sam

Dekorativ şamınızı özünüz necə hazırlaya bilərsiniz?

Baxış sayı: 1. 637

Yəqin ki, çoxlarınız müxtəlif formalı şamları sevirsiniz. Bəs əlinizin əməyilə işıq saçmaq istəyirsiniz? Cavabınız “hə”dirsə, qollarınızı çırmalayın və lazım olan vəsaitləri götürün birlikdə dekorativ şam hazırlayaq.

Şam düzəltmək üçün bizə lazımdır:

Balmumu yarpağı (40×20 sm ölçüsündə)

Fitil

Fen

Silindir formalı şam

Əgər aldığınız balmumu rulo formasındadırsa onu əvvəlcə yumşaq hərəkətlərlə açın. Sərt haldadırsa onu fen vasitəsilə aşağı istilik dərəcəsində açmağa çalışın. Fitili uyğun formada kəsib balmumu yarpağının qısa tərəfinə yerləşdirin və yuvarlayaraq bükün. Budur, sizə aid qalın formalı şamınız hazırdır!

İncə formalı şam

Balmumu yarpağının qısa tərəfinə fitili yerləşdirin, yaxşıca burun və sıxın. Balmumu yarpağı bir az yapışqan maddə olduğundan bunu asanlıqla edə bilərsiniz. Sonra yuvarlaq formada bükməyə başlayın, amma düzgün şəkildə etməyə çalışın. Bütün balmumunu bükdükdən sonra fenlə birləşmə yerini və aşağı hissəsini isidərək düzləşdirin. Sonda balmumu yarpaqlarını iki yerə bölün və bir-birinə bərabər iki şam düzəldə bilərsiniz. Beləliklə, xəttli gözəl şam düzəltmiş olacaqsınız. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir