Aile

Qadını necə başa düşmək olar? – 25 QADIN İFADƏSİ

Baxış sayı: 1. 807

Qadınların dedikləri ilə düşündükləri həmişə üst-üstə düşmür. Qarşında kulta çevrilmiş qadın ifadələri gətirilib. Biz onlara cavablar da əlavə etmişik ki, onlar sizin bir-birinizi başa düşməyinizə kömək etsin.

Axı qarşılıqlı anlaşma – bizim qadınlardan istədiyimiz əsas şeydir. Digər şeyləri nəzərə almasaq.

№1  Sən məni sevirsən? 

Mənası: sən alçağın biri olmusan və bir neçə dəfə bizim sevgimizi təsdiqləyən məişət adətini icra etməyə unutmusan.

Düzgün cavab: “Mənim sənə olan sevgim çox böyükdür, qutudaki portağal şirəsi ilə müqayisədə dünya okeanı qədərdir!”

Yanlış cavab: «Mən axı bu mövzüda sənə tanış olduğumuz an hər şeyi demişəm, sən niyə məndən bunu yenə soruşursan?»

№2  Salam, sən haradasan? 

Mənası: «Mən sənin qrafik cədvəlinin planlaşdırdırılan ilə uyğunluğunu və eyni zamanda arxa planda yad qadın səslərinin olub olmadığını yoxlamaq istəyirəm». Mobil əlaqə bizim həyatımızı dəyişib və bu yeni qadın salamlaşma növünə görə biz məhz ona borcluyuq.

Düzgün cavab : «Salam, mən sənin valideynlərin üçün hədiyyələrə baxmaq üçün mağazaya girmişəm. Qarşıdan o qədər bayramlar gəlir ki…

Yanlış cavab: «Nədir ki?»

№3  Mən kök deyiləm ki? 

Mənası: «Təcili olaraq mənə necədə gözəl olduğumu danış». Öz xarici görünüşünün rəyi kişidən eşidilən ilk fikirə əsaslanır və kliniki sübut olunmuş təkzibədək  kifayət qədər möhkəm şüurda qalır. Yəni, qırx yaşınadək kişi özünü qamətli və qıvrım saçlı hesab edir (atanın əmisi qızı qabarıq şəkilə göstərib təsdiqlədiyi kimi) və yalnız  müalicə edən həkim kitabçada açıq-aydın “piylənmə” və “alopesiya” yazandan sonra o özünü kök və keçəl adam kimi aparmağa başlayır. Qadının özünü qiymətləndirməsi sutka ərzində iki üç dəfə dəyişir və müntəzəm xarakter daşıyan tərif və komplimentlər inyeksiyalarından asılıdır.

Düzgün cavab: «Ha-ha-ha! Sən – nazik çubuqsan, səni məcburi yedirtmək lazımdır, distrofiki yedirdən kimi».

Yanlış cavab: «Əlbətdə ki, sənə arıq demək çətindir, amma ümumilikdə, əsas bu deyil».

№4  Mən belə bacarmıram…

Mənası: «Mən səninlə indi sekslə məşğul olmayacam”. Bunu sözlərsiz də başa düşmək olar – o kefsiz halda paltarının sepini bağlayır, birazca özünü təqsirli kimi göstərərir. Sən son dərəcə çaşqınlıq içində qalırsan: yəni – bu necədir? Necə belə olur ki, o bacarmır? Özünü  qadın psixologiyasının incə mexanizmlərini qavraya bilməyən inkişafdan geri qalan şəhvətli heyvan kimi hiss edirsən. Əslində “Mən belə bacara bilmirən” bir çox mənası ola bilər. “Birinci görüşdə” və “axı mən  ərdəyəm (sən evlisən axı)”-dan başlayaraq, “sənin obirisi otaqdaki dostlarının qaqqıtısı altında” və “məndə həmin günlərdir”-yədək.  Sənin qarşına incə qəlbli məxluq çıxıbdır və o səninlə seksə çox böyük əhəmiyyət verir. Özünü itirmə, sonadək get, və ola bilsin ki, o özüdə gözləmədən belə bacaracaqdır. Bu dəfə olmasa da gələn dəfə.

Düzgün cavab: «Mən səni başa düşürəm. Sadəcə hərdən hisslər məntiqi üstəliyir”.

Yanlış cavab: «Sözüm yoxdur! İndi mən neynəməliyəm – belə də gəzməliyəm?»

№5  Mən hamiləyəm

Mənası: sənə çox mühüm bir qərar qəbul etmək lazım gələcəkdir. Çünki uşaqlar – dəhşətdir, lakin həyatı ümumiyyətlə uşaqlarsız yaşamaq maraqsızdır.İndi isə ən əsası – hər şeyi elə etmək ki, sənsiz qərar qəbul etməsinlər. Birdə: çalış başlanğıcda sevincli reaksiya verəsən, elə belə, dünya üzrə optimizm dərəcəsini qaldırmaq üçün.

Düzgün cavab: “Ay da, bu əladır! Biz bunu ciddi şəkildə müzakirə etməliyik!”

Yalnış cavab: “Çərşənbə günü abort etməyə imkanın var? Məndə elə bizim qadın məsləhətxanasında endirim kartı var”.

№6  Biz o qədər də yaxından tanış deyilik

Mənası: «Mən səndən birazca qorxuram və ümumiyyətlə ilk (ikinci) görüşdə sekslə məşğul olmuram». Belə qayda var. Bu sizin münasibətlərinizin keyfiyyətinə heç cür təsir göstərməyəcəkdir, sadəcə biraz gözləmək lazım gələcəkdir. Axı sənin özünündə kiçik qaydaların var, məsələn, ilk görüşdə öz qamçı və qandallar kolleksiyanı göstərməmək.

Düzgün cavab: “Mənə isə elə gəlir ki, biz bir-birimizi artıq 1000 ildir  tanıyırıq!”

Yanlış cavab: “Gəl mən indi ayaqyoluna gedim, qayıdım və bunu ikinci görüş kimi hesab edək, okey?”

№7  Mənə bezlər al 

Mənası: sizin münasibətləriniz artıq etibar və sabitlik mərhələsindədir. Artıq sən sarımsaqlı qrenkləri, unitazın yuxarı qaldırılmış qapağını və corabda sekslə məşğul olmağı özünə rəva görə bilərsən. O səni bağışlayacaqdır.

Düzgün cavab: “Əlbətdə, əzizim. Sənə hansılardan lazımdır – üzərində üç yoxsa iki damcı şəkili olanlar?”

Yanlış cavab: “Bəlkə, mən sənin əvəzinə ginekoloqa da baş çəkim?”

№8  Sən nə haqqda düşünürsən? 

Mənası: “Mən əmin deyiləm ki, sənin xoşuna gəlirəm, mən əmin deyiləm ki, sekslə yaxşı məşğul oluram yoxsa yox, mən ümumiyyətlə özümü itirmişəm və heç nədən əmin deyiləm. Bundan başqa, mən qorxuram ki, sən indi məni yüngül əxlaqlı qadın hesab edəcəksən, mən isə belə deyiləm. Bunu əvvəllər də bildirmişəm”.

Düzgün cavab: (qızı lazımi yerdən  öpərək): “Düşünürəm ki, biz bunu elə də pis fikirləşməmişik. Sənə elə gəlmir?”

Yanlış cavab: “Soyuq bir pivə lap yerinə düşərdi!…”

№9  Sənə yoxlanmaq lazımdır 

Mənası: “Məndə cinsi yolla ötürülən xəstəlik aşkar olunub. Kimin kimi yoluxdurması isə – çox böyük və maraqlı sualdır”. Kefini pozma, tibb elə inkişaf səviyyəsinə çatıb ki, nəzəri olaraq məişət yolu ilə hal-hazırda hətta hamilə belə qalmaq mümkündür. İnkubasiya müddətləri illərlə uzanır, bu səbəbdən də sizin hər ikiniz özünüzə alibi təmin edə bilərsiniz. Səndə heç nə aşkar etməsələr, təəcübənmə – başa düş ki, hər kəsin öz mikroflorası vardır. Gələn dəfə isə qorunmağı unutma.

Düzgün cavab: “Mən, əlbətdə ki, yoxlanaram, amma sən, belə baxanda, öz yaşına görə çox arsız qızsan”.

Yanlış cavab: “Gözlə, mən sənə indi hər şeyi izah edəcəm!”

№10  İndi de görək, sən harada idin? 

Mənası: İndi sənə çox inandırıcı bir şey demək lazım gələcəkdir. Çünki son iki saat ərzində o öz qısqanclığını alışdırıb, faktları tutuşdurmaqla və ola bilsin ki, hətta sənin dostlarına zəng etməklə məşğul olub, hansılarla sən güya ki, öz vaxtını mobil telefon dalğalarını tutmayan divarları olan bir barda keçiribsən.

Düzgün cavab: (əvvəlcədən konyak ilə ağızını yaxaladıqdan  sonra): “Sevgilim!” “Yuventus” “Parmanı” axır ki, 3:1 hesabla yerinə oturtdu! Sən sevinirsən? Ancaq mən, deyəsən mobil telefonumu itirmişəm…”

Yanlış cavab: “Nədir, mən hər addımım barədə sənə hesabat verməliyəm?”

№11  Mənim başım ağrıyır

Mənası: “ Bu gün sən mənimlə vaqinal, anal və digər seks növləri ilə məşğul olmaqdan vaz keçəsi olacaqsan, çünki mənim əhval-ruhiyyəm yaxşı deyil. Heç  cəhd etməyə də çalışma”. Lakin, ola bilər ki, onun doğrudan da başı ağrıyır.

Düzgün cavab: “Bu beyindir, o böyüyür. İstəyirsən sənə həb tapım?”

Yanlış cavab: “Problem yoxdur. Qarın üstə uzan, sənin başın heç nə hiss etməyəcəkdir”.

№12  Sənə heçnə qeyri-adi görünmür? 

Mənası: “Mən elə çalışırdım ki, sən isə, duyğusuz heyvansan, heç fikir belə vermədin”. Təcili olaraq qadını metamorfoz predmetinə ayaqdan başadək nəzərdən keçir. Onun döşü yerindədirmi, ölçülərində dəyişikliklər varmı? Bu hələ heç nə demək deyil. Çalış  onun görkəminin əsas cizgilərini yada salasan – saçlarının rəng və fakturasını, gözlərinin rəngini. Dəyişikliklər varmı? Əmin deyilsən? Kefini pozma, qadının öz görkəmində əsas hesab etdiyi  200-300 parametrləri insan yadda saxlamaq gücündə deyil. Yeniliklər manikür, don və qaş formasında ola bilər. Əgər sənin xanımın Donaldı xatırlatmağa başladısa, ola bilsin ki, o dodaqlarını böyüdüb. Əgər onun gözləri daha böyük görünürsə, ola bilsin ki, o, əvvəllər eynək taxırdı, indi isə linzalara keçib. Lakin, istisna deyil ki, o sadəcə təmizlik işləri ilə məşğul olub və yeni pərdələr asıbdır. Bu dərhal gözə çarpmalı idi.

Düzgün cavab: “Əlbətdə ki, fikir verirəm, mən axı kor deyiləm! Belə daha da yaxşıdır!”

Yanlış cavab: “Mən nəyi görməli idim ki? Yeni biqudiləri?”

 №13  Mən həqiqətən kök deyiləm?

Mənası: bu o deməkdir ki, sən bu ağrılı sual üzərində çox az işləmisən. Bəli, sən onu artıq həbs düşərgələrinin məhbusları ilə müqayisə etmisən və ona əşyaları uşaq bölməsində almağa təklif etmisən. Lakin bu çox azdır! Sən özün, hərdən birdən düşüncəli sifət göstərib, gözlərini qıyıldaraq fikirə getmiş kimi deməlisən: “Sən arıxlamısan? Mənə elə gəlir ki, sən arıxlamısan…Sənə daha da çox yemək yemək lazımdır…”

Düzgün cavab: “Öz oyun qadcetimlə and içirəm ki, tezliklə sən qarderobunu dəyişməli olacaqsan –bütün bu paltarlar sənə böyükdür!”

Yanlış cavab: “Əgər sən mənə bu sualı birdə versən, mən sənə həqiqəti deyəcəm, və o çox dəhşətli olacaqdır!”

№14  Gəl Dost qalaq

Mənası: “Mən, seksual cəhətdən, səndən daha maraqlı birinə rast gəlmişəm. Bu səbəbdən mən özümü biraz narahat hiss edirəm, üstəlik – mənim sənə yazığım gəlir”. Əlbətdə, sənə onunla təkcə yataqda deyil,  həmçinin kino, diskoteka və çimərlikdə də çox xoş idi. Buna görə də yaxşı münasibətləri davam etdirmək üçün “dost qalmaq” cazibəsi vardır. Güzəştə getmə, kino, diskoteka və ya çimərlikdə sən yenə də seks haqqında düşünəcəksən.

Düzgün cavab: “Yox, yox. Qorxuram ki, sən buna dözməyib, məni zorlayacaqsan”.

Yanlış cavab: “Əla! Birlikdə mağazalara gedərik və pirojna ilə kofe içərik. Mən isə, ümidlə yaşayacam ki, sən mənim yanıma qayıdacaqsan…”

№15  Başa düşə bilmirəm, siz onda nə tapmısınız!

Mənası: “Bu boyalanmış məxluqa nifrət edirəm və imkan olsa onun gözlərini çıxaracam”. Hər bir kişi kompaniyasının(çevrəsinin) öz lirik xanım qəhrəmanı var, və onun haqqında müzakirələr kişi söhbətlərinin əsas hissəsini təşkil edir. Adətən, bu ümumi iş yoldaşı və ya keçmiş kurs yoldaşıdır. O siqaret çəkir, içki içir və bacarıqla söyüşlərlə dolu lətifələr danışır. Oturmağa yer olmayanda, kiminsə birbaşa dizləri üzərində asanlıqla otura bilər. Hətta yer olsa belə… Bu heç nə demək deyil, sadəcə o belə yola gedəndir, elə bil özümüzünküdür. Həyat yoldaşları və qız dostları belələrinə nifrət edirlər.

Düzgün cavab: “Heç bir şey! O kökdür, çirkindir və…o söz necə idi.. vulqardır! Öz aramızdı, elə bil arıqlamısan”.

Yanlış cavab: “ Yaxşı da, o məzəlidir!”

№16  Sən axı kişisən! 

Mənası: “Mən, bu xoşagəlməz işi az qala özüm görməyə hazırlaşmışdım, lakin birdən yadıma düşdü ki, bu işi kimin boynuna qoya bilərəm”. Lampanı taxmaq, çəkiclə mismar vurmaq, kartof gətirmək – düzdür, burada həqiqətən də güc, çeviklik, fərasət və oğlanların əmək dərslərində mənimsədikləri digər keyfiyyətlər tələb olunur. Lakin qadın nöqteyi-nəzərindən yalnız titanların bacaracağı başqa missiyalarda vardır (tamamilə mənasız) – məsələn, yarıyoldan qayıdıb sobanı söndürmək, qış eyvanına üç litrlik banka dalınca çıxmaq, saç aksessuarını tapmaq üçün çimərliyi başdan ayağa qazıb tökmək. Fizika və ya məntiq qanunlarının nöqteyi-nəzərindən bu missiyaları müzakirə etmək cəhdləri centlemenə yaraşmayan bir şey kimi qiymətləndirilir. Sən axı kişisən! Buna görə də, yaxşısı odur ki, mübahisə etmə, çətiri götür və get maşından pudra qutusunu gətir.

Düzgün cavab: “Əlbətdə, əzizim! Ay bu sənin gözəl unutqanlığın!”.

Yanlış cavab: “Edə bilmərəm, mən artıq dırnaqlarımı boyamışam”.

№17  Mən sizə mane olmuram ki?!

Mənası: “Mən istəyirəm ki, siz təcili olaraq mövzunu dəyişəsiniz. Və yaxşı olar ki, həmin mövzuya bir daha mənim yanımda qayıtmayasınız, xüsusən də mən olmayanda”. Qızların yanında kişi söhbətləri xüsusilə qızğınlaşırlar – məzuniyyətə hara getmək olar? Hamam otağı üçün mebeli haradan almaq olar? Yapon mətbəxi xeyirlidirmi? Lakin hərdən elə olur ki, söhbət yavaş-yavaş harasa başqa bir səmtə yönəlir. Məzuniyyət, qızmar ölkələr, tay qızları elə şeylər bacarır ki… Quraşdırılan texnika, yeri gəlmişkən, Petroviç hamam otağında video kamera quraşdırıbdır və fahişələr gələndə… Yeri gəlmişkən, yapon mətbəxi demişkən -“Xirosima” restoranındakı ofisiant qız yadındır?… Bax, elə burada qız başlayır özünü narahat hiss etməyə.

Düzgün cavab: “Əzizim, bağışla! Qennadiy, bəsdir boş-boş şeylərdən danışdınız! Beləliklə, “qiymət-keyfiyyət” nisbəti nöqteyi-nəzərindən alman smesitelləri….”

Yanlış cavab: “Ha-ha-ha! Əzizim, qulaqlarını tut, mən öz fikrimi tamamlamaq istəyirəm”.

 №18  Bu günün hansı gün olduğunu xatırlayırsan?

Mənası: “Mən yarım gün komplimentlər və güllər gözləyirdim, lakin bu baş vermədi. Mən, sənin bayram əhvalında olmayan sifətinə baxdım və mən dəhşətli bir şeyi təxmin etdim…” Tez ol, yada sal. Əgər bu gün onun ad günü, sizin birlikdə olmağınızın yubileyi, 8 mart və ya 14 fevraldırsa, sən hələ də vəziyyətdən çıxa bilərsən. Özünü elə apar ki, güya bütün günü sürpriz hazırlamaqla məşğul olmusan və hədiyyələr dalınca cum. Əgər bu gün daha kiçik kalibrli bayramdırsa (məsələn, sizin seksual həyatınızın başlanğıcından 1000 gün keçib), sən başı qarışmış bir zəhmətkeş kimi bu haqqda unuda da bilərdin.

Düzgün cavab: “Əlbətdə yadımdadır. Bəs sənin yadındadır? De görüm”.

Yanlış cavab: “Çərşənbə axşamıdır”

№19  Mən sadəcə fikrə getdim ki, sonra nə olacaqdır

Mənası: “Sən mənimlə evlənmək fikrin var yoxsa yox?” Birinci il – ən gözəlidir. Məzuniyyət, Yeni il, qrip epidemiyası – hər şey  elə bil birinci dəfə kimidir. Sonra isə təkrarlamalar başlayır və qız gələcək haqqında düşünür. “Sadəcə görüşmək” nə qədər olar? Sən yaşlanırsan, o isə qocalır. Evlənməyə hazır deyilsən? Onu öz qohumların ilə tanış et, maşına etibarnamə ver, açarların surətlərini çıxart – qısası, tam yaxınlığa doğru addımlar at, vaxtı uzat.

Düzgün cavab: “Mən, bizim gələcəyimizi ən əlvan rənglərdə görürəm. Gəl istirahət günlərində şəhərdən kənara çıxaq!”.

Yanlış cavab: “Bu haqqda düşünməyin nə mənası var ki, onsuzda hamımız öləcəyik!”

№20  Mən yorulmuşam və evə getmək istəyirəm

Mənası:  “Mən burada darıxıram, burada elə bir adam yoxdur ki, ona təsir bağışlayam, heç kəs  mənim aplikasiyalı zamşadan tikilmiş ətəyimə fikir vermir, hətta səndə mənə fikir vermirsən!”. Sənin sevgilinin sənə yad olan dostlarının kompaniyasına düşdükdə, özünə həmişə bir tənha guşə taparaq viski şüşəsi və “BMW-2004 Model sırası» kataloqu ilə təsəlli tapa bilərsən. Qadınlar – o dərəcədə də uca və özlərindən razı məhluqlar deyillər. Gətirmisən – əyləndir. Bacarmısan – apar.

Düzgün cavab: « Əlbətdə, əzizim, indi gedərik. Yeri gəlmişkən, Mişanın həyat yoldaşı Oksana ilə tanış ol. Onların körpəsinin hələ ikicə yaşı var, o isə artıq işə çıxıbdır. Bu necə də maraqlıdır!”

Yanlış cavab: “Burada divanda uzan, evə getmək vaxtı gələndə mən səni oyadaram. Gözlə, gedim sənin üçün bürünməyə dəsmal gətirim”.

 №21  Mən başımı yuyuram

Mənası: “Mən səninlə görüşmək istəmirəm”. Əgər o istəsə idi, başını 15 dəqiqəyə də yuyardı və 5 dəqiqə “gecikmək” üçün görüşə 10 dəqiqə tez gəlib, küncdə gözləyərdi.

Düzgün cavab: “Demək, limuzini buraxıram getsin, gülləri tullayıram, şampan şüşəsini tökürəm, şəhərin ən yaxşı  restoranında stol sifarişini ləğv edirəm, ayını geri sirkə, qaraçıları isə vağzala göndərirəm. Çox təəsüf”.

Yanlış cavab: «Onu daxildən yu, axmaq dinamo-maşını!”

№22  Daha yaxşı olar ki, sən mənə öz telefonunu verəsən

Mənası: “Mən zəng vurası deyiləm, lakin nəzakət mənə səni başımdan eləməyə imkan vermir”. Nə etmək olar, daha da pis ola bilərdi, sən rayon hamamının avtocavablandırıcısının telefonunu da ala bilərdin. Onu beynindən çıxart, gələn dəfə bəxtin gətirər! Xüsusən də, bığlarını qırxıb dezodorantını dəyişsən.

Düzgün cavab: “Yaz. Çox güman ki, dəstəyi mənim qulluqçum götürəcəkdir, o rus dilində bilmir, lakin hər şeyi başa düşür”.

Yanlış cavab: “Sən dəqiq zəng vuracaqsan?”

 №23  Mən axı hər şeyi başa düşürəm 

Mənası: “Sən evlisən, lakin bu mənə mane olmur. Narahat olma, mən səni axşam zəngləri ilə bezdirməyəcəm”. Nə demək olar ki, əgər sən kənarda öhdəliklərsiz münasibətlərə hazırsansa, bu sənin şansındır. Xüsusisə, qızın yaşı 30-u ötübsə, o ərdədir və onun üç uşağı varsa. Ona güllər lazım deyil – onları neynəyəcəkdir ki? Onun üzərində hər zaman mehmanxana halları üçün pasportu vardır. O, öz ailə həyatı barədə şikayətlənəcəkdir, sən isə -öz. O, hər şeyi başa düşür. Heç sekslə məşğul olmaq o qədər də vacib deyil. Romantika!

Düzgün cavab: “Anlayış – sənin ən qiymətli keyfiyyətindir”.

Yanlış cavab: “Sən, mənim yoldaşım istifadə etdiyi ətirdən istifadə edə bilərsən?”

№24  Sən bütün qızlara bunu deyirsən?

Mənası: “Mən, belə abırsız sifətli romantiklərə inanmıram!”.  Jurnalları oxumağın əbəs yerə olmayıb: sən, hətta qadının daş ürəyindən də həyəcan qığılcımını necə çıxartmaq lazım olduğunu bilirsən. Mən yemək hazırlamağı, kunq-funu, uşaqları və itləri sevirəm. Sənin çox zərif boyunun var, gəl bizə gedək, ucadan Pasternakı oxuyarıq… İnanmır. Qəribədir. Gələn dəfə çalış onun gözlərinə bax, kədərli və uca olan bir şey haqqda düşün (məsələn, prezidentin reytinqi barədə) və öz ayaqqabının içinə mismar qoy – bütün bu tədbirlər, sənin şəhvətli imicinə lazımı dərəcəli ziddiyətli  həyəcan qatacaqdır. Onu, alaqaranlıqda səmimiyyət kimi qəbul etmək olar. Birdə bu döş cibindəki  qoruyucular qutusunu yığışdır.

Düzgün cavab: “Yaxşı da! Mən ümumiyyətlə qızlara yaxınlaşmağa belə utanıram. Sən bu yüz ildə birinci qızsan ki, məni maraqlandıbsan”.

Yanlış cavab: “Nə olub sizə, hamınız bu gün sözləşmisiniz?!”

№25  Mən elə sərxoşam ki

Mənası: “Sən məni içirtrmisən, indi məni yoldan çıxara bilərsən – mənim vicdanım təmizdir”. Bəli, belə ədalətli deyil. Lakin bu  işləyir.

Düzgün cavab: “Gözlərini yum və uzan. İndi mən sənə süni nəsəf verməyə çalışacam”.

Yanlış cavab : “Məndə…Burada ayaqyolu haradadır?…”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir