hamile

Menstruasiya ola-ola hamilə qalmaq mümkündür?

Baxış sayı: 5. 595

Aybaşı ola-ola hamilə qalmaq mümkündür? Bu sual bir çox qadınları narahat edir. Çünki əksər hallarda uşaq sahibi olmaq istəməyən qadınlar menstruasiya olduqda rahat nəfəs alırlar. Bəzi hallarda isə bu, əksinə olur. Yəni qadında aybaşı tsikli normal olur, amma hamiləlik baş verir. Bəs bu, nə ilə əlaqədardır? Bu, normal sayılırmı?
hamilelik

Əgər hamiləlik testi müsbət çıxmışsa və qadında aybaşı baş verirsə, bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu, döldə baş verən patoloji hal və qanaxma ola bilər. Bəzi hallarda isə qanaxmalar qadın cinsiyyət üzvlərində baş verən müxtəlif səbəblərdən olur. Hamiləliyin ilk aylarında baş verən qanaxmalar isə uşağın həyatı üçün təhlükəli hesab edilir. Bu zaman ağrı, iltihabi proseslər vəziyyəti daha da çətinləşdirir. Buna görə də mütləq ginekoloqa müraciət etmək lazımdır.
Hamiləlik zamanı aybaşının baş verməsi mümkündür, amma bu, normal hal hesab edilmir. Çünki hamiləlik zamanı qanaxmanın olması qadının reproduktiv sistemində problem olmasının göstəricisidir.




2 şərh “Menstruasiya ola-ola hamilə qalmaq mümkündür?

    1. Gənc Ailə Post author

      Salam, Fidan xanım. Bu suala mütəxəssis cavab verə bilər. Əlaqə vasutəsi təqdim etsəniz, sizi mütəxəssislə əlaqələndirə bilərik.

      Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir