Adriano Celentano ve Klaudiya Mori

“Xəyanəti bağışladım, çünki…” – Məşhur cütlüyün 50 illik sevgisi

Baxış sayı: 2. 159

Məşhur kino aktyorları Adriano Çelentano və Klaudiya Mori İtaliyanın ən gözəl, eyni zamanda haqqında çox danışılan cütlüyüdür. Yenicə yola saldığımız 2016-cı ildə onların toylarından 50 il ötür. Lakin buna baxmayaraq, Klaudiya yenə də əvvəlki istedadı və cazibədarlığı ilə bütün diqqətləri üzərinə cəlb etməyi bacarır. Onların sevgi tarixçəsi çəkiliş meydançasında başlayıb. Sonra həyatlarında bir konunun mövzusu qədər melodramatik hadisələr baş verib. “Gencaile.az” məşhur cütlüyün həyat hekayəsinə qısa nəzər salır.

Onlar 1963-cü ildə çəkilən “Bir qəribə insan” kinosunun çəkilşləri zamanı tanış olub. Həmin vaxt Klaudiya Adrianoya qəribə baxışlarla nəzər yetirib. Bu isə Adrianoda maraq yaradıb. Adriona soyuqqanlılıq göstərərək, bu gözəl qadının diqqətini cəlb etməyə çalışıb. Sonra qəribə bir əhvalat onları üz-üzə gətirib: Klaudiyanın əlində qırılan şüşə Adrianonun üzünü cırıb. O, dərhal aktyordan üzr istəyib. elə bu andaca onların arasında heç zaman sönməyən məhəbbət alovlanıb.

Evlilkdən sonra Klaudiya həyatını karyerasından daha çox evi, ailəsi və övladlarına həsr edib. Eyni zamanda ərinin kino karyerasında uğurlar qazanması üçün ona əlindən gələn köməyi edib. Sözsüz ki, bütün ailələrdə olduğu kimi, onların da arasında problemlər yaşanıb. Adrianonun tanınmış kino ulduzu Ornela Muti ilə sevgi macərası o dövrün ən böyük qalmaqallarından biri olub. Lakin Klaudiya ərinin bu xəyanətini bağışlayıb. Aktrisaya ərinin xəyanətini niyə bağışladığını soruşduqda həyatda Adrianodan daha maraqlı bir insanla qarşılaşmadığını deyib.

Hazırda onlar Milanda sakit bir yerdə yaşayırlar. Evin girişində isə Klaudianın heykəli var. Heykəlin ətrafında fəvvarə quraşdırılıb.

50 il ötməsinə baxmayaraq, Adriano və Klaudiya bir-birinə qarşı yenə də sevgi və hörmətlə yanaşaraq çox xoşbəxt görünürlər. Bunu onların fotolarından da görmək olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir