Dünyada hər qadının kişilərdə xoşlamadığı müəyyən geyimlər var. Hətta onlar dünyanın ən cazibədar və gözəl kişiləri tərəfindən geyinilən geyimlər olsa belə, bu həqiqət dəyişmir. Lakin qadınlar kişilərin hisslərinə toxunmaqdan qorxduğu üçün bunu onlara açıq şəkildə deməkdən çəkinirlər.
Həddindən artıq dərin sinə dekolteli “T- Shirt”lər
Əgər adi “V” boyunlu köynək müəyyən stil və cazibə verirsə, çox dərin sinə dekoltesi olan “T- Shirt” ucuz və vulqar görünür.
Çox qısa şortlar
Kişilər dizə çatmayan qısa şortları ilə diqqəti üzərinə çəkmək istəyir, lakin bütün qadınların diqqətini bu üsulla cəlb etmək mümkün deyil. Əslində, ictimai yerlərdə yarı çılpaq tüklü ayaqlar qadınları cəlb etmir.
Üzərində sloqan və ya köhnə zarafatlar əks olunan “T- Shirt”lər
Sinəsində reklam olan “T- Shirt” geyinənlərə tez-tez rast gəlinir. Bu, kiminsə diqqətini cəlb etmək üçün heç də yaxşı yol deyil. Üzərində yazı olmayan, sadə geyimlər gözəldir. Ucuz zarafatlarla diqqət çəkməkdənsə, keyfiyyətli geyim ilə diqqət çəkmək daha məqsədəuyğundur.
“Vyetnamka”-lar
“Vetnamka”-ların qadınlar və ya kişilər tərəfindən yalnız çimərlikdə geyinilməsi daha yaxşı olar. Onların şəhərdə geyinilməsi uyğun deyil.
“T- Shirt”-lə jilet geyinilməsi
Kişilər bəzən görünüşünə başqa rəng qatmaq üçün “T- Shirt” ün ustündən jilet geyinməyə üstünlük verir. Təəssüf ki, bu qadınların diqqətini çox çəkmir və onlara gülünc görünür. Jilet yalnız kostyumun bir hissəsi kimi geyinilməlidir.
İri aksesuarlı kəmərlər
Böyük ölçülü kəmərlərdən istifadə etmək artıq köhnəlmiş dəb hesab olunur. Dəri kəmərlərə üstünlük vermək daha yaxşı olar və unutmayaq ki, kəmərlərin funksiyası yalnız şalvarı saxlamaqdır.
Boş kostyum
Kostyum kişilərin qarderobunda ən cazibədar və şık geyimlərdən biridir. Lakin tökülən, boş kostyumlar qadınların diqqətini cəlb etmir.
Çəhrayı geyimlər
Qadınlar çəhrayı rəngdə geyimli kişiləri niyə bəyənmədiklərini izah etməkdə çətinik çəkirlər. Amma bu reallıqdır ki, bu rəngdə geyinən kişilər qadınların əksəriyyəti üçün cəlbedici deyil.
Hədsiz dar cinslər
Bu cinsləri geyinməkdə pis bir şey yoxdur, amma bu şalvarlar artıq qadın kalqotkalarını xatırlatmağa başlayırsa, bu, qadınların diqqətini uzaqlaşdırır.
Muncuq və zərgərlik aksesuarları
Qadınlarda olduğu kimi, kişilərin də zərgərlik əşyalarından çox istifadə etməsi yaxşı hal deyil. Bir və ya iki yüksək keyfiyyətli, dəbli aksesuarlar daha yaxşı görünmək üçün kifayətdir.