metbex

Kiçik mətbəxi böyük göstərmək üçün 9 üsul

Baxış sayı: 1. 602

Mətbəxiniz kiçik, dar və qarışıqdırmı? Narahat olmayın. Evdə xanımların çox vaxt keçirdiyi bu məkanı geniş, daha rahat etmək mümkündür. “Gencaile.az”  bunun bir neçə yolu ilə sizi tanış edir.

 

Açıq rənglər istifadə etmək

Ağ və digər açıq rənglər işığı əks etdirdiyi üçün mətbəxi böyük göstərəcək. Bir az rəng qatmaq istəsəniz, rəngli stol, stul və kətillərə yer verin.

 

Açıq rəflərə şans verin

Mətbəxdə qapaqlı şkaflar görməyə adət etmişik. Ancaq açıq rəflər mətbəxinizin nəfəs almasını təmin edəcək. Yalnız tozunu almağa laqeyd yanaşmayın.

 

Şüşə qapaqlara üstünlük verin

Açıq rəflər mövzusunda tərəddüdünüz varsa, mətbəxinizə dərinlik qazandırmaq üçün şüşə qapaqlı şkaflar seçə bilərsiniz.

 

Dəzgah üstü kəsmə taxta

Mətbəxinizdə tez-tez kəsmə taxta istifadə edirsinizsə, dəzgah üstü kəsmə taxta sizə uyğundur. Kəsmə taxtanı dəzgahdakı uyğun bir yerə, məsələn küncə qoya bilərsiniz.

 

Əl altında olmasını istədiklərinizi asqılara taxın

Kifayət qədər dolabınız və ya dolabınızda yer yoxdursa, əl altında olmasını istədiyiniz vəsaitləri divara asın.

 

Maqnitli asılqanınız olsun

Bıçağınız çoxdur və yer tutur? O zaman mətbəxinizin divarına maqnitli bir rəf düzəldin. Bıçaqlarınızı maqnitə düzərək daha az yer tutmasını təmin edə bilərsiniz.

 

Səbət istifadə edin

Kiçik zənbilləri dəzgah, şkafın içi və ya rəflərdə istifadə etməklə mətbəxinizi daha rahat hala gətirə bilərsiniz.

 

Dəzgahın üstünü rahatlandırın

Qəhvə bişirən və toster kimi alətlər dəzgahın vazkeçilməzləridir. Təməl ehtiyaclar xaricində çox qab və şüşə kimi vəsaitlər isə mətbəxi qarışıq və dar göstərir. Bunları dəzgahda mümkün olduqca az saxlayın.

 

LED işıqlandırma istifadə edin

Mətbəx dolablarının altına yerləşdirilən LED işıqlar mətbəxinizə fərqli ab-hava qata bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir