Bu dəfəki testimiz televizor, daha doğrusu televizordan daha düzgün istifadə etmək barədədir. Bu testlə həm uşağınızın televizorla “münasibətlərini” müəyən edə, mövcud olan problemləri (təbii ki, əgər varsa) aradan qaldıra bilərsiniz. Elə isə başlayaq…
Gündə orta hesabla neçə saat televizora baxırsınız?
a) 1-2 saat baxıram
b) 2-3 saat baxıram
c) 3 saatdan çox
Televizorda hansı verilişlərə baxacağınızı əvvəlcədən müəyyən edirsinizmi?
a) Bəli
b) Ailəm müəyyən edir
c) Xeyr
Televizorda əsasən hansı verilişlərə baxirsiniz?
a)Cizgi film və sənədli filmlər
b) Sənədli film, həmçinin döyüş filmlərinə baxıram
c) Döyüş filmlərinə baxıram
Televizor qarşısında nə qədər oturusunuz?
a) Çox oturmuram
b) Çox oturmadığımı düşünürəm
c) Saatlarla otururam
Həddindən artıq televizora baxmağın zərərli olduğunu bilirsinizmi?
a) Zərərli olduğunu bilirəm
b) Zərərli olduğunu düşünürəm
cZərərli olduğunu düşünmürəm
Otağınızda televizorun olmasına ehtiyac hiss edirsinizmi?
a) Xeyr
b) Olsa daha yaxşı olar
c) Televizor var
Televizoru necə görürsünüz?
a) Bir vasitə kimi
b) Bir oyun və ya oyuncaq kimi
c) Bir dost kimi
Dərs oxuyanda televizora baxırsınızmı?
a) Xeyr
b) Arabir dərs oxuyuram, arabir televizora baxıram
c) Həm dərs oxuyuram, həm televizora baxıram
Televizora baxmaq məsələsində özünüzə nəzarət edirinizmi?
a) Özümə nəzarət edə bildiyimi düşünürəm
b) Bəzən nəzarət edə bilsəm də, bəzən nəzarəti itirirəm
c) Özümə nəzarət edə bilmirəm
Televizora üstünlük verirsiniz ya kitaba?
a) Kitaba
b) Hər ikisinə
c) Televizora
Və nəticə…
“a” bəndi çoxluq təşkil edirsə:
Son dərəcə “şüurlu” bir tamaşaçı olduğunuzu verdiyiniz cavablardan da görmək olar. Nəyi nə vaxt etməli olduğunuzu bilən bir tamaşaçı olduğunuz üçün təbriklər!..
“b” bəndi çoxluq təşkil edirsə:
Çox ciddi bir “televizor düşkünü” olduğunuzu demək olmaz. Ancaq vaxtaşırı normanı aşdığınızı da istisna etmək olmaz. Əgər özünüzə televizordan daha faydalı iş tapsanız, televizor qarşısında keçırdiyiniz vaxt da azalar. İnanın, ətraflnlzda həmişə televizordan daha faydalı bir məşğuliyyət tapa bilərsiniz. Elə isə, haydi axtarmağa!..
“c” bəndi çoxluq təşkil edirsə:
Televizorla bağlı “münasibətlərinizi” bir daha nəzərdən keçirsəniz, pis olmaz. Bunun üçün indiyə qədər televizor qarşısında keçirdiyiniz vaxtın sizə nə kimi faydaları və zərərləri olduğunu “hesablayın”. Və konkret bir nəticəyə gəldikdən sonra özünüzə televizoru əvəz edə biləcək daha faydalı bir məşğuliyyət tapın. Uğurlar!..