aile

Elmi tədqiqat: “Uşaqlar insan ömrünü 2 il uzadır”

Baxış sayı: 1. 680

İsveçin Karolin İnstitunun ekspertləri uşaqların insan ömrünü 2 il uzatdığını müəyyənləşdiriblər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma “Journal of Epidemiology & Community Helath” jurnalında dərc olunub.

Alimlər 1911-1925-ci illər ərzində İsveçdə doğulan 1,5 milyon insanın orta ömür davamlılığını, ailə vəziyyətini və uşaqlarının sayını müəyyən ediblər. Məlumata görə, bütün ölüm risklərini nəzərə lamaqla birlikdə, ən azı 1 uşağı olan həm kişi, həm də qadınların daha çox yaşadıqları müəyyən olunub.

Belə ki, 80 yaşlı kişi uşaqları olmadan 7 il yaşaya bilərsə, uşaq sahibi olan kişilərdə bu ehtimal 7,7 ilə bərabərdir. Qadınlarda isə həmin göstərici müvafiq olaraq 8,9 və 9,5 ildir.

Təcrübənin nəticələrinə görə, övladları böyüdükdən sonra valideynlərinin sağlamlığının qeydinə qalır, digər tərəfdən uşaq sahibi olan insanlar daha sağlam həyat tərzi keçirməyə məcbur olur ki, bu da ömrün uzanmasına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir