gozellik

Qaşlarınızın dəbli görünməsi üçün 6 ideya

Baxış sayı: 2. 158

Yeni mövsümdə geyimimiz, aksesuarlarımız kimi, qaşlarımız da dəbli olmaq istəyir. Elə bunu düşünən vizajistlər dəb nümayişləri üçün 6 cəsarətli ideyanı təqdim ediblər. Təbii ki, dəb tez bir zamanda podiumlardan gündəlik həyata siraət edir. Elə buna görə də, qaşlarınızın dəbli görünməyi üçün nələri etməlisinizsə, bu haqda olan məqaləmizin davamını oxuyun və özünüz üçün 6 ideyadan birini müəyyənləşdirin.

Kölgəli

Chanel-in dəb nümayişi zamanı modellərin qaşlarını görüb, vizajistlər belə nəticəyə gəliblər ki, yeni mövsümdə qaşlara həcm əlavə etmək lazımdır. Bunu iki əsas kosmetik vasitə ilə etmək olar: qaş tüklərinə forma vermək üçün qaş üçün kirşanlı qələm və daha sonra isə konturlamaq üçün qələmdən istifadə emək lazımdır.

Böyütmək

Çox vaxt qaşlarımızda artıq olan tükü maqqaşla tez yox etməyə çalışırıq. Amma vizajistlər bunu etməməyimizi məsləhət görürlər. Əvəzində uzanan qaş tüklərimizi qaş geli vasitəsilə sabitləyə bilərik. Əgər qaşlarınızın uzanmasında problem yaşayırsınızsa vitaminlərdən istifadə edin.

Rəngini solğunlaşdırmaq

Bu trend şarışın xanımlar üçün daha uyğundur. Solğun rəngli qaş trendinə uyğunlaşmaq üçün qaşın təbii rəngindən bir neçə dəfə açıq çalarda olan qaş geli ilə sabitləmək lazımdır.

Rəngini açmaq və boyamaq

Keçən il qaşlarda bənövşəyi və zümrüd rənglər dəbdən getdi. Bu il isə daha radikal variantı dəbə qayıtdı. İndi vizajistlər qaşları tuş ilə rəngləməmişdən əvvəl, tüklərin rəngini açmağı məsləhət görürlər.

Qələm qaşlar

Eksperiment etməkdən qorxmur və küçədə diqqətləri üzərinizə cəlb etmək sizi narahat etmirsə, qələm qaşları yoxlaya bilərsiniz. Belə ki, marker və ya qələm vasitəsilə qaşlarınızın yuxarı hissəsindən göz uclarınıza doğru paralel xətt çəkməklə bu dəbi test etmiş olarsınız.

Daramaq

Burada iş asandır: qaşlarınızı səliqə ilə yuxarı doğru darayın və gel ilə sabitləyin. Əgər əlinizin altında belə bir gel yoxdursa, qaşınıza saç üçün olan sprey şəkilləndiricini sıxın (gözlərinizlə ehtiyatlı olun) və diş fırçanızla sabitləyin. (Foxy.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir