İngiltərəli mütəxəssislərin apardığı araşdırmaya görə, kişilərin ən romantik olduğu yaş dövrü 53 yaşdır. Bu nəticəyə gəlmək üçün mütəxəssislər 18 və 65 yaş arası iki min kişi üzərində araşdırma aparıblar. Araşdırmalar zamanı məlum olub ki, 51 ilə 55 yaş arası hər dörd kişidən üçü mütləq hər gün həyat yoldaşına onu nə qədər çox sevdiyini bildirir. Bununla yanaşı 50 yaşından sonra kişilər əvvəlki illərə nisbətən sevgi məsələlərində daha diqqətli olur və mütəmadi olaraq həyat yoldaşlarına sürpriz edirlər.
Araşdırma aparan mütəxəsislərdən Jim Forwardın fikrincə, bu yaşlardakı cütlükləri gənclərdən fərqləndirən əsas cəhət onların bir-birinin daha çox qayğısına qalmağa çalışmaqlarıdır. Onun fikrincə, çox zaman evlilik həyatında mütəmadi olaraq problemlər yaşayan, mübahisələr edən cütlüklər bu yaşlarda bir-birinə qarşı daha qayğıkeş olurlar.