toy

Hər gün 6 azərbaycanlı qız Türkiyəyə gəlin köçür

Baxış sayı: 1. 536

Türkiyənin Statistika Komitəsi çox maraqlı rəqəmlər açıqlayıb. Qardaş ölkədən özünə ər tapıb gəlin köçmüş azərbaycanlı qızların sayı məlum olub. Belə ki, yalnız 2016-cı ildə Azərbaycan pasportu daşıyan 2170 qadın Türkiyə vətəndaşları ilə nikah bağlayıb. Bu isə orta hesabla günə 6 nikah deməkdir. Bu rəqəm 2015-ci illə müqayisədə az qala üçdə biri qədər – 31,3% artıb.

Rəqəmlərdən o da məlum olur ki, türkiyəli kişilərin Almaniya, Rusiya və Ukrayna əsilli gəlinlərə marağı azalıb.

Ümumiyyətlə, ötən il Türkiyədə əcnəbi gəlinlərin sayı 22583 nəfər olub. Əcnəbi gəlinlər arasında suriyalı gəlinlər (6495 nəfər) birinci sırada yer alıb. İkinci sırada Almaniya (2644 nəfər), üçüncü sırada isə Azərbaycandan olanlar (2170 nəfər) yer alıb.

Kişilərimiz də dinc oturmur

Azərbaycanlı kişilər arasında da türkiyəli qızlarla ailə quranlar az deyil. Belə ki, ötən il Türkiyədə əvvəlki illə müqayisədə əcnəbi kürəkən sayı 5,9% artaraq, 3566 nəfərdən 3777-yə çatıb.

Əcnəbi kürəkənlər arasında isə ilk sıranı alman kişiləri tutub. Daha sonra siyahıda Suriya, Avstriya, İngiltərə və Azərbaycan əsilli vətəndaşlar yer alıb




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir