Hansı maliyyə səhvlərinə görə pul yığa bilmirsiniz?

Baxış sayı: 2. 203

Bu maliyyə səhvlərini demək olar ki, hər kəs buraxır. Bəli, məhz bu maliyyə səhvlərinə görə hələ də arzunuzu reallaşdırmaq üçün pul yığa bilməmisiniz.

1. Paltarlara xərcləmək

Bəzi insanlar yalnız trend olsun deyə hər mövsüm özlərinə çoxlu geyim alır ki, bu da yersiz maliyyə itkisidir. Bəziləri üstünüzdə yaxşı durmur, bəlkə də heç yaraşmır. Lakin siz yenə də bu geyimlərə pul xərcləyirsiniz. Bu tip insanlar il boyu qarderobunun bəlkə də 20% işlədirlər.

Bizim məsləhət: özünüzə keyfiyyətli geyimlər alın. Bu geyimləri bir neçə mövsüm geyinə bilərsiniz. Bu daha sərfəlidir.

Aylıq xərclərinizi hesablamamağınız

30 gün ərzində nə qədər xərclədiyinizi bilməmək, gülməlidir. Adətən belə dostlarımız ayın sonunda artıq heçnəsiz oturub, maaş alacaq günlərini sayırlar.

Bizim məsləhət: bütün xərclərinizi kağıza yazın. Həmin kağıza həmçinin aylıq xərclərinizi yazın. Müqayisə edin. Daha sonra gündəlik maksimum xərcələyə biləcəyiniz məğləği hesablayın. Pul yığmaq üçün gündəlik xərclərinizi azaldın.

Qazandığınızdan çox xərcləyirsiniz

Burada artıq şərhə ehtiyac qalmır. Belə insanlar daim borcun içində boğulurlar.

Bizim məsləhət: “ayağınızı yorğanınıza görə uzadın” (lap millət vəkilləri kimi danışdıq). Ya da yeni daha böyük maaşlı iş tapın.

Kredit kartlarına borc yığmaq

Aylıq faiz ödənişləri büdcənizə böyük ziyan vurur.

Bizim məsləhət: bütün borclarınızı bağlayın, kartları zibilə atın və bir daha əldə etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir