close up of body care cosmetic products on wood

Dəriyə qulluq vasitələrinizin tərkibində olması gərəkən 8 təbii məhsul

Baxış sayı: 1. 927

Yeni ildə gözəllik rutininizə təbii tərkibli məhsulları əlavə etmək istəyirsinizsə, bu işə özünüzü məlumatlandırmaqla başlaya bilərsiniz. Belə ki, məhsul alarkən “tərkibi” hissəsilə yaxşı tanış olun. Çünki cansız, zədələnmiş dəri ancaq və ancaq təbii tərkibli məhsullarla canlana bilər. Bunun üçün də əvvəlcə sizə lazım olan təbii məhsullar hansılardır, onları araşdırmalısınız. Biz sizi çətinə salmırıq və dərinizə lazım olan 8 təbii məhsulu sizə təqdim edirik.

Aloe vera

Bu sərinləşdirici və xəfif nəm qaynağı olan bitkini isti havalar üçün ideal hesab edirik. Amma qışın soyuq havalarında dərimizdə yaranan çatlamaları, qurumanı da mükəmməl şəkildə aradan qaldırır.

Bal

Dərini yumşaldan və qurumasının qarşısını alan bal, təbii antibakterialdır. Bu səbəblə də, nəmləndirici məhsullarınızın tərkibində mütləq bal olmalıdır.

Çobanyastığı

Quruyan dəri asanlıqla qızarır və zədələnir. Əgər siz də, belə dəri problemlərilə qarşılaşırsınızsa çox düşünmədən çobanyastığı tərkibli dəriyə qulluq məhsullarından istifadə edə bilərsiniz.

Hindqozu yağı

Gözəllik və dəriyə qulluq mövsümlə əlaqədar bir rutindir. İstənilən fəsildə dəriniz quruyur, qabıqlayır, zədələnirsə hindqozu yağını qulluq rutinizdən əskik etməməlisiniz.

Nim ağacının yağı

İstər zədələnmə, istər iltihab, istərsə də qızarıqlıqla mübarizə aparan bu yağ dərinizi sağaltmaq işində ən yaxşı təbii vasitələrdən biridir. Nim, yağsız nəmləndirmə xüsusiyyətilə dərinizi yumşaldır və təmizləyir.

Dəniz duzu

Nahamar dəriləri yumşaltma xüsusiyyətinə malik olan dəniz duzu, həm də, təbii detoksdur.

İydə yağı

İydə yağı qış mövsümündə dəriyə qulluq vasitələri arasında nəmləndirmə, bərpaetmə, rahatlatma baxımından ən yaxşı məhsuldur. Bütün dəri növlərinə uyğun olan bu yağ ona parlaqlıq və gözəllik bəxş edir. Eyni zamanda da dəri tərəfindən yaxşı əmilir.

Şi yağı

Zəngin və ultra yumşaldıcı olan şi yağı bu mövsüm axtardığınız vasitə ola bilər. Bütün bədəninizə rahatlıqla tətbiq edə biləcəyiniz yağ dərini nəmləndirir, qoruyur və bərpaedir. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir