modelyer

Modellərin gözəllik sirri – bunlar hər xanıma lazımdır

Baxış sayı: 1. 573

Dərgilərdə, saytlarda gördüyümüz modelləri çoxlarımız ideal və qüsursuz hesab edirik. Amma onlar da adi insanlar kimi bəzi problemlərdən əziyyət çəkirlər.

“Gencaile.az” Axşam.az-a istinadən xəbər verir ki, məşhur modellər heç də bahalı kosmetik vasitələrlə dərilərini gözəlləşdirmirlər. Onlar da adi üsullara əl atır, dərilərini qüsursuz saxlamağa çalışırlar.

Dünyanın məşhur modellərinin sadə gözəllik sirrlərini təqdim edirik:

Gigi Hadid:

“Anam mənə üzümdə çıxan sızanaqdan bir gecəyə xilas olmağı öyrədib. Bunun üçün sızanağın olduğu yerə diş pastası sürtürəm. Sağlam qidalanmaq lazımdır. Amma bir gün bütün qaydaları pozub, ən kalorili qidalardan yemək mütləqdir. Yoxsa, dəli olarsınız”.

Miranda Kerr:

“Çimməzdən əvvəl bədənimi şotka ilə sürtürəm. Bu pilinqi əvəzləyir. Şotka ilə massaja ayaq barmağından başlayıb, süd vəzilərində bitirmək lazımdır. Bu üsul dərini hamarlaşdırır, çirkdən və ölü hüceyrədən xilas edir. Eyni zamanda sellüliti əridir. Üzümə isə cavanlaşdırıcı, elastikləşdirici və oksigenlə zəngin olan itburnu yağı sürtürəm. Hər dəfə podiuma çıxandan sonra yağdan çəkir, dərimə makiyaj zamanı dəyən ziyanı aradan qaldırıram”.

Adriana Lima:

“Üzümdəki səpkilərdən çaytikanı yağı ilə xilas oluram”.

Haydi Klum:

“Ayaqlarımın hər zaman parıldaması diqqət çəkir. Bunun üçün qidalandırıcı kremə günəş yağı tökür və qarışdırıram. Sonra ayağımı sürtüb yuyuram. Ardından bu kremdən çəkirəm”.

İrina Şeyk:

“Saçıma qidalandırıcı maska çəkir, falqa ilə sarıyıram. Bu halda çimərlikdə belə gəzməkdən utanmıram. Üzümə təbi kokos yağı çəkirəm. Üzə parıltı verir, qidalandırır və infeksialardan qoruyur. Hər səhər soyuq su içir, üzümə buz sürtürəm”.

Jizel Bündhen:

“Mənim yeganə gözəllik sirrim zeytun yağıdır. Onun içərisinə dəniz duzu töküb skrab hazırlayır və üzümü təmizləyirəm. Daha sonra isə onunla üzümü silirəm”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir