reqemsal

Rəqəmsallaşma ailə həyatını məhvə doğru aparır – ARAŞDIRMA

Baxış sayı: 1. 369

Tədqiqatçılar iş həyatında rəqəmsallaşmağın sağlamlığa və ailə həyatına ciddi zərər vurduğunu açıqlayıb.

İsveçrə St.Gallen Universiteti tədqiqatçılarının qələmə aldığı tədqiqatda ən son texnoloji yeniliklərin sağlamlığa vurduğu zərərdən və ailə həyatına olan mənfi təsirlərindən bəhs olunur.

Mətbuata verilən xəbərə görə, tədqiqatda iştirak edən hər dörd işçidən biri bildirib ki, iş şərtləri həm şəxsi, həm də ailə həyatına mənfi təsir göstərir. Qeyd etmək lazımdır ki, rəqəmsallaşmadan şikayət edənlərin sayı 39%-ə qalxıb.

Gənclər isə texnologiyanı müsbət bir inkişaf kimi dəyərləndirib. 30 yaşdan kiçik olanların 59%-i texnologiyanın şəxsi həyatı asanlaşdırdığını düşünsə də 60 yaşdan yuxarı insanların bu fikrə münasibəti 46% nisbətindədir.

Tədqiqatı qələmə alan qrupun başçısı Stefan Böhm rəqəmsallaşmanın başağrısı, tükənmişlik sindromu kimi bir sıra problemlərə yol açdığını bildirib. Böhm rəqəmallaşmanın qorxunc bir təhlükə olmadığını, ancaq, texnologiyadan düzgün şəkildə istifadənin mühüm olduğunu bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir