Aclıq krizlərinə son verib və tez bir şəkildə arıqlamaq istəyirsinizsə, o zaman səhər menyunuza zülallı qidaları daxil edin və faydasını görün!

Səhərləri iki yumurta yeyin!

Son araşdırmalara görə səhərləri iki yumurta qəbul etmək arıqlayan zaman çörək yeməməkdən daha effektlidir. Bol miqdarda protein sizi tox saxlayarkən, yumurtanın tərkibindəki kolin adlı maddə də sinir sisteminizin işləməsi və ürək-damar sisteminiz üçün çox faydalıdır.

 Asan və sağlıqlı səhər yeməyi axtarırısınız? O zaman çörəyinizin üzərinə fıstıq əzməsi çəkin!

Bu tip səhər yeməyini daha çox filmlərdə görmüşük. Araşdırmalara görə, səhərləri fıstıq və fıstıq əzməsi yemək peptid hormonunun səviyyəsini artırır və bu zaman insan özünü doymuş hiss edir. Fıstıq əzməsi yeyərkən nə qədər yemənizə diqqət etməlisiniz, çünki bir qaşıq fıstıq əzməsində 190 kalori var ki, bunu bilməyiniz köməyinizə çatar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir