aile

Kişilərin xanımlardan eşitmək istədikləri ən yaxşı sözlər

Baxış sayı: 1. 720

Münasibətlərə ancaq öz gözünüzdən baxmayın. Bir az da kişilərin gözündən baxın. Çünki kişilər də, ən az qadınlar qədər gözəl sözlər eşitmək istəyirlər. Adi bir komplement belə onları xoşbəxt edə bilir. Təbii ki, kişilərə bu cür diqqət həm də, münasibətin möhkəmlənməsinə kömək edir. Biz də sizə münasibətlərinizi daha çox möhkəmləndirmək üçün həyat yoldaşınıza, sevdiyinizə deyə biləcəyiniz sözləri araşdırdıq. Bu sözlərdən ən az 5-ini istifadə etsəniz, münasibətiniz də hər şey yolunda gedər.

Çox yaraşıqlısan

Kişilər eqolarının yüksəldilməsini çox xoşlayırlar. Belə bir iltifat almaqları sizin diqqətinizi cəlb etməkləri baxımından onlar üçün avantaj hesab olunur. Eyni zamanda siz, ona yaraşıqlısan deməklə, özünə güvəni artırır və aranızdakı gərginliyi yox edir. Bir dəfə bu sözü sevdiyiniz insana deməyi yoxlayın və ən lazımlı vaxtda necə kömək olduğunu görəcəksiniz.

Sənə güvənirəm

Hər şeyi nəzarət altında tutmaqdan, hər şeyin ən yaxşısını siz edə bilərsiniz düşüncəsindən əl çəkin. Bəzi işləri bir az da həyat yoldaşınızın öhdəsinə buraxın. Nəticəsi mükəmməl olmaya bilər amma ən azından bu iş üçün enerji sərf etdiyini görəcəksiniz. Üstəlik də, sizin bu hərəkətiniz onda özünə qarşı güvən hissi yaradacaq.

Dinləyirəm

Kişilər qadınlardan fərqli olaraq, özlərini pis hiss etdikdə öz künclərinə çəkilirlər. Bu vəziyyətdə onu suallarınızla yormaq əvəzinə, nə vaxt ürəyi danışmaq istəsə onu dinləməyə hazır olduğunuzu bildirsəniz yaxşı olar. Bir-birini dinləməyi bacaran cütlüklər həm xoşbəxt hiss edirlər, həm də depresiyadan uzaq olurlar.

Üzr istəyirəm

Münasibətlərdə həmişə yaxşı günlər olmur. Belə vəziyyətlərdə sakitləşmək və üzr istəmək lazımdır. Belə olduqda aranızdakı hörmət də itməmiş olur.

Ooo əzələlərin nə güclüdür

Həyat yoldaşınız uzun zamandır idman salonuna gedir, tez-tez güzgüdə özünə baxırsa və hələ də, bədənində gözədəyər bir inkişaf yoxdursa, siz onun bu həvəsini qırmayın. Ona xoş sözlər deyin. Məsələn, “məsələn, ooo idmanla məşğul olandan əzələlərin yaxşı inkişaf edib, güclü görünür” deməyiniz ondan özünə inamı artıracaq.

Çox dadlıdır

Kişilər qadınlar tərəfindən dəstəklənməyə, cəsarətləndirilməyə ehtiyac duyurlar. Mövzu yemək bişirmək olduğunda da… Bişirdiyi yemək nə qədər dadsız olursa olsun, siz onun əməyini qiymətləndirin və deyin ki: “Bu mənim indiyə qədər yediyim ən ləzzətli yeməkdir”.

Səninlə qürur duyuram

Kişilər, adətən, yaxşı iş gördüklərinə əmin olmaq istəyirlər. Bunun üçün də, hər işdə onların yanında olan biz qadınların xoş sözlərinə ehtiyac duyarlar. Odur ki, xanımlar, bəylərinizə onunla qürur duyduğunuzu deməkdən çəkinməyin. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir