urek

İnsan ürəyi haqqında 9 maraqlı fakt

Baxış sayı: 1. 829

Ürək insan orqanizmasının ən vacib orqanı hesab edilir. Biz də bu orqan haqqında marağınıza səbəb olacaq 10 faktı təqdim edirik:

1. Orta yaşlı bir adamın ürəyi dəqiqədə ortalama 72 dəfə, gün ərzində 100.000 dəfə, həyatı ərzində isə təxminən 2.5 milyard dəfə döyünür.

2. İnsan ürəyindən ömrü ərzində keçən qanın miqdarı, bütün gücü ilə işləyən mətbəx kranından 45 il ərzində axan suya bərabərdir.

3. Ürək döyünməsi ana bətninin 4-cü həftəsindən etibarən işləməyə başlayır.

4. Qadınların ürəyi dəqiqədə ortalama 78 dəfə döyünür. Müqayisə üçün kişilərdə bu rəqəm 72-dir.

5. Qədim misirlilər, ürək və digər vacib orqanların bədən daxilində hərəkət etdiklərinə inanırdı.

6. Gülmək insan ürəyini sağlamlaşdırır. Gülüş sayəsinə ürək divarları daha yumuşaq olur, qan dövranı isə təxminən 20% sürətlənir.

7. İl ərzində ən çox infarkt dekabr ayının son həftəsində və Bazar Ertəsi günləri yaşanır.

8. İnsanın ürəyi elektrik impulslar yaradır. Buna görə də, orqanizmadan kənar da bir müddət işləyə bilir.

9. Ürək əzələləri digər bütün əzələlərdən daha yüksək tempdə işləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir