2017-ci ildə ailə qurmağı planlaşdıran gəlin namizədləri üçün bu yazı maraqlı olacaq. “Gencaile.az” Aile.lent.az-a istinadən 2017-ci ilin gəlinlik dəbi ilə sizi tanış edir.
Bu il realizmdən uzaqlaşmayan, minimalist, sadə, lakin iddialı detallar gəlinlikdən toy dəvətnaməsinə, gəlin çiçəyindən bəy geyiminə, masa bəzəyindən ilk rəqs musiqisinə qədər bütün toya hakim olacaq. “Başqaları nə istəyir” və ya “nə deyərlər” stereotipindən çıxıb “biz nə istəyirik” düşüncəsi müasir gəlinlərin yeni manifestidir. Gəlin və bəylər daha müasir və şəxsi detallarla toyun təşkilində fərqlilik yaradacaq. Toylar alternativ məkanlarda, daha səmimi, şişirtmədən uzaq, təbii və əyləncəli olacaq.
2017-ci ilə damğa vuracaq gəlinlik modelləri ilə bağlı dizaynerlərin fikirləri:
Zeynep Tosun: 2017-ci ildə “Bogema” gəlinlikler ön plana çıxır. Artıq insanlar salon gəlini olmaq istəmirlər. Ona görə də ümumiyyətlə, yüngül və balıq modellərə üstünlük verilir. Bunun xaricində duvaqlar çox əhəmiyyətlidir. Duvaq gəlinliyin modelinə uyğun olmalıdır.
Banu Güven: Biz həmişə təbii gəlinlər görmək istəyirik. Bu ilin kolleksiyalarında da yenə təbiətdən ilhamlanıb, dəniz təmasıyla dizayn etmişik. Kolleksiyada ipək şifonlar və tüllər dəniz dalğasını xatırladır. Fərqli xarakterli fransız krujevaları və xüsusi işləmələr su kompozisiyanı əks etdirir. Xüsusilə də qol və kürək krujevaları bədən formasına uyğun seçilir. Soyuq tonların üstünlük təşkil etdiyi dizaynlarda bir çox fərqli vəsait bir arada istifadə edilir. Zərifliyini itirməyəcək dərəcədə qabarıq dizaynları ilə yanaşı, “balıq” seqment də aktuallığını qoruyub saxlayır.
Saç-makiyaj seçimi
Gəlinlərə saç və makiyaj üçün verəcəyimiz ən yaxşı təklif, doğru insanlarla işbirliyi qurmaqdır. Doğru makiyaj təbii olanıdır. Saç üçün də eyni məqam əsasdır. Gəlinlik, duvaq və aksessuar ən doğru bütövlüyü təmin etməlidir. Yarı yığılmış və ya açıq saçlar ola bilər, amma təbiilik qorunmaqla. Çox sadə balerin topuzu da gündəmdədir. Ləl-cəvahirat seçimi edərkən gəlinliyə diqqət edin.
Bu ilin bəzi gəlinlik trendi ilə xanımları tanış edirik.