barış

DOMATES, BİBƏR, PATLICAN… Barışın 16 yaşı olanda 30 yaşlı qadın onun ilk məhəbbəti olub

Baxış sayı: 3. 395

Ölkəmizdə qonaq olan, eyni zamanda, ölkəmizin qaçqın, yetim və kimsəsiz uşaqları üçün Respublika sarayında pulsuz konsert verən məşhur, tanınmış türk müğənnisi Barış Manço ilə görüşdük. (“168 saat”, 1991-ci il)

Arayış: Bəstəçi-yorumçu Barış Manço 1958-ci ilin yanvar ayının 2-də İstanbul şəhərində anadan olub. Qalatasaray litseyində öyrənci olanda ilk dəfə səhnəyə çıxıb. 1958-ci ildən bu yana keçən 40 il ərzində türk sənət dünyasının təməl daşlarını qoyanlardan biri kimi, qrupu “Kurtalan Ekspress”lə birlikdə Türkiyədə olduğu kimi, bir çox xarici ölkələrdə də saysız konsertlər verib. Bu günə qədər bəstələdiyi 200-dən çox mahnısı ona 12 qızıl və 1 platin albom-kaset mükafatı qazandırıb. Daha sonra bu mahnılardan bir çoxu yunan, bolqar, ərəb, fars, kürd, yapon, ispan, fransız, ingilis və flamand dillərinə çevrilərək özü və başqa sənətçilər tərəfindən dəfələrlə səslənmişdir. 1999-cu ilin əvvəllərində tamamlanması nəzərdə tutulan “MANSOLOP” adlı albomunda isə sənətçinin 40 illik yaradıcılıq fəaliyyətindəki ən yaxşı 26 mahnısı yer alacaq.

Müğənnilikdən başqa o həm də bacarıqlı televiziyonçudur. Onun 1988-ci ilin oktyabr ayında “TRT-1” kanalında ailə və uşaqlar üçün nəzərdə tutulmuş mədəniyyət-əyləncə proqramı olan “7-dən 77-yə” teleproqramı bu ilin sentyabr ayınadək 370 dəfə efirə çıxdığı üçün türk televiziyası tarixində bu günə qədər görünməmiş bir rekorda imza atdı. Barış Manço “Ekvatordan qütblərə” adlı televiziya proqramında öz dinamik heyəti ilə 5 qitədə 100-dən çox müxtəlif yerlərə gedərək 600 min kilometr məsafə qət etmiş və hazırda eyni proqramı onuncu veriliş ilində yenə də hər bazar Türkiyənin öndə gedən özəl telekanalı olan “ATV”də tamaşaçıları ilə görüşməkdədir. Ali təhsilini Belçikada Kral Gözəl Sənətlər Akademiyasında tamamlayan ailəli, iki uşaq atası, eyni zamanda, ingilis və fransız dillərində səlist danışan Barış Manço 40 ildən çox olan sənət həyatında özünə layiq 3000-dən çox mükafatdan başqa, bir çox fəxri adların da sahibidir.

–         Barış abi, bu, Azərbaycana neçənci gəlişinizdir və gəlişinizin məqsədi nədir?

–         Mənim bu, Azərbaycana altıncı gəlişimdir, amma konser üçün ilk gəlişimdir. Biz bir çox başqa məmləkətlərdə konserlər verdik, amma Azərbaycanda konser verməyimiz bir türlü bizlərə nəsib olmadı. Hətta bir kərə – 1992-ci ildə qrupumuz “Kurtalan Ekspress”lə şuraya konser vermək üçün gəldik, amma burada bazi siyasi durumlar qarışıq olduğu üçün konserlərimiz təxirə salındı və geri döndük. Aradan 6 il keçməsinə baxmayaraq, bizə qismət oldu ki, yenidən burada konser verək. Gəlişimizin məqsədinə gəldikdə isə bildirmək istərdim ki, bir neçə ildir ki, Azərbaycanın qaçqın, yetim və şəhid çocuqları için konser verməyi planlaşdırırdıq. Yaqin ki, bilməmiş olmazsınız, hər hansı bir yerdə konser vermək üçün yaxşı bir təşkilatçıya ehtiyac var. Bugünkü konserimizin təşkilatçısı olan “TARET” firmasına və Mehriban hanım Əliyevaya, yeri gəlmişkən, təşəkkürümüzü bildiririk.

–         Məşhur “Kurtalan Ekspress” qrupu hal-hazırda neçə nəfərdən ibarətdir?

–         Bizim qrupumuz çox küçükdür. Yani səkkiz kişi, ancaq biz yabancı ölkələrə konserə getdikdə 20-22 kişi oluruq. Bunlara hər zaman bizimlə olan televizyon ekibimiz də daxildir. Fəqət, şuraya yalnız konser üçün gəldik.

–         Barış abi, lütfən bir az da sənət hekayəniz haqqında danışın.

–         Artıq 40 ildir ki, mikrofonla bərabər yaşayıram. Televiziyada 12 ildir ki, fəaliyyət göstərirəm. Eşitdiyimə görə, hələ sovet dövründə mənim musiqili albomlarım Azərbaycana gəlib çatıbmış. Amma daha çox burada “7-dən 77-yə” adlı televerilişimdən sonra tanınmışam. Burada şəhəri gəzməyə çıxanda alış-veriş yapa bilmirdim. Hamı gəlib mənimlə salamlaşırdı. Indi bildim ki, elə Bakıda da məni eyni İstanbuldakı kimi tanıyırlar. Bu məni çox şaşırdı.

–         Sizin həmişə qeyri-adi imiciniz insanların marağına səbəb olur. Böyük üzüklər, uzun saçlar…

–         Mən saçımı bir kərə uzatdım. O vaxtdan bəri param olmadığından saçlarımı kəsdirə bilmirdim. Düzünü deyim, mənə 40 il sonra saçım haqqında sual veriləndə nə cavab verəcəyimi heç zaman düşünməmişəm. 1978-ci ildə Türkiyədə əsgərlik yapandan bizə bir aydan sonra izn verdilər ki, evimizə gedək. Mən də evimizə gəldim. Qapını döyəndə annem qapıya çıxdı. Və mənə dedi ki, “oğlum kimi istəyirsiniz?”. Anama “mən sənin oğlunam” – deyincə o, bayıldı. Məni doğuran anam belə saçsız tanıyamadı. Hətta məni toyuğa, cücəyə bənzətdi. İnsanlar özlərinə imic yapanda onların mütləq bir məqsədi olur. Mən cocuqluğumda türk tarixi ilə ilgili çoxlu kitab oxudum. 9-10 yaşımda olanda atam mənim ad günümə Əlişir Nəvainin kitabını hədiyyə etdi. Mənim tay-tuşlarım oyuncaq oynadanda, mən Nəvaini oxumağa başladım. 12 yaşıma çatanda gəncəli Nizaminin kitabını oxudum. Sonra Dədə Qorqud, Füzuli, Sabir, Abayı oxudum. Yani mən həmişə türkçülükdən bəhrələndim. Və imicimi də qədim türklər kimi yapdım.

–         Sizin bu günə qədərki mahnılarınızın içərisində olan “Kol düymələri” adlı mahnınız hamı kimi, mənim də xatirəli mahnım olaraq qalmaqdadır. Bu mahnının necə yaranması haqqında danışardınız.

–         Yaralı yerimə toxundunuz. Bu, 38 il bundan öncə yapdığım ilk kompasizyonumdur. Mən o şarkıyı yaparkən hamı dedi ki, Barış Mançonun aklında problemləri var. Necə ola bilər ki, kol düymələri bir-birini sevsin. “Böylə məhəbbət, böylə aşk olurmu” – dedilər. Haradasa 15-16 yaşımda olarkən özümdən böyük bir kadını sevmişdim. Mən ona eşqimi bəyan edəndə, o, mənə güldü və dedi ki, sən daha gəncsin. Sən get kəndinə görə bir kiz bul. Bəni burak. Bən böyük bir hanımım. Mən deyəndə ki “sizsiz ölürüm, yaşayamam filan…”, o da bana bir çift kol düyməsi hədiyyə etdi və dedi ki, bunları tak, bəlkə səni adam bilələr. Yani böyük görünürsün. Bən də o kol düymələrini koluma takınca gördüm ki, insan haraket edərkən qollarındaki düymələri heç zaman bir-birini görmür. Amma elə ki, axşam evə gəlib düymələri çıkarıb qutuya qoydum və qutunun ağzını qapadım, içəridə kol düymələri arasında bir aşk macarası başladı. Sanki orada bir Leyli-Məcnun, Əsli-Kərəm, Romeo-Culyetta, Tahir-Zöhrə yaşayırdı. Bu, 16 yaşımda düşündüyüm bir fantazidir. Amma nə yaxşı ki, aradan yıllar keçməsinə baxmayaraq, hələ də bu şarkıyı konserlərdə söylərkən insanlar həyəcanlanırlar. Deməli, illər keçsə də, həqiqət unudulmur.

–         Həmin qadın sizin neçənci məhəbbətiniz olub və onunla görüşürsünüzmü?

–         Aslında ilk. Bənim 16 yaşım olanda onun 30 yaşı vardı. Hazırda o qadınla görüşürəm. Onunla arkadaşım. Aradan illər keçməsinə baxmayaraq, indi də “Kol düymələri”ni dinləyir və çox sevir o şarkıyı. Ondan sonra öz yaşımda birini buldum. O da bənim ikinci məhəbbətim oldu. Bir gün onun əllərindən tutub “səni sevirəm” demək istəyəndə birdən sokakda bir satıcı bağırdı ki, “tomates, bibər, patlıcan…”. Satıcının səsindən qorxub kənara çəkildim. Elə zənn etdim ki, yaxalandıq. Bax o zaman da “Tomates, biber, patlıcan” şarkısını yazdım.

–         Bu cür məşhur mahnılarınızla dünyanın neçə ölkəsini gəzdiniz?

–         Aşağı-yukarı 143 ölkə gəzdim.

–         Dünyanın başqa ölkələrinin uşaqları ilə Azərbaycan uşaqları arasında fərq görmüsünüzmü?

–         Dünyanın bütün uşaqları eynidir. Çünki onlar uşaqdırlar. 1992-ci ildə burada “Adam olacaq çocuq” adlı uşaq verilişi çəkmişik. Heç onda da bir fərq görməmişik. Mən bir şeyi deyim ki, uşaqlar dünyanın hər tərəfində eynidir. Yetər ki, biz onlarla doğru konuşa bilək.

–         Hansı musiqi alətlərində çalmağı bacarırsınız?

–         Mən yaxşı bir instrumantist deyiləm. Amma bəstələrimi yapanda piano və gitara çalmağı öyrəndim.

–         Demək olarmı ki, Barış Mançonu kimsə səhnəyə gətirib?

–         Bizim türkiyədə ustalarımız olmadı. Biz o zaman Amerika rok sanatçılarına baxaraq, onlara bənzəmək istərdik. Amma sonra kəndi yolumuzu bulduq. 30 ildir ki, kəndi şarkılarımı, kəndi sözlərimi yazıram. Demək olar ki, bizi kimsə səhnəyə gətirmədi, özümüz, bir də bizi dinləyən xalq bizi səhnəyə gətirdi.

Söhbətinin sonunda bir ildən artıq “Milliyyət” qəzetində çalışdığını bildirən Barış Manço Azərbaycan qəzetçilərinə heyranlığını bildirərək bizlərdən gülərüz və səmimiyyətlə ayrıldı. Təbii ki, görüşün sonunda qəzetimiz üçün avtoqraf verməyi də unutmadı.

 

Söhbətləşdi: Ceyhun Abdulla

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir