I7IIWLwb

İndi daha sürətli internetin vaxtıdır!

Baxış sayı: 1. 566

İstənilən insan rahat və bütün istəklərinin təmin olunduğu həyata can atır. Müasir dünyada istəklərimizi reallaşdırmaq üçün gündən-günə inkişaf edən və hər dəfə bizi təəccübləndirməyi bacaran, eyni zamanda həyatımızı asanlaşdıran yeni texnologiyalar köməyimizə çatır.

Texnologiyalar həyatımıza sürətlə daxil olub. Ətrafınıza nəzər salın: texnologiyalar bizə ünsiyyət qurmaqda, işləməkdə, hətta evdən çıxmadan bütün işlərimizi yerindəcə həll etməkdə, bir sözlə həyatımızın böyük bir hissəsində kömək olur.

Onlarla provayder sürətlə dəyişən rəqabət meydanında həyat ritmimizə uyğun sürətli, keyfiyyətli xidmətlərlə qarşımıza çıxır. Bu, o deməkdir ki, provayderlər internet bazarına təkcə kabel, peyk, DSL kimi ənənəvi xidmətlərlə yox, həm də fiber-optik kimi yeni həllərlə daxil olurlar. “BİRLink” şirkəti fiber-optik ayrılmış xətlər vasitəsilə kiçik və iri bizneslər üçün yüksək səviyyəli rabitə həllini təmin edir. Bu texnologiyanın müxtəlif xidmətləri mövcuddur. Azərbaycanda ilk dəfə və yeganə olaraq məhz “BİRLink” brendi altında “ENGİNET” şirkəti bu texnologiyanın birbaşa sizin mənzilinizə çəkilməsini nəzərdə tutan FTTH – “Fiber To The Home” (“Evin içinə fiber xətti”) qoşulma üsulunu təqdim edir.

Sual yarana bilər ki, nəyə görə məhz optik lifli kabel? Bu texnologiya provayderlərin təklif etdiyi digər xidmətlərdən hansı xüsusiyyətlərinə görə fərqlənir?

Abunəçilər hər şeydən əvvəl texnologiyanın özü ilə yox, onun gətirdiyi imkanlarla maraqlanırlar. Sürətli informasiya mübadiləsinin getdiyi və zaman qıtlığı yaşadığımız bir vaxtda insanın texnologiyadan əsas gözləntisi nədir? Əlbəttə ki, rahatlıq!

Fiber-optik texnologiyanın məzilinizə gətirdiyi əsas rahatlıq ondan ibarətdir ki, evinizdə quraşdırılan eyni abunəçi qurğusu və eyni lifli optik kabel xətti vasitəsilə müxtəlif xidmətlərimizdən yararlana bilərsiniz. Bu, o deməkdir ki, videotelefoniya, IPTV və yaxın gələcəkdə üzə çıxarılacaq onlarla xidməti məhz eyni qurğu təmin edəcək. Əlavə xəttin çəkilməsinə və qurğulardan istifadəyə heç bir ehtiyac qalmayacaq.

Fiber-optik texnologiya dedikdə, ağıla ilk gələn əsas göstərici sürətdir – yəni məlumatların ötürülmə sürəti. Ənənəvi üsullarla müqayisədə sözügedən texnologiya abunəçilərə inanılmaz imkanlar yaradır.

Bu gün internet dünyada müxtəlif kommunikasiya növlərinin onurğa sütununa çevrilir. İnsanlar video-söhbətlər aparmaq, video-çarxlar hazırlamaq və onları canlı yayımlamaq istəyirlər – keyfiyyətli nəticə üçün isə bu informasiyaları problemsiz daşıya biləcək internet xəttinin olması əsasdır. Bu imkanı da sizə FTTH texnologiyası yaradır. İnsanların əksəriyyəti bu gün ev ofisi qurmaqla işlərini evdən görürlər. Bəzi insanlar ən sevdiyi filmləri evdə izləməyi seçirlər. Məhz sürətli interneti təmin edən fiber texnologiyası onların hər istəyini yüksək səviyyədə təmin edir.

Bundan əlavə, DSL və koaksiyal kabeldən fərqli olaraq, fiber optik texnologiya daha böyük informasiyanı daşıma imkanına malikdir. Məsələn, bir cüt ənənəvi qoşulma vasitəsi olan mis kabel 6 telefon zəngini daşıya bilirsə, lifli fiber optik kabel isə 2,5 milyondan çox telefon zəngini özündən keçirmək gücünə malikdir. Fiber-optik texnologiya saniyədə 30 qiqabayt informasiyanı idarə edəcək gücə sahib yeganə texnologiyadır.

Bu gün “Ağıllı Evlər” və “Ağıllı Şəhərlər” fiber texnologiyası üzərində inşa edilir. FTTH üçün təyin olunmuş müxtəlif yeni tətbiqetmələr də var. Beləliklə, FTTH-yə qoşulmaq yeni texnologiyalara daha yaxın olmaq deməkdir. Məsələn, FTTH yaxın gələcəkdə hətta 3D holoqrafik HD televiziya və oyunlar kimi texnologiyaları da dəstəkləyəcək.511550_000

Fiber hazırda hər yerdə mövcud olan ən etibarlı telekommunikasiya infrastrukturudur. Bu texnologiya ənənəvi mis kabelə təsir edən bir çox ekoloji amillərdən sığortalanıb. Belə ki, mis kabeldən fərqli olaraq o, paslanmır və daha uzunömürlüdür.

Fiber-optik kabel temperatur dəyişikliyinə daha az həssasdır, hətta suyun altında da işləyir. Uzun məsafələr olsa belə, mis kabeldən fərqli olaraq fiber texnologiyası məlumat siqnallarını itirmir və ya digər informasiya kanalları ilə üst-üstə düşmür.

Fiber həm də ekoloji təmiz texnologiyadır. Bu texnologiyada havaya buraxılan karbonun miqdarı aşağıdır.

Şəxsi fiber-optik xəttinin mövcudluğu BİRLink-ə tələbatları müxtəlif olan istifadəçilərin bütün kateqoriyalarına müxtəlif xidmətlər təklif etmək imkanını yaradır. Bura, ilk növbədə, internet şəbəkəsinə sürətli qoşulma, İP televiziya, SIP telefon xidmətləri, statik İP ünvanı, domofonların quraşdırılması və s. daxildir. “Statik ip ünvanı” xidməti isə, öz növbəsində, şəxsi serverin yaradılması, kompüterə və videokameralara məsafədən çıxış və nəzarət imkanı və s. deməkdir.

BİRLink ENGİNET milli provayderinin FTTH texnologiyalı brendidir. “BİRLink” ilə indi daha sürətli internetin vaxtıdır! İndi fiber-optik xidməti evinizə qədər gətirmək vaxtıdır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir