Grace (Selena Gomez, center) is an ordinary girl who becomes an accidental heiress when a family summer trip to Paris turns into the fantasy of a lifetime.  Living like royalty, Grace, along with her two best friends, Meg (Leighton Meester, left) and Emma (Katie Cassidy), discovers who she really is ‰ÛÒ by assuming another person‰Ûªs identity.

Dəb haqqında ən yaxşı 10 film

Baxış sayı: 2. 013

Keçmiş zamanların dəbindən zövq almaq və o dövrün ikonlarının geyimlərini xatırlamaq üçün dəb haqqında olan filmlərdən daha yaxşı nə ola bilər?! Budur, keçmişdən bugünə dəblə maraqlanan hər kəsin izləməsi vacib olan ən yaxşı filmlər! Məşhur moda ikonlarının həyatlarından götürülmüş və təbii ki, geyim dizaynı ilə göz qamaşdıran 10 dəb filmini siyahıya aldıq. Sizi modanın rəngli dünyasına doğru kiçik bir səfərə çıxaracaq, hər biri bir-birindən ləziz bu 10 filmi təqdim edirik.

Şeytan Prada geyinir (The Devil Wears Prada)

New Yorkda yaşayan və Anne Hathaway-in canlandırdığı  sadəlövh, gənc, jurnalistika məzunu  olan Andrea Sachs adlı qız bir işə qəbul olur. Runway dəb  jurnalının mərhəmətsiz redaktoru Miranda Priestly adlı güclü və təcrübəli bir qadının ikinci assistenti olaraq vəzifə alır. Andrea-nın xəyalı yaxşı bir jurnalist olmaqdır.  Andy özünə uzaq kimi görünən Miranda-nın o təmtəraqlı dünyasında bir yer qazandı, ancaq əvvəlki dostları və bütün sevdikləri özündən kilometrlərlə uzaqda qalmış kimidir. Film Lauren  Weisberger’in altı ay bestsellers olan romanı əsasında çəkilib.  Büdcəsi 35 million $ olan film 2006-cı il ABŞ istehsalıdır və 109 dəqiqədir.

Böyük şəhərdə seks (Sex and the City)

Karyera sahibəsi və müvəffəqiyyətli, New Yorkdan olan 4 rəfiqənin hekayəsindən bəhs edir. Jurnalist  Carrie Bradshaw (Sarah Jessica Parker) bir  qazetdə qadın-kişi münasibətləri və seks haqqında köşə yazıları yazır. Carrie yazılarını yaşadığı münasibətlərə istinadən qələmə alır.  Mr. Big ilə olan münasibəti ona dərindən təsir edir. Vəkil olan Miranda kişilər və eşq haqqında qəti qərarlara sahibdir, aşiq olmadan münasibət saxlamağa çalışır. Özünə aid ictimai əlaqələr şirkəti olan və rəfiqələrin ən şorgözü  Samantha davamlı münasibət yerinə tək gecəlik münasibətləri seçir. Buna görə də, çox da seçici davranmır. Qrupun ən romantiki olan Charlotte-nın  böyük məqsədi isə mükəmməl, gənc və zəngin bir kişi ilə böyük eşq yaşayaraq mükəmməl bir toy ilə evlənməkdir.

 Sentyabr sayı (The September issue)

Filmin süjet xətti üçün Vogue jurnalının sentyabr sayının hazırlanma prossesindən istifadə olunub. Məhz Vogue jurnalının bu sayı ən böyük həcmli nömrə olub. O 840 səhifədən və 2 kq ağırlığından idi. Eləcə də, sujetdə Anna Vintur ilə onun sağ əli olan kreativ direktor, stilist Qreys Kaddinkton arasında olan münasibətlər də yer alıb. O, Vogue-un komandasında  yeganə insan idi ki, fasiləsiz olaraq Anna ilə mübahisə edir, eyni zamanda isə onun istedadını qiymətləndirir və dəb dünyasına yeni tendensiya getirdiyinə inanır.  Anna isə öz növbəsində Qreysin profesionallığından həzz alır. Onlar işə eyni gündə qəbul olublar, bəlkə də, bu, onları yaxınlaşdırır.

 Şopaqolikin etirafları (Confessions of a Shopaholic)

25 yaşlı Rebecca Bloomwood  New Yorkda öz rəfiqəsi Suze ilə onun mənzilində yaşayır. Bu böyük şəhərdə o, h’mişə bank limitlərinə görə çatin vəziyyətdə qalır. Buna baxmayaraq, o, vəzifəcə Kapitalın müvafiq idarə olunması üzrə jurnalist-məsləhətçidir. Bu film ABŞ istehsalıdır, 2009-cu ildə ekrana çıxıb və 104 dəqiqədir.

Moda (Fashion)

Meghna Mathur-un en böyük istəyi super-model olmaqdır. Bu məqsədlə o partfoliya yığır və Mumbaiyə yollanır. Burada o, moda dünyasında ona yol göstərəcək olan keçmiş dostu Rohita ilə qarşılaşır. Öz məqsədinə çatmaq üçün o, bir çox mərhələlərdən keçməli olur. Alt paltarları reklamına çəkilir, lazımsız party-lərə gedir və.s. Dəb sənayesi onu təəccüblandirir, amma o, məqsədinə çatmaq üçün dayanmadan hədəfə doğru  hərəkət edir. Meghanın karyerasının yüksəlməyi ilə paralel olaraq supe-rmodel olan Shonalinin karyerası endikcə enir. Onun narkotik alüdəçiliyi işsizliyinə getirib çıxarır və sonu ölümlə nəticələnir. 2008-ci ildə çəkilən film Hindistan istehsalıdır.

Şaneldən öncə Koko (Coco before Chanel)

Kokonun anası atası ilə ayrıldıqdan sonra onu uşaq evinə qoyur. Atası isə onu burada görməyə gəlmir. Sonralar o, 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün “Şanel Moda evi”ni açır. Baron Balzanla əlaqə ona geniş imkanlar yaradır və özünün məşhur şlyapalarını inkişaf etdirməkdə ona şans verir. Koko ingilis biznesmeni Artur Keplə  vurulandan sonra  onun üçün yeni imkanlar yaranır, amma həyatı əvvəlkindən çətin olur. Filmdə Koko Şanel obrazında Audrey Tautou çəkilib.

Blow-up (Cinayəti  gördüm)

Qabriel Şanel 1883-cü il avqustun 19-da Fransanın Overni şəhərində dünyaya gəlmişdi. 18 yaşından geyim dükanında satıcı kimi işləyir, boş vaxtlarında isə kabaredə mahnı oxuyurdu. Onun tanışları, dostları sırasında məşhur musiqiçi və rəssamlar, hersoq və knyazlar vardı. O, 1910-cu ildə özünün geyim dükanını açır. Burada qadın şlyapaları satılırdı. 1912-ci ildə Koko Şanel özünün “Şanel Moda evi”ni açır. Amma Birinci dünya müharibəsi onun bu işini yarıda qoyur. Yalnız müharibədən sonra – 1919-cu ildə “Şanel Moda evi” fəaliyyətini bərpa edir.Onun başladığı bütün işlər uğurla nəticələnirdi. 1921-ci ildə “Chanel №5” ətirləri meydana çıxdı. Bu ətirlər həqiqətən ətriyyat aləmində yenilik idi. Dünyanın bir çox məşhurları, Jaklin Kennedi, Merlin Monro və başqaları hər zaman bu ətirdən istifadə edirdi. Bu Koko Şanel üçün çox böyük uğur idi.

İllər ötdükcə Şanelin sədası dünyanın hər tərəfinə yayılırdı. Şaneli hamı izləyir, onunla maraqlanırdı. Onun şöhrəti ilə bərabər var-dövləti də artırdı. 1939-cu ildə İkinci dünya müharibəsi başlandı və Şanelin moda evi, butikləri bağlandı. Şanelin adı siyasi qalmaqallarda da hallanmağa başlandı. Onu hətta həbs də etmişdilər. 1940-cı illərdə Fransada Kristian Diorun moda aləminə gəlişi xanım Şanel üçün daha bir zərbə oldu. Şanelin qadınlar üçün yaratdığı rahat və sadə geyimlər yavaş-yavaş aradan çəkilirdi. Bir vaxtlar dəbdə olan darıxdırıcı, rahat olmayan geyimlər yenidən dəbə qayıdırdı. Amma Şanel bu geyimlərin tezliklə bəyənilməyəcəyini bilirdi. Ehtimalları onu aldatmadı. Koko Şanel yenidən öz işinə qayıdır. Çoxsaylı insanlar yenidən Şanel markalı geyimlərə üstünlük verməyə başlayırlar. O, yenidən növbəti üslub üzərində çalışmağa başlayır. Bu dəfə işlədiyi geyimlərdə klassik dəb üstünlük təşkil edir. Başqa modelyerlər də onun işlərindən, ideyalarından yararlanaraq, öz kolleksiyalarında istifadə edirdilər. Bu isə Şanelə böyük sevinc və fərəh verirdi. Koko Şanel 88 ilömür yaşadı. Onu hələ sağlığında “moda aləminin filosofu” adlandırırdılar. XX əsrin qadın silueti Qabriel Şanel 1971-ci ilyanvarın 10-da Parisdə dünyasını dəyişdi.

Məzəli sima (Funny Face)

“Quality” qadın jurnalının redaktoru Meqqi Preskott və onun bir nömrəli fotoqrafı Dik Eyvern jurnalın üz qabığı üçün yeni sima axtarırlar. Elə bir sima ki, bütün moda dünyasını alt-üst eləsin. Onlar qadını təkcə gözəl kimi yox, həm də, intellektual kimi göstərmək istəyirlər. Bunun üçün jurnalın heyəti kiçik kitab mağazasına gedir və fotoları orada çəkməyə başlayırlar. Orada satıcı Coya rast gələn Dik başa düşür ki, onun çox şən və məzəli siması var. Gələcəyin gözəllik etalonudur. Co isə kitab mağazasına icazəsiz soxulanları əvvəl dəli hesab edir. Lakin sonra onların Parisə çəkilişə getmək təkliflərinə razılaşdı. Getməyinə əsas səbəb isə onun kumiri professor Flosterin orada mühazirələr təşkil etməsidir. Kampaniya Parisə yollanır. Amma onlar orada işləməyin necə çətin olduğunu yaddan çıxarırlar. Axı ora sevgililər şəhəridir…

Tiffanidə səhər yeməyi (Breakfast at Tiffany’s)

Varlı sevgilisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holli Qolaytli ilə tanış olur. Holli necə gəldi yaşayan yelbeyin qızdır. Bəziləri onu avantürist hesab edir, bəziləri isə onun tülkü kimi hiyləgər olduğunu fikirləşirlər. O, varlı kişinin məşuqəsi olmaq arzusu ilə yaşayır. O, öz adını dəyişir, telefonunu çarpayının altındakı çamadanda saxlayır, mənzilindən pəncərə vasitəsilə çıxır və zərgərlik mağazası “Tiffany & Co.” haqqında xəyal edir. Holli özünə “Tiffany & Co.” kimi sakit yer tapsa, o, həyatından qaçmaqdan əl çəkəcək və öz sevimli pişiyinə ad qoyacaq.

Monte Karlo ( Monte Carlo)

Monte Karlo 2011-ci ilin melodram elementli romantik komediyadır. Qreys (Selena Qomez) ögey bacısı Meq (Leyton Mister) və yaxın dostu Emma (Keti Kessedi) Parisə səyahətə uçurlar. Parisdə Qreysı böyük miraslı Britan qızla səhv salırlar. Bu rəfiqələrə Monte Karloya (Monako) uçmağa imkan verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir