MUHARİBE

II Dünya Müharibəsi haqqında mütləq baxmalı olduğunuz 8 film

Baxış sayı: 1. 825

İnsanlıq tarixinin ən qanlı və son müharibələrindən II Dünya Müharibəsi haqqında yüzlərlə kitab, sənədli və bədii film çəkilib. 1939-cu ildə Almaniyanın Polşanı işğal etməsi ilə başlayan və 1945-ci ildə koalisiya güclərinin Berlini işğal etməsi ilə bitən müharibə bütün dünyaya yön verən əsas hadisələrdən biri sayılır.

Bütün dünyanın müharibənin şokunu geridə qoymasının ardından rejisorlar tarixi hadisələrlə dolu olan II Dünya Müharibəsi haqqında çox sayda filmlər çəkib. Həmin filmlər arasında ən maraqlı olanları seçməyə çalışdıq.

1. Empire of the Sun (1987)

Ceyms Ballardın eyni adlı avtobioqrafik romanın əsasında çəkilmiş Stiven Spilberqın dram filmidir. Empire of the Sun, zəngin britaniyalı ailəsi ilə Şanxayda yaşayan, Yaponiyanın Şanxayı işğalı vaxtı isə bütün ailəsini itirən və konslagerlərə düşən Jamie adlı uşağın hekayəsindən bəhs edir.

2. Fury (2014)

1945-ci ilin aprel ayında İkinci Dünya Müharibəsinin son aylarıdır. Avropa Teatrında müttəfiqlər son kartlarını oynayarkən, müharibə ilə yoğurulmuş ordu çavuşu Wardaddy (Brad Pitt), bir Sherman tankını idarə edir və düşmən xəttinin ardında ölümcül bir vəzifəni üzərinə götürən beş nəfərlik bir qrupa rəhbərlik edir. Çox az sayda və kifayət qədər silahı olmayan Wardaddy və adamları, Nazi Almaniyasını məğlub etmək üçün öz həyatını təhlükəyə atmaqdadır.

3. Downfall (2004)

2004-ci ildə çəkilən film Nazi Almaniyasının lideri Adolf Hitler’in son 10 günündən bəhs edir. Oskar Mükafatlarında “Ən Yaxşı Xarici Film” seçilən Downfall’ın rejisoru Oliver Hirschbiegel’dir.

4. Save Private Ryan (1998)

Steve Spielberg’in İkinci Dünya Müharibəsindən bəhs edən bir başqa filmi “Save Private Ryan”ın baş rolunda Tom Hanks var. Film üç qardaşını da müharibədə itirən Ryan’ı evinə aparmağa çalışan amerikalı əsgərlərin mübarizəsindən bəhs edir. Filmdə xüsusi ilə ilk 20 dəqiqədəki Normandiya Əməliyyatı görüntüləri film tarixinin şedevr səhnələrindən hesab olunur.

5. Schindler’s List (1993)

İkinci Dünya Müharibəsi barədə çəkdiyi filmlərlə məşhurlaşmış Steve Spielberg’in ən məşhur filmidir. Müharibə illərinin faşist Almanyasında təşəbbüskar bir alman Oskar Şindler, hərbi üçün metal qablar istehsal edən bir fabrik qurur və bu iş üçün sərmayəni və iş gücünü yəhudilər üzərindən təmin edir. İrəliləyən zamanda Yəhudilərin gördüyü təzyiqə tab gətirə bilməyən Schindler, onları xilas etmək üçün uzun bir siyahı hazırlayır…

6. Dast Boot (1981)

Dast Boot müharibə haqqında çəkilmiş ən yaxşı filmlərdən biri sayılır. Rejisor Wolfgang Petersen, filmin təqdimatında dövrün film ustaları tərəfindən ayaqda alqışlanmışdı. Film, Atlantik okeanında əməliyyata çıxan dənizaltı hərbi gəminin macəralarından və alman əsgərlərin yaşadığı psixolojik vəziyyəti möhtəşəm bir şəkildə ekranlaşdırıb.

7. The Boy in the Striped Pajamas (2008)

Yazıçı Con Boynun eyniadlı romanı əsasında rejissor Mark Herman tərəfindən 2008-ci ildə çəkilib. Filmin çəkilişləri isə Budapeştdə aparılıb.

Film Nazi Almaniyası ordu zabitinin oğlu ilə konslagerdə ölümü gözləyən yəhudilər arasında yaşanan dramatik münasibətlərdən bəhs edir.

8. The Pianist (2002)

Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın həyatından bəhs edir. İkinci Dünya müharibəsinin ağır günləridir. Dəhşətli müharibə hər kəsin dinc həyatına son qoyur. Uçuq bir evdə gizlənən pianoçu canını qurtarmağa çalışır. Xarabalıqdakı otaqların birində piano tapan Şpilman hər şeyi unudaraq musiqi dünyasına qapılır. Amma musiqinin sehrinə yalnız o qapılmır…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir