The woman shouts at the man. The man keeps hands for head

Hansı xususiyyətlər qadınları dözülməz edir?

Baxış sayı: 1. 693

Qadınlar çox vaxt sevgililərinin onlara əvvəlki kimi xoş, incə davranmadığından şikayətlənirlər. Əslində isə bütün münasibətlər bu sonluğu yaşamağa məcbur deyil. Əziz qadınlar, əgər istəsəniz, sevdiyiniz kişinin uzun müddət sizi ilk günkü kimi sevməsini təmin edə bilərsiniz. Bunun üçün sadəcə kişilərin qarşı tərəfdə sevmədiyi xüsusiyyətlər, onun sizdən uzaqlaşmasına səbəb olan hərəkətlər barədə məlumatlı olmalı və mümkün qədər bu davranışlara yol verməməlisiniz. Elə buna görə də bu dəfəki məqaləmizdə kişilərinə dəyər verən qadınlarımız üçün bəzi məsləhətlərimiz olacaq.

Kişilərin qadınlarda əhəmiyyət verdiyi ən birinci özəllik xarici görünüşdür. Çox vaxt qadınlar evlilikdən sonra xarici görünüşlərinə o qədər də diqqət yetirmirlər. Bunun səbəbini isə işlərinin çox olması ilə əlaqələndirirlər. Amma əziz xanımlar, unutmayın ki, kişilər bu mövzuda çox həssasdırlar. Düzdü, onlar hər gün hündürdaban ayaqqabı geyinməyinizi gözləmirlər, amma ən azından ayaqqabılarınızın təmizliyinə diqqət yetirməyinizi vacib sayırlar. Onlar bunu hər nə qədər sizə hiss etdirməməyə çalışsalar da, həmişə dostlarının baxımlı həyat yoldaşlarına həsədlə baxır, sizin də onlar kimi görünməyinizi istəyirlər. Bizdən sizə məsləhət: əgər qarşınızdakı kişini özünüzdən uzaqlaşdırmaq istəmirsinizsə, hər gün o, işdən gələndə ilk görüşünüzdəki kimi gözəl görünməyə çalışın.

İndi isə kişilər üçün ən az xarici görünüş qədər əhəmiyyətli olan digər məsələlərə diqqət yetirək:

– Qadınlar danışmağı hər şeydən daha çox sevirlər. Bu gerçəyi artıq çoxdan qəbul etmişik. Amma üç nəfər görüşdüyünüz zaman rəfiqənizlə öz aranızda gizlincə nəyisə müzakirə etməyiniz kənardan baxan üçün heç də xoş mənzərə deyil. Kişilərin qadınlarda heç sevmədiyi əsas xüsusiyyətlərdən biri də budur.

– Kişilər sizin qədər açıqsözlü deyillər və onlar hissləri haqqında danışmağı sevmirlər. Yaxşı olar ki, artıq siz də bu həqiqəti qəbul edəsiniz.

– Sürücülük 1000 il keçsə belə, yenə də bizim gözümüzdə kişi sənətidir. Buna görə də qarşınızdakı kişinin sürücülük qabiliyyəti haqqında danışarkən ehtiyyatlı olun.

– Qısqanclıq sizin özünüzə olan inamsızlığınızdan xəbər verir. Düzdür, kişilər bəzən şirin, xırda qısqanclıqları sevirlər, amma bunları böyüdüb onun həyatını dözülməz hala gətirməyin.

– Münasibətdə əksər qadının yol verdiyi daha bir səhv: Sevdiyiniz insanın yanında hər nə qədər sərbəst olmağa çalışsanız da, müəyyən sərhədlər var ki, onları keçmək qətiyyən məsləhət görülmür. Məsələn, onun yanında sərxoş olmağı ağlınıza belə gətirməyin.

– Qadınlar sevdikləri insanın yanında daha ərköyün olurlar. Bu, əslində sizin onun sevgisinə olan inamınızdan, nə olur olsun, sizi həmişə sevəcəyinə əmin olmağınızdan xəbər verir. Amma ərköyünlüyün də dərəcəsi var. Heç bir kişi iki yaşlı körpənin nazını çəkəcək qədər səbirli deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir